Gəncə
Gəncədə 38 yaşlı kişi bıçaqlandı: Qardaşı oğlu şübhəli bilinir
Gəncədə bıçaqlanma hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, 1988-ci il təvəllüdlü H.Oktyabrski hər iki bazu nahiyəsinin kəsilmiş-deşilmiş bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilib, yaraları tikilib. Hazırda vəziyyətinin qənaətbəxş olduğu bildirilir. İlkin məlumata görə, 38 yaşlı kişi aralarında yaranmış mübahisə zamanı qardaşı oğlu tərəfindən […]
Gəncədə xəstəxanaya müayinəyə gələn qadın ölüb
Gəncədə xəstəxanaya müayinəyə gələn qadın ölüb. Canlixeber.com xəbər verir ki, ölüm hadisəsi Gəncə şəhər Birləşmiş Xəstəxanasının tabeliyində olan Xəstəxanaların birində baş verib. Belə ki, xəstəxanaya MRT müayinə gələn 1958-ci il təvəllüdlü Z.Cəfərovanın qəfl halı pisləşib. Ona dərhal təcili tibbi yardım göstərilib. Müayinə zamanı qadının öldüyü məlum ölüb. Məlumata görə, Z.Cəfərova xəstəxanaya qarın boşluğunun müayinəsinə gəlibmiş.
Gəncədə 29 yaşlı kişi küçədə bıçaqlandı
Gəncə şəhərində 29 yaşlı kişi bıçaqlanıb. Canlixeber.com xəbər verir ki, hadisə şəhərin Poçt qəsəbəsində baş verib. Qəsəbə sakini, 1997-ci il təvəllüdlü Aleksandr Konalinko küçədə bıçaqlanıb. O, xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.
Gəncədə 11-ci sinif şagirdini öldürən məktəbliyə hökm oxundu
Gəncədə orta məktəbin qarşısında şagirdi qətlə yetirən yeniyetməyə hökm oxunub. Canlixeber.com xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən Fərid Şabanovun barəsindəki cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Məhkəmənin hökmü ilə F.Şabanov 10 il azadlıqdan məhrum edilib. İttihama görə, Fərid Şabanov 2024-cü il yanvarın 23-də oxuduğu Gəncə şəhər M.P.Vaqif adına 8 […]
Gəncədə sükan arxasında infarkt keçirən sürücü ölüb
Gəncə şəhərində sürücü sükan arxasında infarkt keçirib, avtomobil qəzaya düşüb. Canlixeber.com xəbər verir ki, hadisə şəhərin Müseyib Bağırov küçəsində qeydə alınıb. Belə ki, “Opel” markalı avtomobil idarəetmədən çıxaraq ağaca çırpılıb. Hadisə yerinə təcili yardım briqadası və yol polisi əməkdaşları cəlb olunub. Məlum olub ki, avtomobilin sürücüsü orta yaşlı kişi sükan arxasında infarkt keçirərək dünyasını dəyişib. […]
Gəncədə moped sürücüsü qəzada öldü
Gəncədə moped sürücüsü qəzada ölüb. Canlixeber.com xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. “Land Cruser” markalı avtomobil yolla hərəkət edən mopedə çırpılıb. Hadisə zamanı moped sürücüsü aldığı ağır bədən xəsarətlərindən yerindəcə vəfat edib. İlkin məlumata görə, qəzada ölən 2004-cü il təvəllüdlü sürücü Amin İsmayılov kuryer işləyirmiş. Hadisə yerinə yol polisi əməkdaşları cəlb […]
Gəncədə məktəblinin meyiti tapıldı
Gəncədə 17 yaşlı yeniyetmənin yaşadığı evdə meyiti tapılıb. Canlixeber.com xəbər verir ki, 2009-cu il təvəllüdlü Ə. Novruzovun meyiti yaşadığı Məhsəti qəsəbəsindəki evində tapılıb. Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub. Məlumat üçün bildirək ki, Ə. Novruzov 11-ci sinif şagirdi olub. Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma başlanılıb.
Kəlbəcər sakini güllə yarası alıb
Kəlbəcər rayonunda 46 yaşlı şəxs güllə yarası alıb. Canlixeber.com xəbər verir ki, Bakı şəhərində qeydiyyatda olan Qafur İsmayılov ov tüfəngi ilə ehtiyatsız davaranaraq əl nahiyyəsindən güllə yarası alıb. Adıçəkilən şəxs Gəncədəki xəstəxanalardan birinə yerləşdirilib. Ona ilkin tibbi yardım göstərilib, müalicəsi davam edir. Faktla bağlı araşdırma başlanılıb
Gəncədə Vətən müharibəsi iştirakçısı olan müəllim vəfat edib
Gəncə şəhərində Aşıq Ələsgər adına 36 nömrəli tam orta məktəbin hərbi hazırlıq müəllimi Rüstəm İsayev vəfat edib. Canlixeber.com xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb. Bildirilib ki, Vətən müharibəsinin iştirakçısı R.İsayev ötən gün dünyasını dəyişib. Qeyd edək ki, o, Vətən müharibəsindən sonra göstərdiyi xidmətlərə görə bir sıra medallarla təltif olunub.
Gəncə sakini zarafata görə dostunu taxta parçası ilə döydü
Gəncə şəhərində dostunu zarafata görə döyən şəxs həbs edilib. Canlixeber.com xəbər verir ki, şəhər sakini – 1973-cü il təvəllüdlü Mahir Məcidovun (ad və soyad şərtidir – red.) uşaqlıq dostu Yaşar söhbət zamanı ona zarafat edib. Həmin vaxt əsəbi olan Mahir zarafatı ciddi qəbul edib və dostlar arasında mübahisə yaranıb. Bu zaman M.Məcidov yaxınlıqdakı su arxından […]
