“Qarabağ” yeni futbolçu ilə razılıq əldə edib
1 min read

“Qarabağ” yeni futbolçu ilə razılıq əldə edib

“Qarabağ” yeni futbolçu ilə razılıq əldə edib.

Canlixeber.com xəbər verir ki, bu, Portuqaliyanın “Vitoriya” klubunda çıxış edən Telmo Arkanjodur.

25 yaşlı vingerlə bütün məsələlərdə razılıq əldə olunub. Onun yaxın günlərdə Azərbaycana gələcəyi gözlənilir.

Telmo “Qarabağ” üçün yad sima deyil. O, Ağdam klubunun sabiq futbolçusu Leandro Andradenin əmisi oğludur.

Qeyd edək ki, Telmo Arkanjo “Vitoriya”nın heyətində 57 oyun keçirib və 6 qola imza atıb.