Futbol
Anton Krivotsyuk və Abdulla Xaybulayev Azərbaycan millisinin heyətindən çıxarılıblar
Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan millisinin heyətində dəyişiklik edilib. Canloxeber.com xəbər verir ki, bu barədə qurumun mətbuat xidmətindən bildirilib. Anton Krivotsyuk və Abdulla Xaybulayev heyətdən çıxarılıblar. Qeyd edək ki, Azərbaycan millisi ötən gün toplanış çərçivəsində keçirdiyi yoldaşlıq matçında Maltaya 0:2 hesabı ilə məğlub olub.
Azərbaycanın U-21 millisi Bəhreynlə yoldaşlıq matçı keçirəcək
Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət millisi Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində bu gün yoldaşlıq matçında qüvvəsini sınayacaq. Canlixeber.com xəbər verir ki, Rəşad Eyubovun baş məşqçisi olduğu kollektiv Bəhreynlə üz-üzə gələcək. Görüş saat 18:00-da start götürəcək. Qeyd edək ki, U-21 növbəti yoldaşlıq matçını Qırğızıstan millisinə qarşı keçirəcək. Bu görüş iyunun 9-da baş tutacaq.
“Karvan-Yevlax”da növbəti ayrılıq
“Karvan-Yevlax” klubu Qavi Thompsonla yollarını ayırıb. Canlixeber.com xəbər verir ki, bu barədə bölgə klubunun mətbuat xidməti məlumat yayıb. Futbolçu ilə başa çatan müqavilə müddəti yenilənməyib. Qeyd edək ki, nigeriyalı 26 yaşlı futbolçu Misli Premyer Liqasının 2025/2026 mövsümündə meydana çıxdığı 33 oyunda 2 qolla yadda qalıb.
Milli komandamız bu gün Malta ilə qarşılaşacaq
Avstriyada təlim-məşq toplanışında olan futbol üzrə Azərbaycan milli komandası bu gün yoldaşlıq oyunu keçirəcək. Canlixeber.com xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu komanda Malta yığması ilə qarşılaşacaq. Macarıstanın Sombatxey şəhərindəki “Haladaş” stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Matçı macarıstanlı baş hakim Mixali Kaprali idarə edəcək. Qeyd edək ki, Azərbaycan millisi təlim-məşq […]
“Zirə” 5 futbolçu ilə yollarını ayırıb
“Zirə” 5 futbolçu ilə yollarını ayırıb. Canlixeber.com xəbər verir ki, bu barədə klubdan məlumat verilib. Ceyhun Nuriyev, Stefan Aka, Eldar Quliyev, Leroy Mikelslə müqavilənin müddəti başa çatıb. Həmçinin Xorvatiyanın “Varajdin” klubundan heyətə cəlb olunan Rüfət Abdullazadə ilə icarə müqaviləsinin müddəti bitib.
“Turan Tovuz” Konfrans Liqasına buraxılmayacaq? – Klubdan açıqlama
“UEFA başda olmaqla, heç bir qurumdan avrokuboklarda iştirakla bağlı təsdiq və ya imtina barədə rəsmi bildiriş almamışıq”. Canlixeber.com “Teleqraf”a istinadla xəbər verir ki, bu barədə “Turan Tovuz”un mətbuat katibi Süleyman Tağıyev klubun UEFA Konfrans Liqasında iştirakının sual altında olmasına dair iddialara münasibət bildirərkən deyib. O, komandanın 2025/2026 mövsümünü uğurla başa vurduğu və idman prinsipləri qorunmaqla […]
Azər Bağırov “Kəpəz”in baş məşqçisi vəzifəsindən ayrılıb
Azər Bağırov Kəpəzin baş məşqçisi vəzifəsindən ayrılıb“Kəpəz” futbol klubunun baş məşqçisi Azər Bağırov vəzifəsindən ayrılıb. Canlixeber.com xəbər verir ki, bu barədə Gəncə klubunun mətbuat xidmətindən bildirilib. Mütəxəssislə başa çatan müqavilə yenilənməyib. Qeyd edək ki, “Kəpəz” Misli Premyer Liqasında 2025/2026 mövsümünü 27 xalla 10-cu pillədə başa vurub.
“Karvan-Yevlax” baş məşqçisi ilə yollarını ayırdı
“Karvan-Yevlax” baş məşqçi Füzuli Məmmədovla yollarını ayırıb. Canlixeber.com xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 48 yaşlı mütəxəssisin klubla başa çatan müqaviləsinin müddəti artırılmayıb. Qeyd edək ki, Füzuli Məmmədov 2025-ci ilin noyabrında “Karvan-Yevlax”ın baş məşqçisi vəzifəsinə təyin olunmuşdu. Mövsümün yekunlarına əsasən 15 xal toplayan komanda Premyer Liqanı tərk edib.
Premyer Liqa klubumuz braziliyalı futbolçunun maaşını artırmadı, oyunçu ölkəni tərk etdi
“İmişli” braziliyalı futbolçu Rafael Vieqaşı komandada saxlamaq istəyib. Canlixeber.com İdmanxeber.az-a istinadən xəbər verir ki, rəhbərlik oyunçuya ötən yay olduğu kimi yenə də eyni şərtlərlə yeni müqavilə təklif edib, ancaq müdafiəçi bunu bəyənməyib. O, maaşının artırılmasını tələb edib. Rəhbərlik isə futbolçunun əməkhaqqısını artırmaq niyyətində olmadığını bildirib. Bu səbəbdən də tərəflər razılaşa bilməyiblər. Braziliyalı futbolçu komanda ilə […]
Polşa klubu azərbaycanlı futbolçu ilə yolları ayırdı
Polşanın “Motor” (Lyublin) klubu Azərbaycan millisinin hücumçusu Renat Dadaşovla yollarını ayırıb. Canlixeber.com qol.az-a istinadla xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Bildirilib ki, Dadaşovun iyunda başa çatan müqaviləsi yenilənməyəcək. Qeyd edək ki, Azərbaycan millisinin üzvü ötən ilin yayından “Motor”un formasını geyinirdi. 26 yaşlı hücumçu Polşa təmsilçisinin heyətində ümumilikdə 22 oyunda meydana çıxıb […]
