Kriminal
Yasamal rayonunda avtomobildən oğurluq edən şəxs saxlanılıb
Yasamal rayonunda “Toyota” markalı avtomobildən oğurluq edilib. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Daxil olmuş məlumat əsasında Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş S.Vahabov müəyyən edilərək saxlanılıb. Araşdırmalarla məlum olub, o, nəqliyyat vasitəsinin yük yerinin açıq olmasından istifadə edərək dəyəri 2666 manat olan noutbuku talayıb. […]
Xətaidə 2000 manatlıq velosiped oğurlayan şəxs saxlanılıb
Paytaxtın Xətai rayonunda talama cinayəti baş verib. Rayon ərazisində binaların birinin qarşısından dəyəri 2000 manat olan velosiped oğurlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən əvvəllər oğurluq və narkotiklə əlaqəli cinayətə görə məhkum olunmuş O.Cəfərov müəyyən edilərək saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
Sabunçuda 10 min manatlıq naqil oğurlayan şəxs saxlanılıb
Sabunçu rayonunda tikilməkdə olan evlərdən dəyəri 10000 manat olan elektrik naqillərinin oğurlanması barədə polisə məlumat daxil olub. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə əməli törətməkdə şübhəli bilinən H.Xəlilov müəyyən edilərək saxlanılıb.Araşdırma aparılır.
Yardımlıda 16 kiloqram narkotik vasitə aşkarlanıb
Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin dövriyyəsinə qarşı əməliyyat həyata keçirilib. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Tədbirlərlə hər üçü əvvəllər məhkum olunmuş V.Şahbazov, İ.Abışov və N.Məmmədli saxlanılıblar. Həmin şəxslərdən ümumilikdə 16 kiloqram nakrotik və 1340 ədəd narkotik tərkibli həb aşkarlanıb. Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər […]
İrandan Rusiyaya 52 kiloqrama yaxın narkotikin keçirilməsinin qarşısı alınıb
Dövlət Gömrük Komitəsinin Astara Gömrük İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən kompleks əməliyyat-axtarış və gömrük nəzarəti tədbirləri nəticəsində xüsusilə külli miqdarda narkotik vasitənin tranzit yolla Azərbaycan ərazisindən keçirilməsinin qarşısı alınıb. Canlixeber.com xəbər verir ki, bu barədə Komitə məlumat yayıb. Bildirilib ki, Astara gömrük postunda İrandan Rusiyaya “şaftalı” yükü aparan yük nəqliyyat vasitəsi idxal yoxlama xəttində saxlanılaraq […]
Əli Kərimli və müavininin istintaqı başa çatdı
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli və müavini Məmməd İbrahimin cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Canlixeber.com “Teleqraf”a istinadla xəbər verir ki, artıq iş materialları tanış olmaq üçün vəkillərə verilib. Əli Kərimli və müavininin işi Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İstintaq Baş İdarəsi tərəfindən istintaq olunub. Onlara qarşı Cinayət Məcəlləsinin 278.1-ci (hakimiyyəti zorla […]
Suraxanıda xarici ölkə vətəndaşına narkokuryerlik edən şəxs ƏLƏ KEÇDİ
Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən C.Qasımlı saxlanılıb. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, ondan 11 kiloqram narkotik vasitə aşkarlanıb. Araşdırmalarla saxlanılan şəxsin narkotikləri sosial şəbəkələrdə tanış olduğu, şəxsiyyəti istintaqla araşdırılan xarici ölkə vətəndaşı vasitəsilə […]
“EMV Dent” klinikasında işləmiş stomatoloqun yeni cinayətləri məlum oldu – TƏFƏRRÜAT
Bakıda fəaliyyət göstərən “EMV Dent” klinikasında diş həkimi işləmiş 1972-ci il təvəllüdlü Şərur rayon sakini Elşən Musa oğlu Zaxarovun yeni cinayətləri məlum olub. Canlixeber.com Teleqraf-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il 6 ay azadlıqdan məhrum edilərək hazırda həbsdə saxlanılan Elşənin daha beş nəfərə qarşı dələduzluq etməsi müəyyən olunub. Elşən […]
Keçmiş məhkumlar yenə tutuldular
Göyçay Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı qanunsuz yollarla ölkə ərazisinə gətirilən külli miqdarda narkotik vasitənin satışının qarşısı alınıb. Canlixeber.com xəbər verir ki, tədbirlərlə əvvəllər də dəfələrlə məhkum olunmuş A.Abdullayev və E.Məmmədov saxlanılıblar. Onlardan 3 kiloqram 500 qram müxtəlif növ narkotik vasitə aşkarlanıb. Saxlanılan şəxslər narkotikləri satış məqsədilə əldə etdiklərini bildiriblər. Faktla bağlı […]
Sevgilisini öldürüb meşəyə atdı: Təyyarə qəzası qurbanlarının ögey qardaşından DƏHŞƏTLİ ƏMƏL
Sentyabrın 23-də saat 15 radələrində Qusar rayonunun Əvəcuğ və Xürəl kəndlərinin arasındakı meşəlik ərazidə qadın meyiti aşkarlanıb. Canlixeber.com xəbər verir ki, aparılan araşdırmalar zamanı meyitin Bakı şəhər sakini, 1976-cı il təvəllüdlü Səadət Ferma qızı Həsənovaya məxsus olduğu müəyyən edilib. Onun bədənində bıçaqla yetirilmiş kəsilmiş-deşilmiş xəsarətlər aşkarlanıb. İstintaqla müəyyən edilib ki, hadisə sentyabrın 21-də Bakı şəhərinin […]
