1 min read

Azərbaycan millisinin üzvü Super Liqa təmsilçisi ilə rəsmi müqavilə imzaladı

Türkiyə Super Liqası təmsilçisi “Ərzurumspor” Azərbaycan millisinin futbolçusu Nəriman Axundzadə ilə müqavilə imzalayıb. Canlixeber.com xəbər verir ki, 22 yaşlı hücumçu ABŞ-nin MLS təmsilçisi “Kolumbus Kru”dan icarəyə götürülüb. İcarə müqaviləsi 2027-ci ilin sonunadək nəzərdə tutulub. Razılaşmaya əsasən, Türkiyə təmsilçisinin icarə müddətinin sonunda Nəriman Axundzadəni birdəfəlik transfer etmək hüququ da var. Qeyd edək ki, Nəriman Axundzadənin MLS […]

1 min read

Avropada növbəti dayanacaq: “Qarabağ” “Dinamo Kiyev” səddini keçməyə çalışacaq

Bu gün “Qarabağ” futbol klubu UEFA Konfrans Liqasının III təsnifat mərhələsində ilk oyununa çıxacaq. Canlixeber.com xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Ukrayna təmsilçisi “Dinamo Kiyev”in qonağı olacaq. Matçı danimarkalı hakimlər briqadası idarə edəcək. Baş hakim Morten Kroq, yan xətt hakimləri Şteffen Bramsen və Viktor Skite olacaq. Dördüncü hakim funksiyasını Yakob Karlsen yerinə yetirəcək. […]

1 min read

Azərbaycan I Liqasının 2026/2027 mövsümünün püşkü atılıb

Azərbaycan I Liqasında 2026/2027 mövsümünün püşkü atılıb. Canlixeber.com xəbər verir ki, Peşəkar Futbol Liqasının inzibati binasında keçirilən püşkatma mərasimində I Liqanın 2026/2027 mövsümünün I və II dövrələrinin təqvimi müəyyənləşib. Çempionatda ötənilki kimi 10 komanda mübarizə aparacaq. I tur MOİK – “Şahdağ Qusar” “Şimal” – “Cəbrayıl” “Xankəndi” – “Səbail” “Mingəçevir” – “Zaqatala” “Baku Sportinq” – “Karvan-Yevlax” […]

1 min read

Millimizin sabiq üzvü kariyerasını Türkiyədə davam etdirəcək

Azərbaycan millisinin sabiq futbolçusu Elvin Yunuszadənin yeni klubu müəyyənləşib. Canlixeber.com xəbər verir ki, təcrübəli müdafiəçi Türkiyənin “Boluspor” klubu ilə rəsmi müqavilə imzalayıb. Müavilənin detalları açıqlanmayıb. Qeyd edək ki, ötən mövsümü “Karvan-Yevlax”da keçirən Elvin Yunuszadə karyerası ərzində “Neftçi”, “Sabah” və “Qarabağ” kimi klubların da formasını geyinib.

1 min read

“Kəpəz”in Qətər klubu ilə oyunu ləğv olundu

Yeni mövsümün hazırlıq mərhələsini davam etdirən “Kəpəz”in sabah keçirilməsi planlaşdırılan növbəti yoxlama matçı baş tutmayacaq. Canlixeber.com xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Azər Məmmədovun komandası Qəbələ şəhər stadionunda Qətərin II Liqa təmsilçisi “Əl-Xaraitiyat” klubu ilə üz-üzə gəlməli idi. Lakin sözügedən qarşılaşma Qətər klubunun istəyi ilə ləğv edilib. Saat 18:00-da başlaması nəzərdə […]

1 min read

“Orhus” – “Sabah” oyununu sloveniyalı referi idarə edəcək

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində keçiriləcək “Orhus” (Danimarka) – “Sabah” oyununun hakim təyinatları bəlli olub. Canlixeber.com xəbər verir ki, qarşılaşmanı sloveniyalı FIFA referisi Rade Obrenoviç idarə edəcək. Ona həmyerliləri Aleksandar Kasapoviç və Qreqa Kordej kömək göstərəcəklər. Dördüncü hakim funksiyasını Martin Matoşa yerinə yetirəcək. VAR hakimi Matey Yuq, onun köməkçisi isə Alen Boroşak olacaq. Qeyd […]

1 min read

Azarkeşlər “Qarabağ”la oyunu boykot edir

“Qarabağ”ı qəbul edəcək SSKA (Sofiya) ilə bağlı azarkeşlərə çağırış edilib. Canlixeber.com xəbər verir ki, UEFA Avropa Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyunu 0:0 hesabı ilə başa çatıb. Buna baxmayaraq, cavab oyununa 48 saat qalmış cəmi 4 min biletin satılması Bolqarıstan mediasında məyusluq doğurub. Xatırladaq ki, SSKA – “Qarabağ” oyunu iyulun 30-u Sofiyadakı Vasil Levski adına […]

2 mins read

15 yaşadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı Azərbaycanda keçiriləcək

15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalı 2026-cı ildə Azərbaycanda keçiriləcək. Canlixeber.com xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb. Bildirilib ki, Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FIFA) Şurası Bürosunun 2026-cı il 25 iyun tarixli iclasında 15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının (FIFA U-15 World […]

1 min read

“Şamaxı” Qətər klubu ilə üz-üzə

“Şamaxı” yeni mövsümə hazırlıq çərçivəsində ikinci yoxalama oyununa çıxacaq. Canlixeber.com xəbər verir ki, komanda bu gün Qətərin 2-ci liqa təmsilçisi “Əl-Xaritiyat” klubu ilə üz-üzə gələcək. Qəbələdə keçiriləcək görüş saat 18:00-da başlayacaq. Qeyd edək ki, “Şamaxı” ilk yoxlama matçında “Kəpəz”lə qolsuz heç-heçə edib.