Avtomobil qəzası
Qəzada ölən Məryəmin orqanları 6 nəfərə həyat verdi
“Narmiw.Niko” bloqunun sahibi Nərmin Əliyevanın qəzada vəfat edən bacısı Məryəm Əliyeva dəfn edilib. Canlixeber.com xəbər verir ki, bloqer bu barədə sosial şəbəkə hesabında paylaşım edib. Nərmin Əliyeva bildirib ki, bu gün bacısı son mənzilə yola salınıb. O, paylaşımında Məryəmin ölümündən sonra da insanlara həyat bəxş etdiyini vurğulayıb. “Bu gün balaca balamızı son mənzilə yola saldıq. […]
Zaqatalada ölümlə nəticələnən qəza baş verib
Zaqatala rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub. Canlixeber.com xəbər verir ki, hadisə iyunun 15-də saat 13 radələrində rayonun Çobankol kəndi ərazisində qeydə alınıb. Yolda hərəkətdə olan “Ford Transit” avtomobili idarəetmədən çıxaraq aşıb. Hadisə zamanı sürücü, Zaqatala rayon sakini 1976-cı il təvəllüdlü Əli Osmanov xəsarətlərlə xəstəxanaya yerləşdirilib. O, xəstəxanada dünyasını dəyişib. Araşdırmalarla məlum olub […]
Gəncədə maşınlar toqquşdu – Yaralı var
Gəncədə iki maşın toqquşub. Canlixeber.com xəbər verir ki, hadisə şəhərin Gülüstan qəsəbəsində qeydə alınıb. İlkin məlumata görə, iki avtomobil toqquşub. Toqquşma zamanı maşınlardan biri hərəkət edən motosiklet qoşqusuna çırpılıb. Nəticədə qoşqunu idarə edən 1992-ci il təvəllüdlü Göygöl sakini Turxan Hüseynov xəsarət alıb. Yaralı yaxınlıqdakı xəstəxanalardan birinə yerləşdirilib. Faktla bağlı araşdırma başlanılıb.
Bloqerin bacısı avtoqəzada həlak oldu
“Narmiw.Niko” bloqunun sahibi Nərmin Əliyevanın bacısı Məryəm avtoqəzada həlak olub. Canlixeber.com xəbər verir ki, bloqer bu haqda sosial şəbəkə hesabında paylaşım edib. “Bu dünyadan bir mələk köçdü. Mənim saf, sevgi dolu, gözəllər gözəli, Merim. Artıq necə yaşayacağımı bilmirəm, qəlbimdə elə ağrı-acı var ki, ölənədək qalacaq. İnanmaq, qəbullanmaq istəmirəm, birinin məni bu yuxudan oyatmağını gözləyirəm. Ruhun […]
Füzulidə avtomobil 67 yaşlı kişini vuraraq öldürüb
Füzulidə avtomobil piyadanı vuraraq öldürüb. Canlixeber.com xəbər verir ki, hadisə rayonun FİN qəsəbəsində qeydə alınıb. Asif Balabəyov idarə etdiyi “Mercedes” markalı avtomobil yolu keçmək istəyən 1959-cu il təvəllüdlü Şahmurad Quluyevi vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.
Tovuzda avtomobil qəzası ölümlə nəticələnib
Tovuz rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə rayonun Əsrik yolu adlanan ərazisində qeydə alınıb. Qəza nəticəsində 1994-cü il təvəllüdlü İ. Nağıyev ağır xəsarətlər alıb. Yaralı xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
Şəmkirdə avtomobil 62 yaşlı piyadanı vuraraq öldürüb
Şəmkirdə avtomobil piyadanı vuraraq öldürüb. Canlixeber.com xəbər verir ki, hadisə rayonun Dəllər Cəyir kəndində qeydə alınıb. 2008-ci il təvəllüdlü İlkin Hüseynov idarə etdiyi VAZ markalı avtomobillə həmkəndlisi, piyada, 1964-cü il təvəllüdlü Ramazan Əliyevi vurub. Yaralı xəstəxanaya aparılsa da, 62 yaşlı piyadanın həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.
Azərbaycanda iki ayrı qəzanın OXŞAR SƏBƏBİ
Lənkəran rayon sakini Elşad Salayevin idarə etdiyi VAZ markalı avtomobil Liman şəhəri ərazisində hərəkətdə olarkən nəqliyyat vasitəsi anidən yoldan çıxaraq ağaca çırpılıb. Canlixeber.com xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) açıqlama yayıb. Belə ki, Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində də oxşar hadisə qeydə alınıb. Belə ki, paytaxt sakini Davud Salamov “Ford” […]
Bakıda qadın sürücü qəza törətdi, ÖLƏN VAR
Bakıda qadın sürücü piyadanı vurub öldürüb. Canlixeber.com xəbər verir ki, Şəfəq Fərman qızı Məmmədova idarə etdiyi “Mazda” markalı avtomobillə paytaxtın Nəsimi rayonu, Cavadxan 23 ünvanında hərəkətdə olarkən piyada Arzu Əhməd qızı Əliyevanı vurub. Nəticədə piyada aldığı xəsarətlərdən ölüb. Faktla bağlı cinayət işi başlanılıb.
Sükan arxasında yuxulaması ehtimal olunan sürücü iki nəfərin həyatına son qoydu.
İyunun 8-i saat 13 radələrində, Goranboy rayonunun Səmədabad kəndi ərazisində rayon sakini 73 yaşlı Səməndər Cəfərov idarə etdiyi “VAZ 2107” markalı avtomobillə əks istiqamətli hərəkət zolağına çıxaraq, qarşıdan gələn həmyerlisi 86 yaşlı Şahbaz Qarayevin idarə etdiyi “VAZ 2106” markalı avtomobillə toqquşub Canlixeber.com xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb. Bildirilib […]
