1 min read

Oğlunu kürəyindən bıçaqlayan şəxsə HÖKM OXUNDU

Paytaxtın Biləcəri qəsəbəsində oğluna bıçaqla ağır xəsarət yetirən şəxsə hökm oxunub. Canlixeber.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsi 1979-cu il təvəllüdlü Nazim Əliyevi Cinayət Məcəlləsinin 126-cı maddəsi ilə təqsirli bilib. Araşdırmalarla müəyyən edilib ki, N.Əliyevin həyat yoldaşı illər əvvəl onu və oğlu Teymuru tərk edib. Teymur ata nənəsi və babasının yanında böyüyüb. Bir neçə […]

1 min read

Özünü prokurorluq əməkdaşı kimi təqdim edərək dələduzluq edən şəxs həbs edilib

Mingəçevir şəhər prokurorluğunda özünü prokurorluq əməkdaşı kimi təqdim edərək bir sıra şəxslərin pul vəsaitlərini aldatma yolu ilə ələ keçirməsi və prokurorluq orqanlarının nüfuzuna xələl gətirən hərəkətlər törətməsi faktı ilə bağlı cinayət işi başlanaraq istintaq aparılır. Canlixeber.com xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb. Bildirilib ki, istintaq zamanı Vasif Haqverdiyevin müxtəlif şəxslərlə əlaqə saxlayaraq […]

1 min read

Gəncə sakini zarafata görə dostunu taxta parçası ilə döydü

Gəncə şəhərində dostunu zarafata görə döyən şəxs həbs edilib. Canlixeber.com xəbər verir ki, şəhər sakini – 1973-cü il təvəllüdlü Mahir Məcidovun (ad və soyad şərtidir – red.) uşaqlıq dostu Yaşar söhbət zamanı ona zarafat edib. Həmin vaxt əsəbi olan Mahir zarafatı ciddi qəbul edib və dostlar arasında mübahisə yaranıb. Bu zaman M.Məcidov yaxınlıqdakı su arxından […]

2 mins read

Piyadanı vurub öldürən avtobus sürücüsünə qarşı 50 min manatlıq İDDİA

Bakı Ağır Cinayətlər Məhkəməsində idarə etdiyi marşrut avtobusu ilə piyadanın ölümünə səbəb olan Samir Mamedovun cinayət işi üzrə məhkəmə iclası keçirilib. Canlixeber.com xəbər verir ki, hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən məhkəmə şahid ifadələri ilə davam edib. Şahid A.B. bildirib ki, hadisə baş verən gün təqsirləndirilən Samir Mamedov onun sahibi olduğu maşını təmirə aparıb. Daha […]

4 mins read

Qadının üzərinə benzin töküb yandıran sevgilisi ilə bağlı QƏRAR

Gəncə Apellyasiya Məhkəməsində Tovuzda qadını yandırıb öldürməkdə təqsirləndirilən Röyal Tağıyevin barəsində olan hökmdən verilən apellyasiya şikayətinə baxılıb. Canlixeber.com xəbər verir ki, sonuncu keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib. Qeyd edək ki, Röyal Tağıyev Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə elan […]

1 min read

Rüfət Səfərova hökm oxundu

Xuliqanlıq və dələduzluqda ittiham olunan hüquq müdafiəçisi Rüfət Səfərovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Canlixeber.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxsə hökm oxunub. Hökmə əsasən, Rüfət Səfərov 8 il müddətinə azadlıqdan məhrum edilib. Xatırladaq ki, dövlət ittihamçısı Rüfət Səfərovun 9 il müddətinə azadlıqdan məhrum […]

3 mins read

“Qurtuluş” Reabilitasiya Mərkəzinin həbsdəki rəhbəri Ceyhun Salmanov və iki əməkdaşın məhkəməsi başlayır

Qəsdən sağlamlığa az ağır zərər vurma, adam oğurluğu və əzab verməkdə təqsirləndirilən “Qurtuluş” Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanov və mərkəzin daha iki əməkdaşının cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb. Canlixeber.com xəbər verir ki, iş baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilib. Qeyd edək ki, “Qurtuluş Reabilitasiya Mərkəzi” MMC-nin Sumqayıt şəhəri ərazisində yerləşən müəssisəsində baş verən qanunsuzluqlarla […]

4 mins read

Perinatal Mərkəzin direktoru hökm oxunmasına az qalmış xəstəxanalıq oldu

Respublika Perinatal Mərkəzində yeddi körpənin öldüyü yanğınla bağlı ittiham olunan direktor və şöbə rəislərinin cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib. Canlixeber.com Oxu.Az-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilənlərin son söz mərhələsində mərkəzin sabiq direktoru Mehriban Abbasquliyeva məhkəmədən vaxt istəyib. Bununla bağlı məhkəmə işinə bir […]

2 mins read

Qaradağda keçirilən əməliyyatda saxlanılan vəzifəli şəxs həbsdən azad olunub

Əmlak Məsələləri Dövlət Xidmətinin Dövlət Əmlakının idarə edilməsi və səmərəli istifadəsinə nəzarət şöbəsinin rəis müavini Zülfüqar Mansurov barəsində seçilmiş həbs qətimkan tədbiri barədə qərardan verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib. Canlixeber.com xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Aqil Musayevin sədrliyi ilə keçirilən prosesdə qərar qəbul edilib. Qərara əsasən, Zülfüqar Mansurov barəsində seçilmiş həbs […]

1 min read

Oğuzda 14 ağacı kəsən şəxsi polis yaxaladı

Oğuz rayonunda ağacları qanunsuz şəkildə kəsən şəxs saxlanılıb. Canlixeber.com xəbər verir ki, rayonunun Sincan kəndi ərazisində 14 ədəd qızılağac və qovaq ağacının kəsilməsi, nəticədə təbiətə 5 min manatdan artıq maddi ziyan vurulması ilə bağlı istintaq araşdırmaları aparılıb. Polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə ağacları kəsməkdə şübhəli bilinən 30 yaşlı kənd sakini Abdulhafiz Bəşirli saxlanılıb. Faktla […]