1 min read

Gürcüstanı Azərbaycanla birləşdirən yeni dördzolaqlı avtomagistral tikiləcək

Gürcüstanın İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamenti ölkəni Azərbaycan və Ermənistanla birləşdirən avtomagistralların yeni dördzolaqlı yollarla əvəzlənməsi üzrə beynəlxalq tender elan edib. Canlixeber.com xəbər verir ki, ümumi dəyəri 250 milyon avro təşkil edən layihə Avropa İnvestisiya Bankının krediti hesabına maliyyələşdiriləcək. Yeni avtomagistrallar Rustavi şəhərində başlayacaq, Qırmızı körpü və Sadaxlı istiqamətlərində inşa olunacaq. Layihə üzrə elan edilmiş […]

1 min read

Azərbaycandan tranzit keçməklə Ermənistana 1 000 tondan çox propan qazı göndərilib

Bu gün Azərbaycan ərazisindən keçməklə Ermənistana rusiyamənşəli propan qazı daşıyan 30 vaqondan ibarət yük qatarı “Azərbaycan Dəmir Yolları” QSC-nin Biləcəri Dəmiryol Stansiyasından yola düşüb. Canlixeber.com xəbər verir ki, bu ölkəyə çəkisi 1 026 ton olan propan qazı göndərilib. Daha sonra qatar Böyük Kəsik Dəmiryol Stansiyasından Gürcüstana keçəcək, oradan isə Ermənistan istiqamətində hərəkət edəcək.

2 mins read

Azərbaycan Rusiyaya nota verdi

Rusiya Federasiyasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Canlixeber.com xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb. Görüş zamanı 5 iyul tarixində axşam saatlarında Ukraynanın Mikolayiv vilayətində yerləşən SOCAR yanacaqdoldurma məntəqəsinin dron hücumuna məruz qalması ilə əlaqədar kəskin etiraz bildirilib və Rusiya tərəfinə müvafiq nota təqdim […]

1 min read

Azərbaycandan Ermənistana neft məhsulları daşıyan növbəti qatar yola salınıb

Bu gün Azərbaycandan Ermənistana göndərilən 971 ton benzin və 467 ton dizel yanacağı “Azərbaycan Dəmir Yolları” QSC-nin Biləcəri stansiyasından yola salınıb. Canlixeber.com xəbər verir ki, 18 vaqon “Aİ-92” markalı avtomobil benzini və 8 vaqon dizel yanacağı Böyük Kəsik stansiyası istiqamətində yola düşüb. Yük Gürcüstan ərazisindən tranzit keçməklə Ermənistana çatdırılacaq. Qeyd edək ki, indiyədək Azərbaycandan Ermənistana […]

1 min read

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 408 ton gübrə yola salınıb

Bu gün Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti tədarük həyata keçirilib. Canlixeber.com xəbər verir ki, 6 vaqondan ibarət, çəkisi 408 ton olan gübrə Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib. Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 33 min tondan çox taxıl, 7 min tondan çox gübrə, 133 ton alüminium, 68 ton qarabaşaq və […]

1 min read

Azərbaycandan Ermənistana dizel və taxıl daşıyan növbəti qatar yola salındı

Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyasının ixracı və tranzit yüklərin tədarükü həyata keçirilib. Canlixeber.com xəbər verir ki, 17 vaqondan ibarət, ümumi çəkisi 1000 tona yaxın olan dizel yanacağı Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə yola salınıb. Xatırladaq ki, indiyədək Azərbaycandan Ermənistana 13 min tondan çox dizel, 4 min tondan çox Aİ-92 və Aİ-95 markalı benzin ixrac […]

1 min read

Azərbaycandan tranzit keçməklə Ermənistana gübrə və antrasit göndərilib

Bu gün Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçiriləcək. Canlixeber.com xəbər verir ki, 12 vaqondan ibarət, çəkisi 828 ton olan gübrə və 6 vaqondan ibarət, çəkisi 414 ton olan antrasit (daş kömür növü) saat 11:30-da “Azərbaycan Dəmir Yolları” QSC-nin Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndəriləcək. İndiyə qədər Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 29 […]

1 min read

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 280 ton buğda və 277 ton gübrə göndərilib 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. Canlixeber.com xəbər verir ki, 4 vaqondan ibarət çəkisi 280 ton olan buğda və 4 vaqondan ibarət çəkisi 277 ton olan gübrə bu gün Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib. Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 28 min tondan çox taxıl, 4 min tondan […]

1 min read

Bakı-Tbilisi-Qars dəmir yolunun rəsmi açılış mərasimi keçiriləcək

Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun rəsmi açılışı iyunun 2-də keçiriləcək. Canlixeber.com “Report”a istinadla xəbər verir ki, bununla bağlı mərasim Gürcüstanın Axalkalaki stansiyasında keçiriləcək. Mərasimdə Gürcüstan, Azərbaycan və Türkiyədən rəsmi şəxslərin iştirakı nəzərdə tutulur. Bakı-Tbilisi-Qars dəmir yolu 2017-ci ildən etibarən test rejimində fəaliyyət göstərsə də, layihənin rəsmi istifadəyə verilməsi yalnız indi baş tutacaq. Magistralın ümumi uzunluğu 827 […]

1 min read

Bakı-Tbilisi qatarı qayıdır

Azərbaycan və Gürcüstan mayın 26-dan Bakı-Tbilisi-Bakı marşrutu üzrə gündəlik sərnişin qatarları xidmətlərinin bərpası barədə razılığa gəliblər. Canlixeber.com bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, bununla bağlı razılıq Gürcüstanın Baş nazir İrakli Kobaxidzenin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) iştirak etmək məqsədilə Azərbaycana səfəri çərçivəsində əldə olunub.