1 min read

Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarıldı – Aralarında baş həkimlər də var

Sumqayıt Tibb Mərkəzinin tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində 13 əməkdaş bir gündə işdən azad edilib. İşdən çıxarılanlar arasında üç poliklinikanın baş həkimləri də var. Canlixeber.com “Teleqraf”a istinadən xəbər verir ki, buna səbəb vətəndaşlara sağlamlıq haqqında tibbi arayışların qısa müddət ərzində verilməsi olub. Məlumata əsasən, TƏBİB tərəfindən aparılan araşdırma zamanı Sumqayıt Tibb Mərkəzinin tabeliyindəki poliklinikalarda sağlamlıq […]

1 min read

Elşad Namazovdan gözlənilməz ayrılıq: Vəzifəsindən getdi

Abşeron Logistika Mərkəzində rəhbər vəzifədə çalışan Elşad Namazov şirkətdən ayrılıb. Canlixeber.com xəbər verir ki, bu barədə E.Namazov paylaşım edib. O, Abşeron Logistika Mərkəzində 8 illik fəaliyyətinin başa çatdığını bildirib. 8 il çalışdığım Abşeron Logistika Mərkəzində artıq missiyamı tamamladım. Bu, sadəcə bir vidalaşma deyil, həm də 8 illik təcrübənin, inkişafın, dostluqların və dəyərlərin xatirəsidir. Bu illər […]

1 min read

Anar Bayramov daha bir xəstəxananın direktorunu işdən çıxardı

Balakən Rayon Mərkəzi Xəstəxanasının direktoru işdən çıxarılıb. Canlixeber.com xəbər verir ki, bu barədə TƏBİB-in İcraçı direktoru Anar Bayramov əmr imzalayıb. Əmrə əsasən, Balakən Rayon Mərkəzi Xəstəxanasının direktoru Dilbər Quliyeva tutduğu vəzifədən azad edilib. Onun yerinə hələlik təyinat yoxdur. Qeyd edək ki, daha öncə Anar Bayramovun müvafiq əmri ilə Respublika Neyrocərrahiyyə Xəstəxanası, Şəki və Şirvan Rayon […]

1 min read

Agentlik sədrinin müşaviri işdən çıxarıldı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Sosial Xidmətlər Agentliyinin (SXA) rəhbər heyətində kadr islahatı aparılıb. Canlixeber.com xəbər verir ki, SXA-nın İdarə Heyətinin sədrinin müşaviri Cavid Abdullayev vəzifəsindən azad edilib. Beləliklə, agentlik sədri Vüqar Behbudovun müşavirlərinin sayı 3-ə düşüb.

1 min read

Anar Bayramov direktor müavinini işdən çıxardı

Sumqayıt Tibb Mərkəzində (STM) kadr islahatı həyata keçirilib. Canlixeber.com xəbər verir ki, bununla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Anar Bayramov əmr imzalayıb. Əmrə əsasən, STM-in inzibati işlər üzrə direktor müavini Orxan Məmmədov vəzifəsindən azad edilib.

1 min read

Mərkəzi Bankın yüksəkvəzifəli şəxsi işdən çıxdı

Mərkəzi Bankın (AMB) baş direktoru Vüqar Əhmədov vəzifəsindən ayrılıb. Canlixeber.com APA-ya istinadla xəbər verir ki, Vüqar Əhmədov avqustun 28-dən öz ərizəsi ilə işdən ayrılıb. Bununla da Mərkəzi Bankın baş direktorlarının sayı 10-dan 9-a enib. Qeyd edək ki, Vüqar Əhmədov 2009-cu ildən AMB-də çalışıb. Əvvəlcə Mərkəzi Bankın Tədqiqatlar departamentinin İqtisadi tədqiqatlar və proqnozlaşdırma şöbəsinin rəisi vəzifəsinə […]

1 min read

Oqtay Əmənullayev vəzifəsindən azad olunub

Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının (RMX) direktoru Oqtay Əmənullayev vəzifəsindən azad olunub. Canlixeber.com xəbər verir ki, o, artıq kollektivlə sağollaşıb və buradakı fəaliyyətini yekunlaşdırıb. Qeyd edək ki, O.Əmənullayev ötən ilin avqustundan bu vəzifədə çalışırdı. O, 2020-25-ci illərdə isə Astara RMX-nin direktoru vəzifəsində işləyib.

1 min read

İlham Nəsirov nazirlikdəki vəzifəsini itirdi

Ekologiya və təbii sərvətlər nazirinin müşaviri İlham Nəsirov vəzifəsindən azad olunub. Canlixeber.com xəbər verir ki, bu barədə nazir Rəşad İsmayılov müvafiq əmr imzalayıb. Qeyd edək ki, İ.Nəsirov 2023-cü ilin noyabr ayında o zaman ekologiya və təbii sərvətlər naziri postunu tutan Muxtar Babayevin müşaviri təyin olunmuşdu. O, daha əvvəllər enerji sektorunda müxtəlif vəzifələrdə çalışıb.

1 min read

7 saylı Şəhər poliklinikasının baş həkimi işdən çıxarıldı

Paytaxtın Xətai rayonunda yerləşən 7 saylı Şəhər poliklinikasının baş həkimi Şəlalə Zakir qızı Səfərova vəzifəsindən azad edilib. Canlixeber.com xəbər verir ki, bu barədə TƏBİB-in İcraçı direktoru Anar Bayramov əmr imzalayıb. Hələlik baş həkim vəzifəsinə yeni təyinat olmayıb. Xatırladaq ki, ötən gün 27 nömrəli Şəhər Poliklinikasının baş həkimi Sevinc Yusifova da işdən çıxarılıb.