Avtomobil qəzası
Yasamalda BYD markalı avtomobil aşıb, xəsarət alanlar var
Yasamal rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb. İlkin məlumata görə, BYD markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb. Qəza nəticəsində xəsarət alanların olduğu bildirilir. Hadisə yerinə polis əməkdaşları, təcili tibbi yardım briqadaları və digər aidiyyəti qurumların əməkdaşları cəlb olunub.
Lerikdə avtomobil dərəyə aşıb, xəsarət alanlar var
Lerikdə yol-nəqliyyat qəzasında biri azyaşlı olmaqla 4 nəfər xəsarət alıb. Canlixeber.com xəbər verir ki, hadisə Lənkəran-Lerik magistralında baş verib. Astara rayon sakini 1989-cu il təvəllüdlü Elnur Ibrahim oğlu Qurbanlı idarə etdiyi “Opel” markalı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən idarəetməni itirib. Nəqliyyat vasitəsi hündürlükdən dərəyə aşıb. Dərəyə aşan avtomobil ağaca çırpılaraq dayanıb. Qəza nəticəsində avtomobildə sərnişin […]
Tovuzda qəza olub, ölən və xəsarət alanlar var
Tovuzda ağır yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hərəkətdə olan VAZ 2106 markalı minik avtomobilinin qarşısına mal qara çıxıb. Bu zaman minik maşını idarəetmədən çıxıb. Nəticədə avtomobil yolun kənarına aşıb. Hadisə nəticəsində 2006-cı il təvəllüdlü N.Rəhimov vəfat edib. 2006-cı il təvəllüdlü Ə.Məmmədov və 2006-cı il təvəllüdü A.Xanmirzəyev isə xəsarət alanlar. Qeyd edək ki, […]
Bakıda BMW işıq dirəyinə ÇIRPILDI: XƏSARƏT ALAN VAR
Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə bu gün saat 07:50-də qeydə alınıb. İlkin məlumata görə, 50-BY-678 dövlət nömrə nişanlı BMW markalı avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yol kənarındakı işıq dirəyinə çırpılıb. Zərbənin təsirindən aşan işıq dirəyi yaxınlıqda olan “Daewoo” markalı avtomobilin üzərinə düşüb. Hadisə nəticəsində “Daewoo”nun sürücüsü xəsarət […]
Ağdamda iki avtomobil toqquşub, dörd nəfər yaralanıb
Ağdam rayonunda dörd nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə rayonun Qaradağlı kəndində qeydə alınıb. Belə ki, iki “VAZ” markalı avtomobilin toqquşması nəticəsində Nahid Vahid oğlu Məmmədov, 1986-cı il təvəllüdlü Anar Qüdrət oğlu Yusifov, Coşqun Allahverdi oğlu Abbasov və Mehman Ərşad oğlu Allahverdiyev müxtəlif dərəcəli bədən xəsarətləri […]
Naxçıvanda 18 yaşlı qızı maşın VURDU
Naxçıvanda 18 yaşlı qızı avtomobil vurub. Canlixeber.com xəbər verir ki, hadisə şəhərin Həsən Əliyev küçəsində baş verib. Belə ki, avtomobil Şərur rayon sakini, 2008-ci il təvəllüdlü Günay Elçin qızı Zülfüqarzadəni vurub. Xəsarət alan piyada Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib. Hadisə yerinə polis əməkdaşları cəlb ediliblər, faktla bağlı araşdırma aparılır.
Göygöldə “QAZel” yeddi yaşlı uşağı vurdu
Göygöldə azyaşlını maşın vurub. Canlixeber.com xəbər verir ki, ilkin məlumata görə, “QAZel” markalı yük avtomobili 2019-cu il təvəllüdlü K.Abbasovu vurub. Azyaşlı Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə çatdırılıb. Ona tibbi yardım göstərilib, müalicəsi davam edir. Faktla bağlı araşdırma aparılır.
Ağcabədidə avtomobillər toqquşub, ölən var
Ağcabədidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə Muğanlı kəndində qeydə alınıb. Belə ki, Qara Ramil oğlu Həsənovun idarə etdiyi “Hyundai” markalı avtomobil, Amil Allahyar oğlu Bəylərovun idarə etdiyi KIA markalı avtomobillə toqquşub. Qəza nəticəsində hər iki sürücü müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar Ağcabədi Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, […]
Salyanda sərnişin avtobusu ilə minik avtomobili toqquşdu: Xəsarət alanlar var
Salyan rayonunda “Ford Transit” markalı sərnişin mikroavtobusu ilə “Mercedes” markalı minik avtomobili toqquşub. Canlixeber.com xəbər verir ki, hadisə köhnə Ələt-Astara magistral yolunun Çuxanlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Qəza nəticəsində beş nəfər – 1957-ci il təvəllüdlü Etibar Ağamməd oğlu Həsənov, 1969-cu il təvəllüdlü Xoşqədəm Əli qızı Veysəlova, 2006-cı il təvəllüdlü Gülşən Tehran qızı Veysəlova, […]
Bakıda QƏZA: Ölən var
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az-ın məlumatına görə, hadisə paytaxtın Xəzər rayonu, Türkan qəsəbəsində qeydə alınıb. Belə ki, 1997-ci il təvəllüdlü Davud Zəhvər oğlu Nəsirov idarə etdiyi BYD markalı avtomobillə hərəkətdə olarkən yolu keçmək istəyən piyada, 1975-ci il təvəllüdlü Rauf Arif oğlu Qafarovu vurub. Nəticədə, piyada aldığı xəsarətlərdən həmin gün yerləşdirildiyi Sabunçu Tibb […]
