Cinayət işi
Saxta pasportla Fransaya getmək istəyən əcnəbi Bakıda HƏBS EDİLDİ
Bakıda hava limanında əcnəbi vətəndaş saxlanılıb. Canlixeber.com xəbər verir ki, buna səbəb onun sərhəd nəzarəti məntəqəsinə saxta sənəd təqdim etməsidir. İttiham aktına görə, Banqladeş Xalq Respublikasının vətəndaşı olan 25 yaşlı Ho Al Avropa ölkələrində işləmək məqsədilə əvvəlcə Şri-Lankaya gedib. Burada o, özünü turizm işçisi kimi təqdim edən Ariflə tanış olub və Avropaya getmək üçün ona […]
Onu bıçaqlayan həmkəndlisinin qulağını dişlədi, cəza aldı
Qusar rayonunda həmkəndlisinin qulağını dişləyən şəxsə hökm oxunub. Canlixeber.com xəbər verir ki, hadisə rayonun Yasab kəndində baş verib. Kənd sakini, 1997-ci il təvəllüdlü Azik Mamedov (soyadı şərtidir – red.) həmkəndlisi Mövlanla mübahisə edib. Belə ki, Mövlan ona zəng vuraraq görüşmək istədiyini bildirib. Həmkəndlilər kənd ərazisində görüşüblər və aralarında mübahisə yaranıb. Mövlan Azikə deyib ki, guya […]
Vəkilin adı cinayət işində hallanır
Azərbaycan Vəkillər Kollegiyasının üzvü, “De Fendo” Vəkil Bürosunun vəkili Şahin Məmmədov dələduzluqda ittiham olunur. Canlixeber.com musteqil.az-a istinadla xəbər verir ki, vəkilin adı barəsində başlanmış cinayət işi ilə gündəmə gəlib. Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi tərəfindən aparılan araşdırmalarla vəkilin müxtəlif vədlərlə vətəndaşlardan pul aldığı müəyyən edilib. Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin […]
“Dünyagöz”ün baş həkiminə cinayət işi açıldı
“Dünyagöz” xəstəxanasının baş həkimi Kenan Yıldırım barəsində cinayət işi açılıb. Canlixeber.com xəbər verir ki, məsələ 2024-cü ildə V.G. adlı şəxsin sol gözündə aparılan katarakt əməliyyatından sonra həmin gözün görmə qabiliyyətini itirməsi ilə bağlıdır. V.G. iddia edir ki, əməliyyatdan sonra sol gözündə ciddi problemlər yaranıb. Onun sözlərinə görə, göz daxili təzyiq artıb, ağrılar isə dözülməz həddə […]
İşdən çıxarılan polkovnikə cinayət işi açıldı
Bir neçə gün əvvəl Müdafiə Nazirliyinin Baş Tibb İdarəsinin rəis müavini vəzifəsindən azad edilən polkovnik Oktay Babayev cinayət məsuliyyətinə cəlb olunub. Canlixeber.com “Qafqazinfo”ya istinadla xəbər verir ki, o, dələduzluqda ittiham edilir. Maraqlı məqam isə ondan ibarətdir ki, iş üzrə zərərçəkmiş şəxs Silahlı Qüvvələrin Baş Klinik Hospitalının Mərkəzi Tibbi Arxivinin və Müdafiə Nazirliyinin Tibbi Sənədlər Arxivinin […]
