Avtomobil qəzası
Bakıda maşın dəmir maneəyə çırpılıb, sürücü ölüb
Bakıda maşın dəmir maneəyə çırpılıb, bir nəfər ölüb. Canlixeber.com xəbər verir ki, hadisə Sabunçu rayonunda baş verib. Belə ki, Mahir Vəliyev idarə etdiyi “Toyota Prius” markalı avtomobil ilə hərəkətdə olarkən idarətməni itirərək yolun sağ tərəfində olan dəmir məhəccərə çırpılıb. Hadisə nəticəsində sürücü Mahir Vəliyev aldığı xəsarətlərdən qəza yerində ölüb, avtomobildə olan sərnişin Fəridə Bədəlova isə […]
Masallıda baş verən qəzada 2 nəfər ölüb, 2 nəfər xəsarət alıb
Masallıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə axşam saatlarında Masallı–Yardımlı yolunda, Masallı rayonunun Ərkivan qəsəbəsi ərazisində qeydə alınıb. Belə ki, Ərkivan qəsəbə sakini, 31 yaşlı Rusif Babayev, idarə etdiyi “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən, Cəlilabad rayon sakini Nikbin Feyzullayevin idarə etdiyi digər “Mercedes” markalı avtomobillə toqquşub. Toqquşmanın təsirindən Rusif Babayevin […]
Bakıda ağır qəza: Ölən var
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, 1989-cu il təvəllüdlü Vasif Əli oğlu Aslanov idarə etdiyi “Hyundai” markalı avtomobillə hərəkətdə olarkən yolu piyada keçməyə çalışan Samir Əliməmməd oğlu Rzayevi vurub. Piyada ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilsə də, orada ölüb. Faktla bağlı cinayət işi başlanılıb.
Bakıda iki maşın toqquşdu, biri aşdı
Paytaxtda yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, qəza ötən gün qeydə alınıb. Belə ki, “BYD” və “Mersedes Vito” markalı avtomobillər toqquşub. Nəticədə “Mersedes Vito” aşıb. Hadisə yerinə polis əməkdaşları gəlib.
Göyçayda qəzaya uğrayan VAZ kanala düşdü: Sürücünün meyiti tapıldı
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Göyçay rayonu, Kürdəmiş kəndində içərisində vətəndaşın olduğu VAZ-2106 markalı avtomobilin su kanalına düşməsi barədə məlumat daxil olub. Canlixeber.com xəbər verir ki, bununla bağlı FHN məlumat yayıb. Məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc qrupu axtarışlara cəlb olunub. Bildirilib ki, FHN-in Kiçikhəcmli Gəmilərə […]
Yasamalda BYD markalı avtomobil aşıb, xəsarət alanlar var
Yasamal rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb. İlkin məlumata görə, BYD markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb. Qəza nəticəsində xəsarət alanların olduğu bildirilir. Hadisə yerinə polis əməkdaşları, təcili tibbi yardım briqadaları və digər aidiyyəti qurumların əməkdaşları cəlb olunub.
Lerikdə avtomobil dərəyə aşıb, xəsarət alanlar var
Lerikdə yol-nəqliyyat qəzasında biri azyaşlı olmaqla 4 nəfər xəsarət alıb. Canlixeber.com xəbər verir ki, hadisə Lənkəran-Lerik magistralında baş verib. Astara rayon sakini 1989-cu il təvəllüdlü Elnur Ibrahim oğlu Qurbanlı idarə etdiyi “Opel” markalı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən idarəetməni itirib. Nəqliyyat vasitəsi hündürlükdən dərəyə aşıb. Dərəyə aşan avtomobil ağaca çırpılaraq dayanıb. Qəza nəticəsində avtomobildə sərnişin […]
Tovuzda qəza olub, ölən və xəsarət alanlar var
Tovuzda ağır yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hərəkətdə olan VAZ 2106 markalı minik avtomobilinin qarşısına mal qara çıxıb. Bu zaman minik maşını idarəetmədən çıxıb. Nəticədə avtomobil yolun kənarına aşıb. Hadisə nəticəsində 2006-cı il təvəllüdlü N.Rəhimov vəfat edib. 2006-cı il təvəllüdlü Ə.Məmmədov və 2006-cı il təvəllüdü A.Xanmirzəyev isə xəsarət alanlar. Qeyd edək ki, […]
Bakıda BMW işıq dirəyinə ÇIRPILDI: XƏSARƏT ALAN VAR
Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə bu gün saat 07:50-də qeydə alınıb. İlkin məlumata görə, 50-BY-678 dövlət nömrə nişanlı BMW markalı avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yol kənarındakı işıq dirəyinə çırpılıb. Zərbənin təsirindən aşan işıq dirəyi yaxınlıqda olan “Daewoo” markalı avtomobilin üzərinə düşüb. Hadisə nəticəsində “Daewoo”nun sürücüsü xəsarət […]
Ağdamda iki avtomobil toqquşub, dörd nəfər yaralanıb
Ağdam rayonunda dörd nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə rayonun Qaradağlı kəndində qeydə alınıb. Belə ki, iki “VAZ” markalı avtomobilin toqquşması nəticəsində Nahid Vahid oğlu Məmmədov, 1986-cı il təvəllüdlü Anar Qüdrət oğlu Yusifov, Coşqun Allahverdi oğlu Abbasov və Mehman Ərşad oğlu Allahverdiyev müxtəlif dərəcəli bədən xəsarətləri […]
