Kriminal
Korrupsiya ilə bağlı tutulmuş sabiq vəzifəli şəxsdən xəbər var
Külli miqdarda mənimsəmədə təqsirləndirilən “Azərşəkər” MMC İdarə Heyətinin sabiq sədri Anar Mehdiyev, eləcə də onunla birgə ittiham olunan Ruslan Ələsgərov və Əvəz Süleymanovun cinayət işinin növbəti məhkəmə iclası keçirilib. Canlixeber.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Seyidovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkənin nümayəndəsi iştirakı etməyib. Hakim sənədlərin tədqiqi mərhələsinin başa çatdığını bildirərək […]
Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyevlə bağlı qərar verildi
Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyevin cəzası 6 ay azaldılıb. Canlixeber.com xəbər verir ki, bu barədə qərar Ali Məhkəmədə verilib. Qeyd edək ki, o, 2025-ci ilin aprel ayında saxlanılıb. Hacı Vəliyev Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin […]
Terrorçuluğu maliyyələşdirmədə təqsirləndirilən dəstə üzvlərinə hökm oxundu
Terror qruplaşmasının fəaliyyətində iştirak etməkdə təqsirləndirilən Vüqar Nəcəfli, Camal Gözəlov, Tofiq Yusifli, Dadaş Həşimov, Məhəmməd Hüseynli, Müşfiq Həşimov, Mir Cavad Hüseynli və Tural Ağayevin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Canlixeber.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Namiq Kərimovun sədrliyi ilə keçirilən prosesdə hökm elan edilib. […]
Sərxoş vəziyyətdə avtomobil idarə etməsinə irad tutan dostunu bıçaqladı
Sumqayıt Ağır Cinayətlər Məhkəməsində xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən şəxs Namiq İslamovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə iclası keçirilib. Canlixeber.com xəbər verir ki, sonuncu keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə ona 6 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin olunub. İttiham aktına əsasən, hadisə 2025-ci ilin aprel ayında saat […]
Abşeronda kişi borc aldığı arvadını bıçaqladı
Abşeron rayonunda kişi borc aldığı arvadını bıçaqlayıb. Canlixeber.com hadisə Abşeron rayonunun Saray qəsəbəsində baş verib. Qəsəbə sakini, 1990-cı il təvəllüdlü Sabir Əliyev (ad və soyad şərtidir – red.) həyat yoldaşından borc alıb və bir neçə günə qaytaracağına söz verib. Müddət başa çatandan sonra həyat yoldaşı Sabirdən verdiyi pulu geri istəyib və ər-arvad arasında mübahisə yaranıb. […]
Özünü generalın adamı kimi təqdim edən sahibkar həbs olundu
Bakıda polisin qanuni fəaliyyətinə maneə olan və xuliqanlıq hərəkətləri edən sahibkar həbs olunub. Canlixeber.com “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə Binəqədi rayonu ərazisində baş verib. Belə ki, bir neçə gün əvvəl gündüz saatlarında yol polisi əməkdaşları hərəkətdə olan yük avtomobilini saxlayıblar. Sərxan adlı sürücüyə həmin saatlarda yükgötürmə qabiliyyətinin 8 tondan çox olduğu nəqliyyat vasitələrinin paytaxtın […]
İrandan Rusiyaya aparılan kahı yükündən narkotik çıxdı
Xüsusilə külli miqdarda narkotik vasitənin tranzit yolla Azərbaycan ərazisindən keçirilməsinə cəhdin qarşısı alınıb. Canlixeber.com xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb. Bildirilib ki, “Cənub-Astara” gömrük postunda İran İslam Respublikasından Rusiya Federasiyasına təzə kahı yükü aparan nəqliyyat vasitəsi stasionar rentgen qurğusu və kinoloji xidmət iti vasitəsilə yoxlanılıb. Yoxlama zamanı xidməti it nəqliyyat vasitəsinin […]
Beynəlxalq axtarışda olan narkobaron İstanbulda yaxalandı
Belçika hüquq-mühafizə orqanları tərəfindən beynəlxalq axtarışa verilən narkobaron İstanbulda keçirilən xüsusi əməliyyat zamanı saxlanılıb. Canlixeber.com xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi (DİN) açıqlama yayıb. Məlumata görə, Kolumbiyadan Avropaya daşınan 2 tonluq kokain şəbəkəsinə rəhbərlik etdiyi müəyyənləşdirilən qruplaşma lideri Türkiyədə ələ keçib. Saxlanılan narkobaronun ekstradisiyası üçün məhkəmə prosesinə başlanılıb.
Samuxda 32 yaşlı kişi bıçaqlandı
Samuxda 32 yaşlı kişi bıçaqlanıb. Canlixeber.com xəbər verir ki, 1994-cü il təvəllüdlü Yusif Eyvazov rayonun Qarayeri qəsəbəsində mübahisə zəminində bıçaqlanıb. Zərərçəkən xəstəxanaya yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir. Hadisəni törətməkdə şübhəli bilinən isə 1985-ci il təvəllüdlü Ülfət Hüseynovdur. O, polis tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Mübahisənin səbəbi hələ məlum deyil. Faktla bağlı araşdırma aparılır.
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları
14 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilən Azərbaycan Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin əmlakları müsadirə olunacaq. Canlixeber.com xəbər verir ki, siyahıda torpaq sahələri, villalar, ticarət mərkəzləri, yaşayış binaları, şirkətlər və bank sektorunda paylar yer alır. Ramiz Mehdiyevə və ailə üzvlərinə aid edilən əmlakların siyahısını təqdim edirik:
