Fövqəladə Hallar Nazirliyi
Neft Emalı Zavodunda yanğın başlayıb
Neft Emalı Zavodunda yanğın başlayıb. Canlixeber.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonunda yerləşən Neft Emalı Zavodunda yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər […]
20 il rəhbərlik etdiyi idarədə araşdırma gedir – Özünə yeni vəzifə verildi
Ötən ay Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) tabeliyindəki “Avtomobil Yollarının Mühafizə Xidməti”nin rəisi vəzifəsindən azad edilən Səftər İsmayılov yeni təyinat alıb. Canlixeber.com “Qafqazinfo”ya istinadla xəbər verir ki,S.İsmayılova Fövqəladə Hallar Nazirliyində (FHN) vəzifə verilib. O, FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsində şöbə müdiri təyin edilib. Qeyd edək ki, Səftər İsmayılov 20 il “Avtomobil Yollarının Mühafizə Xidməti”nə […]
Qəbələdə ev yanıb – Yaralanan var
Qəbələ rayonunun Mirzəbəyli kəndində ev yanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, ümumi sahəsi 150 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb. Hadisə zamanı 1 nəfər xəsarət alıb. Yaxınlıqdakı tikililər mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bu gündən Azərbaycanda çimərlik mövsümü başlayır
İyunun 15-dən Azərbaycanda çimərlik mövsümü açıq elan edilir. Canlixeber.com xəbər verir ki, bununla əlaqədar ölkə ərazisindəki bütün rəsmi çimərliklər vətəndaşların, həmçinin turistlərin istifadəsinə verilir. Yay tətilini dəniz kənarında keçirmək istəyənlərin rahat və təhlükəsiz istirahəti üçün aidiyyəti dövlət qurumları tərəfindən zəruri hazırlıq və təmizlik işləri yekunlaşdırılıb. Vətəndaşların həyat və sağlamlığının qorunması məqsədilə çimərlik ərazilərində Fövqəladə Hallar […]
Sumqayıtda YANĞIN OLUB
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, Qurd dərəsi adlanan ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub. Canlixeber.com xəbər verir ki, bu barədə FHN məlumat yayıb. Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt Şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ümumi sahəsi […]
Binə qəsəbəsində yanğın olub
Bakının Xəzər rayonu, Binə qəsəbəsində açıq ərazidə yanğın baş verib. Canlixeber.com xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində qamışlıq sahədə baş verən alovun genişlənməsinə, o cümlədən ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb. Hadisə […]
FHN xəbərdarlıq edib
Havanın isinməsi ilə əhalinin istirahət üçün üz tutduğu məkanlardan biri də su hövzələridir. Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə baxmayaraq, təəssüflə qeyd edilməlidir ki, bəzi vətəndaşlar tərəfindən bu məkanlarda təhlükəsizlik qaydalarına əməl olunmaması sonda acı nəticələrə səbəb olur. Canlixeber.com xəbər verir ki, bu barədə FHN-in Mətbuat Xidmətnin məlumatında qeyd edilib. Qeyd olunanları […]
“Son zəng”lə bağlı sürücülərə MÜRACİƏT
Fövqəladə Hallar Nazirliyi (FHN) “Son zəng”lə bağlı avtonəqliyyat vasitələri sürücülərinə müraciət edib. Canlixeber.com xəbər verir ki, müraciətdə deyilir: “Təhsil müəssisələrində və kütləvi tədbirlərin keçirildiyi məkanlarda “Son zəng” və “Məzun günü” tədbirlərinin keçirilməsi ilə əlaqədar olaraq avtomobil yollarında hərəkətin intensivliyinin və nizamsız parklama ehtimalının artacağı gözlənilir. Belə vəziyyətdə nəzərə almaq lazımdır ki, yollarda hadisə yerinə tələsən […]
Bakıda mebel sexinin fəaliyyəti dayandırılıb
Bakıda mebel sexinin fəaliyyəti dayandırılıb. Canlixeber.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Yasamal rayonu, Mikayıl Müşfiq küçəsində yerləşən mebel sexində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində bir sıra nöqsanlar aşkar edilib. Məlumatda qeyd edilib ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər […]
Arazda batan 11-ci sinif şagirdinin meyiti tapılıb
Araz çayının İmişli rayonu, Rəsullu kəndi ərazisindən keçən hissəsində batan 2009-cu il təvəllüdlü Mirişli Turan Mirağa oğlunun meyiti tapılıb. Canlixeber.com bu barədə Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir. Qeyd olunub ki, T.Mirişlinin meyiti FHN-in dalğıcları tərəfindən batdığı yerdən 500 metr məsafədə sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Qeyd edək ki, hadisə iyunun 7-si axşam […]
