3 mins read

24 yaşlı qadının ölümünə səbəb olan həkim bir il həbsxanada qalacaq

Qusar Rayon Mərkəzi Xəstəxanasında müalicə alan pasiyentin ölümünə səbəb olmaqda təqsirləndirilən mama-ginekoloq Yelena Tağıyeva barəsində hökm çıxarılıb. Canlixeber.com xəbər verir ki, məhkəmə materiallarına əsasən, hadisə 2023-cü ilin oktyabrında Qusar Rayon Mərkəzi Xəstəxanasının Ginekologiya və Doğum şöbəsində baş verib. Xaçmaz rayonunun Çiləgir kənd sakini, 2002-ci il təvəllüdlü A.B. xəstəxanada əməliyyat keçirib. Məhkəmənin müəyyən etdiyi hallara görə, […]

1 min read

Bakıda DƏHŞƏTLİ QƏTL: 48 yaşlı qadın evində öldürüldü, əri saxlanıldı

Bakıda qətl hadisəsi olub. Canlixeber.com xəbər verir ki, hadisə Sabunçu rayonu, Məmmədli qəsəbəsində baş verib. 48 yaşlı Mədinə Hüseynqulu qızı Soltanova yaşadıqları evdə qətlə yetirilib. Polis əməkdaşlarının keçirdiyi tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən R.Soltanov saxlanılaraq istintaqa təhvil verilib. Araşdırmalar aparılır.

1 min read

Polis 103 kiloqramdan çox narkotik vasitə aşkarladı

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə sentyabrın 26-da və 27-də ümumi çəkisi 103,5 kiloqram narkotik vasitə aşkar olunaraq götürülüb. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

1 min read

Qaxda evdə dava: Ata oğlunu bıçaqladı

Qax rayonunda ata oğlunu bıçaqlayıb. Canlixeber.com xəbər verir ki, hadisə rayonun Qaxbaş kəndi ərazisində baş verib. Kənd sakini, 1970-ci il təvəllüdlü İmran Fərəcov (ad və soyad şərtidir) evində olarkən oğlu ilə əlaqə saxlayıb. Oğlu ona kənd ərazisindəki kafedə pivə içdiyini bildirib. Bir müddətdən sonra oğlu kafedən çıxarkən dostlarından biri onu evinə qonaq dəvət edib. O, […]

1 min read

Vəzifəli şəxsləri şantaj edən baş redaktora hökm oxundu

Şəki Ağır Cinayətlər Məhkəməsində sosial şəbəkədə barələrində rüsvayedici məlumatlar yayacağı hədəsi ilə ayrı-ayrı şəxslərdən jurnalist adı altında pul tələb edən Baloğlan Mirzəliyev və Elxan Heydərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Canlixeber.com xəbər verir ki, prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə hər iki təqsirləndirilən şəxs 5 il azadlıqdan məhrum ediliblər. İttihama görə, […]

1 min read

Ağstafada parkda qətl: 34 yaşlı kişi öldürüldü

Ağstafa rayonunda qətl hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə rayon ərazisindəki parkda qeydə alınıb. Rayon sakini, 1992-ci il təvəllüdlü Rəşad İsmayılov həmyerlisi, 1993-cü il təvəllüdlü Sabir Şükürov arasında mübahisə baş verib. Mübahisə zamanı S.Şükürov özü ilə gətirdiyi bıçaqla R.İsmayılovu qətlə yetirib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə hadisəni törətməkdə şübhəli bilinən S.Şükürov saxlanılaraq […]

1 min read

Dostunun kartından özünə 2020 manat köçürüb qaçdı – Bu cəza verildi

Bakıda dostunun bank kartından pul oğurlayan şəxs cinayət məsuliyyətinə cəlb edilib. Canlixeber.com xəbər verir ki, hadisə Səbail rayonu ərazisində baş verib. Xaçmaz rayon sakini 1998-ci il təvəllüdlü Nurlan Şıxməmmədov (şərti soyadlı) kirayə qaldıqları evdə həm də otaq yoldaşı olan Saday Sadayovun telefonunda bank proqramının şifrəsini öyrənib. O, dostundan xəbərsiz onun “Redmi” markalı telefonunu götürüb və […]

1 min read

Naxçıvanda iki bacı bıçaqlandı

Naxçıvanın Kəngərli rayonunda iki qadın bıçaqlanıb. Canlixeber.com xəbər verir ki, bıçaqlanma hadisəsi rayonun Qarabağlar kəndində qeydə alınıb. Belə ki, rayon sakini 1973-cü il təvəllüdlü Ağayeva Adilə Sabir qızı və bacısı, 1977-ci il təvəllüdlü Quliyeva Ruhiyə Sabir qızına bıçaqla xəsarət yetirilib. Bacılar xəstəxanaya yerləşdirilib. Hadisəni törətməkdə Adilə Ağayevanın həyat yoldaşı, 1971-ci il təvəllüdlü Əliyev İbrahim Əli […]

1 min read

Xaricdə iş və müxtəlif vədlərlə dələduzluq edən şəxs saxlanılıb

Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən vətəndaşların etibarından sui-istifadə edərək onların pul vəsaitlərini ələ keçirməkdə şübhəli bilinən E.Vəliyev saxlanılıb. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Müəyyən edilib ki, o, bir vətəndaşın övladını İsveçrədə işlə təmin edəcəyini vəd edərək 1728 manat, digər şəxsdən isə istirahət kompleksində ev və […]

1 min read

Təqaüdçüləri kömək etmək adı ilə talayan şəxs saxlanılıb

Paytaxtın Yasamal rayonunda polis əməkdaşlarının keçirdikləri tədbirlərlə bankomatdan pul çıxarmaqda çətinlik çəkən vətəndaşların pul vəsaitlərini talamaqda şübhəli bilinən S.Rəşidzadə saxlanılıb. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Araşdırmalarla müəyyən edilib ki, o, əsasən ahıl yaşlı təqaüdçülərə bankomatdan pul çıxarmaqda kömək etmək adı ilə yaxınlaşaraq onların bank kartlarındakı vəsaitləri ələ keçirib. S.Rəşidzadənin […]