İdman
“Qarabağ”ın 5 legioneri millidən dəvət aldı
“Qarabağ”ın 5 legioneri öz ölkələrinin milli komandalarına dəvət alıblar. Canlixeber.com xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb. Bens Verkoni Macarıstan, Marko Yankoviç Monteneqro, Martin Zlomişliç Bosniya və Herseqovina, Renaldo Sefas Yamayka, Bruno Lanqa isə Mozambik milli komandasına çağırılıb. Qeyd edək ki, Ağdam klubunun futbolçuları – Bədavi Hüseynov və Musa Qurbanlı Azərbaycan […]
Azərbaycanın daha 2 boksçusu Avropa çempionatında mərhələ adlayıb
Bolqarıstanın paytaxtı Sofiyada keçirilən boksçular arasında Avropa çempionatında Azərbaycan millisinin daha iki üzvü qələbə qazanıb. Canlixeber.com xəbər verir ki, yarışın ikinci günündə Məhəmmədəli Aşırəliyev (60 kq) 1/16 finalda Edqaras Skurdelislə (Litva) döyüşüb. Boksçu hakimlərin yekdil qərarı ilə qalib gəlib – 5:0 (30:27, 30:27, 29:28, 30:27, 30:27). O, ikinci cəhdində – sentyabrın 21-də ilk mərhələdən azad […]
Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan milliləri Çexiya və İngiltərə ilə üz-üzə gələcək
Azərbaycan milliləri Özbəkistanın Səmərqənd şəhərində keçirilən 46-cı Ümumdünya Şahmat Olimpiadasında növbəti oyunlarını bu gün keçirəcəklər. Canlixeber.com xəbər verir ki, kişilərdən ibarət komanda Çexiya ilə üz-üzə gələcək. Qadınlar İngiltərədən olan rəqibləri ilə münasibətlərə aydınlıq gətirəcəklər. Daha əvvəl kişilərdən ibarət kollektiv Mərakeş (4:0), Filippin (3:1) və İsveçrəni (3:1), qadınlar isə Qvatemala, Danimarka (hər ikisi 4:0) və İsveçi […]
Misli Premyer Liqası: “Turan Tovuz” “Zirə”yə, “Sabah” “İmişli”yə qarşı
Misli Premyer Liqasında VI turun oyunları keçiriləcək. Canlixeber.com xəbər verir ki, turun ilk qarşılaşmasında “Turan Tovuz” doğma meydanda “Zirə”ni qəbul edəcək. Tovuz şəhər stadionunda keçiriləcək görüş saat 17:30-da başlayacaq. Günün digər oyununda “Sabah” “İmişli” ilə üz-üzə gələcək. “Bank Respublika Arena”da keçiriləcək qarşılaşma saat 19:45-də start götürəcək. Misli Premyer Liqası VI tur 19 sentyabr 17:30. “Turan […]
Azərbaycan güləşçiləri mundiala Göygöldə hazırlaşacaqlar
Sərbəst güləş üzrə Azərbaycan millisi sentyabrın 20-də Göygöl Olimpiya İdman Kompleksində təlim-məşq toplanışına başlayıb. Canlixeber.com xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb. Oktyabrın 3-dək davam edəcək hazırlıq prosesində taktika və texnikanın təkmilləşməsi istiqaməti üzrə çalışmalara üstünlük veriləcək. Yığmanın baş məşqçisi Xetaq Qazyumov, böyük məşqçi Cəbrayıl Həsənov, məşqçilər Taymuraz Kokoyev, Şərif Şərifov və […]
“Turan Tovuz”un qapıçısı Oleq Baklov Azərbaycan millisinə qarşı mübarizə apara bilər
“Turan Tovuz”un qapıçısı Oleq Baklov Tacikistan millisinə dəvət alıb. Canlixeber.com xəbər verir ki, 31 yaşlı qolkiper Çin, Fələstin və Azərbaycanla yoxlama oyunları üçün milli komandanın sərəncamında olacaq. O, yığmamıza qarşı matçda mübarizə apara bilər. Qeyd edək ki, Oleq Baklov ötən ildən Tovuz təmsilçisinin heyətində çıxış edir.
“Karvan-Yevlax” Ruslan Voronsovla yollarını ayırıb
“Karvan-Yevlax” futbolçu Ruslan Voronsovla yollarını ayırıb. Canlixeber.com xəbər verir ki, bu barədə I Liqa təmsilçisi məlumat yayıb. Tərəflər arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Onlar Azərbaycan millisinə dəvət aldılar – Tam siyahı
Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov qarşıdakı oyunlar üçün heyəti açıqlayıb. Canlixeber.com xəbər verir ki, A millimiz sentyabrın 23-də Tacikistanla yoldaşlıq görüşündə, UEFA Millətlər Liqasında isə sentyabrın 27-də səfərdə Litva, oktyabrın 1-də Bakıda Lixtenşteyn və oktyabrın 4-də Litva ilə qarşılaşacaq. Ayxan Abbasov bu oyunlar üçün 30 futbolçuya dəvət göndərib. Qapıçılar: Aydın Bayramov (“Zirə”), Rəvan […]
Misli Premyer Liqasında VI tura start verilir: “Neftçi” 1000-ci oyununa çıxır
Misli Premyer Liqasında VI turun oyunlarına bu gün start veriləcək. Oxu.Az xəbər verir ki, turun ilk qarşılaşmasında “Qəbələ” doğma meydanda “Neftçi”ni qəbul edəcək. Qəbələ şəhər stadionunda keçiriləcək görüş saat 17:30-da başlayacaq. Bu, “Neftçi”nin Azərbaycan çempionatları tarixində 1000-ci oyunu olacaq. Günün digər oyununda isə “Qarabağ” “Şəfa” ilə qarşılaşacaq. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat […]
“Naxçıvan” ABŞ-li basketbolçu Kristian Konseni transfer edib
“Naxçıvan” klubu ABŞ-dən olan basketbolçu Kristian Konse ilə 1 illik müqavilə imzalayıb. Canlixeber.com xəbər verir ki, bu barədə bölgə təmsilçisi məlumat yayıb. 196 sm boya malik 26 yaşlı oyunçu ötən mövsümü “Quba” klubunda keçirib.
