Futbol
Misli Premyer Liqası: III tura bu gün iki oyunla start verilir
Misli Premyer Liqasında III turun oyunları bu gün başlayır. Canlixeber.com xəbər verir ki, turun ilk oyun günündə iki qarşılaşma keçiriləcək. İlk görüşdə “Qəbələ” doğma meydanda “Şamaxı”nı qəbul edəcək. Qəbələ şəhər stadionunda keçiriləcək matç saat 18:00-da başlayacaq. Günün digər qarşılaşmasında isə “Şəfa” “İmişli” ilə üz-üzə gələcək. “SOCAR Polymer Arena”da keçiriləcək görüş saat 20:15-də start götürəcək. 29 […]
“Qarabağ” yeni futbolçu ilə razılıq əldə edib
“Qarabağ” yeni futbolçu ilə razılıq əldə edib. Canlixeber.com xəbər verir ki, bu, Portuqaliyanın “Vitoriya” klubunda çıxış edən Telmo Arkanjodur. 25 yaşlı vingerlə bütün məsələlərdə razılıq əldə olunub. Onun yaxın günlərdə Azərbaycana gələcəyi gözlənilir. Telmo “Qarabağ” üçün yad sima deyil. O, Ağdam klubunun sabiq futbolçusu Leandro Andradenin əmisi oğludur. Qeyd edək ki, Telmo Arkanjo “Vitoriya”nın heyətində […]
Misli Premyer Liqasında II tur başlayır: “Qəbələ” “Şəfa”ya, “Zirə” “İmişli”yə QARŞI
Misli Premyer Liqasında II turun oyunlarına start verilir. Canlixeber.com xəbər verir ki, ikinci turda bu gün iki görüş keçiriləcək. İlk oyunda “Qəbələ” doğma meydanda “Şəfa”nı qəbul edəcək. Qəbələ şəhər stadionunda keçiriləcək matç saat 18:30-da başlayacaq. Günün digər qarşılaşmasında isə “Zirə” “İmişli” ilə üz-üzə gələcək. Zirə İdman Kompleksinin stadionunda keçiriləcək görüş saat 20:45-də start götürəcək. 22 […]
“Sabah”-“Hapoel” matçına 15000 bilet satıldı
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin “Sabah” – “Hapoel” (Beer-Şeva) oyununa 15 000 bilet satılıb. Canlixeber.com xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Qarşılaşma avqustun 25-də, saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Xatırladaq ki, tərəflər arasında Rumıniyanın paytaxtı Buxarestdə keçirilən ilk oyun “Hapoel”in 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
KL: Pley-off mərhələsinə start verilib
UEFA Konfrans Liqasında pley-off mərhələsinə start verilib. Canlixeber.com xəbər verir ki, dünən turun ilk oyunları keçirilib. PAOK “Brann”la qarşılaşıb. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. “Vikinqur” isə öz meydanında “Borats”a 1:3 hesabı ilə uduzub. 20 avqust UEFA Konfrans Liqası, pley-off mərhələsi 20:00. “Linkoln Red İmps” – “Larn” 0:2 20:00. “İnter Turku” – “Kopenhagen” 0:0 21:00. […]
“Sumqayıt”ın futbolçusu Səbuhi Abdullazadə 5 oyunluq cəzalandırılıb
Misli Premyer Liqasının I turunun “Sumqayıt” – “Neftçi” oyununda birbaşa qırmızı vərəqə alan “Sumqayıt”ın futbolçusu Səbuhi Abdullazadə 5 oyunluq cəzalandırılıb. Canlixeber.com xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub. Təcavüzkar davranışa görə cəzalandırılan futbolçuya görə “Sumqayıt” klubu 3 min manat cərimə olunub. Eyni qarşılaşmada həmçinin 4 futbolçusu sarı vərəqə alan “Neftçi” […]
Massa yenidən Azərbaycana “qarşı” – Bu dəfə “Sabah”ın oyununda
UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində üz-üzə gələcək “Sabah” və İsrailin “Hapoel Beer-Şeva” komandaları arasındakı ilk matçın hakimi Davide Massa Azərbaycan futbol azarkeşlərinə yad sima deyil. Canlixeber.com xəbər verir ki, 45 yaşlı təcrübəli FIFA hakimi karyerası boyu artıq 4 dəfə Azərbaycan təmsilçilərinin avrokuboklardakı sınaqlarında baş hakim funksiyasını yerinə yetirib. İtaliyalı ədalət təmsilçisinin yolları klublarımızla ilk […]
Azərbaycan Premyer Liqası: İlk turda daha iki görüş keçiriləcək
Misli Premyer Liqasının I turunda bu gün daha iki qarşılaşma keçiriləcək. Canlixeber.com xəbər verir ki, günün ilk görüşü Sumqayıtda baş tutacaq. “Sumqayıt” “SOCAR Polymer Arena”da “Neftçi”ni qəbul edəcək. Qarşılaşma saat 19:00-da start götürəcək. “Zirə” isə doğma arenada Premyer Liqanın debütantı “Şəfa” ilə üz-üzə gələcək. Bu görüş saat 21:00-da başlayacaq. Misli Premyer Liqası I dövrə, I […]
Misli Premyer Liqasında həyəcan davam edir: Bu gün iki maraqlı görüş var
Bu gün Misli Premyer Liqasında I turun növbəti oyunları keçiriləcək. Canlixeber.com xəbər verir ki, yeni mövsümün ikinci oyun günündə “Araz-Naxçıvan” “İmişli” ilə, “Sabah” isə “Kəpəz”lə üz-üzə gələcək. Qəbələ şəhər stadionunda keçiriləcək “Araz-Naxçıvan” – “İmişli” matçı saat 18:30-da başlayacaq. “Bank Respublika Arena”da keçiriləcək “Sabah” – “Kəpəz” qarşılaşması isə saat 20:45-də start götürəcək. Qeyd edək ki, turun […]
Misli Premyer Liqası geri döndü: “Turan Tovuz” “Qəbələ”yə QARŞI
Bu gün Misli Premyer Liqasında yeni mövsümə start verilir. Oxu.Az xəbər verir ki, ilk oyun günündə “Turan Tovuz” “Qəbələ” ilə üz-üzə gələcək. Tovuz şəhər stadionunda keçiriləcək matç saat 19:30-da başlayacaq. Qeyd edək ki, Misli Premyer Liqasının ilk turunda daha beş görüş keçiriləcək. Belə ki, “Araz-Naxçıvan” – “İmişli”ni, “Sabah” “Kəpəz”i avqustun 15-də, “Sumqayıt” “Neftçi”ni, “Zirə”, “Şəfa”nı […]
