İdman
AFFA İntizam Komitəsi Premyer Liqanın iki klubunu cərimələyib
AFFA İntizam Komitəsi iki klubu cərimələyib. Canlixeber.com xəbər verir ki, bu barədə qurumun iclasında qərar qəbul edilib. Misli Premyer Liqasında II turun “Zirə” – “İmişli” oyununda qonaq komanda 5 futbolçusu sarı vərəqə aldığı üçün 700 manat cərimələnib. “Neftçi” – “Araz-Naxçıvan” oyununda isə stadionun işıqlandırılmasında yaranan problem səbəbindən matç 4 dəqiqə dayandırılıb. Paytaxt təmsilçisi buna görə […]
“Karvan-Yevlax” heyətini Nemət Şixamirovla gücləndirib
Azərbaycanın I Liqa təmsilçisi “Karvan-Yevlax” heyətini Nemət Şixamirovla gücləndirib. Canlixeber.com xəbər verir ki, bu barədə klubun mətbuat xidmətindən bildirilib. Müdafiəçi ilə mövsümün sonuna qədər müqavilə imzalanıb. Qeyd edək ki, N.Şixamirovun son klubu I Liqanın digər təmsilçisi “Şimal” olub.
“Sabah” Çempionlar Liqasının tarixinə düşüb
“Sabah” klubu UEFA Çempionlar Liqasında tarixi uğura imza atıb. Canlixeber.com xəbər verir ki, Azərbaycan təmsilçisi turnirin təsnifat mərhələsindən əsas raunda vəsiqə qazanan ən gənc komanda olub. 2017-ci ildə təsis edilən klub cəmi 9 ildən sonra Çempionlar Liqasının liqa mərhələsinə yüksəlib. Daha əvvəl bu rekord Rusiyanın “Krasnodar” klubuna (12 il) məxsus olub. Qeyd edək ki, “Sabah” […]
“Gəncə” amerikalı basketbolçu Montavius Mörfini heyətinə cəlb edib
“Gəncə” basketbol klubu ABŞ-dən olan forvard Montavius Mörfi ilə mövsümün sonunadək müqavilə imzalayıb. Canlixeber.com xəbər verir ki, bu barədə klubun mətbuat xidmətindən bildirilib. 206 sm boya malik basketbolçu ilə növbəti mövsümü əhatə edəcək müqavilə imzalanıb. Qeyd edək ki, 25 yaşlı forvardın sonuncu klubu Bolqarıstan “Minyor”u olub.
“Sabah”ın Çempionlar Liqasındakı oyunu hansı kanalda yayımlanacaq?
Bu axşam UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunları keçiriləcək. Canlixeber.com xəbər verir ki, təmsilçimiz “Sabah” bu mərhələdə İsrailin “Hapoel Beer-Şeva” klubunu qəbul edir. İzləyicilər “Sabah” – “Hapoel Beer-Şeva” oyununu İctimai TV-də izləyə biləcəklər. UEFA Çempionlar Liqası Pley-off mərhələsi 25 avqust Saat 20:45, “Sabah” – “Hapoel Beer-Şeva” (İctimai TV).
Çempionlar Liqası həyəcanı Bakıda: “Sabah” – “Hapoel Beer-Şeva”
“Sabah” futbol klubu bu axşam UEFA Çempionlar Liqasının play-off mərhələsində cavab oyununu keçirəcək. Canlixeber.com xəbər verir ki, təmsilçimiz bu mərhələdə İsrailin “Hapoel Beer-Şeva” klubunu qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq qarşılaşma saat 20:45-də başlanacaq. Xatırladaq ki, komandalar arasında keçirilən ilk görüş İsrail təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. UEFA Çempionlar Liqası […]
AFFA aşağı yaş qrupları üzrə millilərin baş məşqçilərini açıqlayıb
Azərbaycanın futbol üzrə aşağı yaş qruplarından ibarət millilərinin yeni baş məşqçiləri açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb. Aleksandr Qross U-15, Famil Xəlilov U-16, Emin Mustafayev U-17, Mahmud Qurbanov U-18, Elgiz Kərəmli U-19 komandasının baş məşqçisi təyin edilib. Qeyd edək ki, baş məşqçi vəzifələri üzrə açıq müraciət prosesi AFFA-nın yeni […]
“Gəncə” 3 basketbolçusu ilə müqavilə müddətini yeniləməyib
“Gəncə” basketbol klubu ABŞ-dən olan legionerlər – Erik Koups, Romelo Barrel və türkiyəli Ege Derinlə yolları ayırıb. Canlixeber.com xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Hər üç basketbolçu ilə müddəti başa çatan müqavilə yenilənməyib.
Fabinyo “Trabzonspor”a keçib
Türkiyənin “Trabzonspor” klubu braziliyalı futbolçu Fabinyonu transfer edib. Canlixeber.com xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, 32 yaşlı yarımmüdafiəçi tibbi müayinədən keçmək, həmçinin rəsmi müqaviləyə imza atmaq üçün bu gün saat 11:30-da Trabzona gələcək. Fabinyo daha əvvəl “Real Madrid”in ikinci komandası “Real Kastilya”, “Rio Ave”, “Monako”, “Liverpul” və Səudiyyə Ərəbistanının […]
Avropa çempionatı: Qadın voleybolçularımız liderliyi qorumağa çalışacaqlar
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının C qrupunda növbəti matçına çıxacaq. Canlixeber.com xəbər verir ki, baş məşqçi Faiq Qarayevin rəhbərlik etdiyi komandamız bu dəfə Rumıniya yığması ilə qüvvəsini sınayacaq. Bu qarşılaşmaya saat 18:30-da Milli Gimnastika Arenasında start veriləcək. Eyni qrup çərçivəsində günün digər maraqlı duelində isə saat 15:30-da Niderland və Portuqaliya yığmaları meydanda münasibətlərinə […]
