Ağcabədidə təhlükə yaradan obyektin fəaliyyəti dayandırıldı
Fövqəladə Hallar Nazirliyinin (FHN) Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin müfəttişləri tərəfindən Ağcabədi rayonu, Aşağı Avşar kəndində fəaliyyət göstərən fərdi sahibkar Qənbərov Gülmalı Gəncalı oğluna məxsus maye qazdoldurma məntəqəsində plan üzrə yoxlama aparılıb.
Canlixeber.com xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Bildirilib ki, yoxlama zamanı maye qazdoldurma məntəqəsində quraşdırılmış 2 ədəd maye qaz çəninin üzərində olan qoruyucu klapanların dövri yoxlamasının aparılmadığı, həmçinin sözügedən çənlərin texniki baxışının keçirilmədiyi məlum olub.
