Ağcabədi
Laçın sakini Ağcabədidə boğulub ölüb
Ağcabədidə balıq tutmağa gedən Laçın sakini göldə boğularaq həyatını itirib. Canlixeber.com xəbər verir ki, hadisə Ağcabədi rayonunun Taxta Körpü ərazisində yerləşən göldə baş verib. Belə ki, Laçın rayonunun Fingə kənd sakini 1974-cü il təvəllüdlü Rafiq Əliyev balıq tutarkən suda boğulub. Onun meyiti ərazidən keçən sakinlər tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma […]
Ağcabədidə həyat yoldaşını balta ilə qətlə yetirən şəxsə HÖKM OXUNDU
Ağcabədidə həyat yoldaşını öldürməkdə ittiham olunan Ayaz Səlimovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Canlixeber.com xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Qasımovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Ayaz Səlimov 16 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək. Qeyd edək ki, Ayaz Səlimov həyat yoldaşı Nəzakət […]
Ağcabədidə təhlükə yaradan obyektin fəaliyyəti dayandırıldı
Fövqəladə Hallar Nazirliyinin (FHN) Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin müfəttişləri tərəfindən Ağcabədi rayonu, Aşağı Avşar kəndində fəaliyyət göstərən fərdi sahibkar Qənbərov Gülmalı Gəncalı oğluna məxsus maye qazdoldurma məntəqəsində plan üzrə yoxlama aparılıb. Canlixeber.com xəbər verir ki, bu barədə FHN məlumat yayıb. Bildirilib ki, yoxlama zamanı maye qazdoldurma məntəqəsində quraşdırılmış 2 ədəd […]
Ağcabədi şəhərinin bəzi ərazilərində qaz olmayacaq
Ağcabədi şəhərinin bəzi ərazilərində qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Canlixeber.com xəbər verir ki, bu barədə Tərtər Regional Qaz İstismar İdarəsi məlumat yayıb. Təmir-quraşdırma işləri ilə əlaqədar avqustun 27-də saat 10:00-dan işlər yekunlaşanadək Ağcabədi şəhərinin bir sıra küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Təmir-quraşdırma işləri başa çatdıqdan sonra qaz təchizatı mərhələli şəkildə bərpa olunacaq.
Ağcabədidə yük maşını ilə minik avtomobili toqquşub, yaralılar var
Ağcabədi rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı 4 nəfər xəsarət alıb. Canlixeber.com xəbər verir ki, hadisə rayonun Ağabəyli kəndi ərazisində baş verib. Belə ki, “ISUZU” markalı yük avtomobili ilə “Hyundai” markalı minik avtomobili toqquşub. Qəza zamanı minik avtomobilində olan 4 nəfər – Rəhimov Göyüş Tahir oğlu, Abdullayeva Sevda Adil oğlu, Bayramlı Vüqar Cövdət oğlu və […]
İcra başçısını təhqir etdi, həbs olundu
Ağcabədi rayonu Şahsevən Təzəkənd kəndində insident 1 nəfərin inzibati qaydada həbs olunması ilə nəticələnib. Canlixeber.com xitab24.az-a istinadla xəbər verir ki, səbəb 1992-ci il təvəllüdlü kənd sakininin ümumi istifadə üçün nəzərdə tutulan yolu bağlaması olub. Həmin şəxs evinin ön hissəsindən kənd camaatının öz mal-qaralarını aparıb-gətirməsinin onun ailəsinin narahatlığına səbəb olduğunu bildirib və bu şikayətlə kənd icra […]
Ağcabədidə qəza: Ölən və yaralanan var
Ağcabədi rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə rayonun Salmanbəyli kəndi ərazisində qeydə alınıb. 1986-cı il təvəllüdlü Eldəniz Eldar oğlu Musayev Rüstəm Müzəffər oğlu Əliyevə məxsus “NAZ Lifan” markalı avtomobillə kənddən Ağcabədi şəhəri istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və nəqliyyat vasitəsi yol kənarındakı maneəyə çırpılıb. Nəticədə Eldəniz Musayev aldığı xəsarətlərdən […]
Ağcabədidə iki avtomobil toqquşdu, xəsarət alanlar var
Ağcabədidə yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, qəza rayonun Hindarx qəsəbəsi ərazisində qeydə alınıb. Hərəkətdə olan “Toyota” markalı avtomobil qarşıdan gələn “VAZ-2107” markalı avtomobillə toqquşub. Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan şəxslər Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.
Ağcabədidə itkin düşən şəxsin avtomobili su kanalında tapıldı
Ağcabədidə kişi itkin düşüb. Canlixeber.com xəbər verir ki, Laçın rayonu, Yığın kənd sakini Əsədov Adil Əsəd oğlu iyulun 25-də itkin düşüb. Faktla bağlı keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ona məxsus “Mercedes-Benz” markalı avtomobil iyulun 30-da Yuxarı Qarabağ su kanalının Ağcabədi rayonu Qaradolaq kəndi ərazisindən keçən hissəsində aşkar edilib. Hazırda faktla bağlı Ağcabədi Rayon Prokurorluğunda araşdırma aparılır.
Ağcabədidə kanalda batan şəxsin meyiti tapıldı
Qarabağ suvarma kanalının Ağcabədi rayonunun Aşağı Avşar kəndindən keçən hissəsində batan şəxsin meyiti tapılıb. Canlixeber.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, suda boğulan 1993-cü il təvəllüdlü İbrahimov Orxan Feyruz oğlunun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
