Cinayət işi
Prokuror “Beniz”ə ağır cəza istədi
Hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən “Beniz” ləqəbli tiktoker Aybəniz Xəlilovanın cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib. Canlixeber.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının yekunlaşdığı elan edilib. Daha sonra prokuror Babaxan Həsənəliyev dövlət ittihamının müdafiəsi zamanı Aybəniz Xəlilovanın 11 il azadlıqda məhrum edilməsini məhkəməyə […]
Cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanılıb
İyunun 19-da ölkə ərazisində qeydə alınan 61, əvvəlki dövrlərdən bağlı qalan 12 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 148, o cümlədən borclu şəxs qismində axtarışda olan 125 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. “Narkotiklərlə əlaqəli 25, qanunsuz […]
Saxta pasportla Fransaya getmək istəyən əcnəbi Bakıda HƏBS EDİLDİ
Bakıda hava limanında əcnəbi vətəndaş saxlanılıb. Canlixeber.com xəbər verir ki, buna səbəb onun sərhəd nəzarəti məntəqəsinə saxta sənəd təqdim etməsidir. İttiham aktına görə, Banqladeş Xalq Respublikasının vətəndaşı olan 25 yaşlı Ho Al Avropa ölkələrində işləmək məqsədilə əvvəlcə Şri-Lankaya gedib. Burada o, özünü turizm işçisi kimi təqdim edən Ariflə tanış olub və Avropaya getmək üçün ona […]
Onu bıçaqlayan həmkəndlisinin qulağını dişlədi, cəza aldı
Qusar rayonunda həmkəndlisinin qulağını dişləyən şəxsə hökm oxunub. Canlixeber.com xəbər verir ki, hadisə rayonun Yasab kəndində baş verib. Kənd sakini, 1997-ci il təvəllüdlü Azik Mamedov (soyadı şərtidir – red.) həmkəndlisi Mövlanla mübahisə edib. Belə ki, Mövlan ona zəng vuraraq görüşmək istədiyini bildirib. Həmkəndlilər kənd ərazisində görüşüblər və aralarında mübahisə yaranıb. Mövlan Azikə deyib ki, guya […]
Vəkilin adı cinayət işində hallanır
Azərbaycan Vəkillər Kollegiyasının üzvü, “De Fendo” Vəkil Bürosunun vəkili Şahin Məmmədov dələduzluqda ittiham olunur. Canlixeber.com musteqil.az-a istinadla xəbər verir ki, vəkilin adı barəsində başlanmış cinayət işi ilə gündəmə gəlib. Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi tərəfindən aparılan araşdırmalarla vəkilin müxtəlif vədlərlə vətəndaşlardan pul aldığı müəyyən edilib. Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin […]
“Dünyagöz”ün baş həkiminə cinayət işi açıldı
“Dünyagöz” xəstəxanasının baş həkimi Kenan Yıldırım barəsində cinayət işi açılıb. Canlixeber.com xəbər verir ki, məsələ 2024-cü ildə V.G. adlı şəxsin sol gözündə aparılan katarakt əməliyyatından sonra həmin gözün görmə qabiliyyətini itirməsi ilə bağlıdır. V.G. iddia edir ki, əməliyyatdan sonra sol gözündə ciddi problemlər yaranıb. Onun sözlərinə görə, göz daxili təzyiq artıb, ağrılar isə dözülməz həddə […]
İşdən çıxarılan polkovnikə cinayət işi açıldı
Bir neçə gün əvvəl Müdafiə Nazirliyinin Baş Tibb İdarəsinin rəis müavini vəzifəsindən azad edilən polkovnik Oktay Babayev cinayət məsuliyyətinə cəlb olunub. Canlixeber.com “Qafqazinfo”ya istinadla xəbər verir ki, o, dələduzluqda ittiham edilir. Maraqlı məqam isə ondan ibarətdir ki, iş üzrə zərərçəkmiş şəxs Silahlı Qüvvələrin Baş Klinik Hospitalının Mərkəzi Tibbi Arxivinin və Müdafiə Nazirliyinin Tibbi Sənədlər Arxivinin […]
