1 min read

Nizami rayonunda fəaliyyət göstərməyən kombinatda yanğın olub

Nizami rayonu, Davud Aslan küçəsində yanğın baş verib. Canlixeber.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub. Yanğınsöndürənlər tərəfindən həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində fəaliyyət göstərməyən ət kombinatının ərazisində plastik və taxta materiallar yığılmış sahədə baş vermiş yanğın genişlənərək […]

1 min read

Sumqayıtda beş avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib

Sumqayıtda beş avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə şəhərin Babək küçəsində qeydə alınıb. Belə ki, “Opel” markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarında park edilmiş beş avtomobilə – “Opel”, “Hyundai”, “Toyota”, “Mercedes” və “Range Rover” markalı nəqliyyat vasitələrinə çırpılıb. Qəza nəticəsində avtomobillərə ciddi ziyan dəyib.

1 min read

Sumqayıtda məktəbli qızı sevgilisi küçədə döydü

Sumqayıtda məktəbli qız küçədə döyülüb. Canlixeber.com Lent.az-a istinadla xəbər verir ki, hadisə 9-cu mikrorayon ərazisində, binalardan birinin arxasında qeydə alınıb. 18 yaşlı Samir Musayev (şərti adla) sevgi münasibətlərində olduğu 15 yaşlı Mahirə Bağırovanın (şərti adla) baş nahiyəsinə yumruqla möhkəm zərbə vurub. Nəticədə yeniyetmə qız zərbənin təsirindən yerə yıxılaraq, xəsarətlər alıb və hadisə yerinə təcili tibbi […]

1 min read

Göygöldə avtomobil dərəyə aşıb: Xəsarət alan var

Göygöldə yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, minik avtomobilin idarəetmədən çıxaraq dərəyə aşıb. Qəza nəticəsində sürücü, 1963-cü il təvəllüdlü T.Yolçuyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Zərərçəkmiş şəxs xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

1 min read

Gəncədə “BakuBus”un avtobusu qəza törətdi

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə şəhərin F. Xoyski ilə Rüzigar Qasımov küçələrinin kəsişməsində qeydə alınıb. Belə ki, 19 saylı marşrut üzrə hərəkət edən “BakuBus”a məxsus avtobus KIA markalı minik maşını ilə toqquşub. Sərnişin avtobusu daha sonra ağaca çırpılıb. Qəza zamanı xəsarət alan olmasa da, hər iki nəqliyyat vasitəsinə ciddi ziyan […]

1 min read

Yol polisindən moped və velosiped sürənlərə xəbərdarlıq

Bir gün ərzində moped və velosiped idarə edən iki gənc yol qəzasında həyatını itirib. Canlixeber.com xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb. Bildirilib ki, Siyəzən rayonunun Böyük Həmyə kəndində 17 yaşlı gəncin sürmə vərdişləri olmadığı halda moped idarə etməsi faciə ilə nəticələnib. Digər hadisə Sabunçu rayonunun Maştağa qəsəbəsində baş […]

1 min read

Türkiyədə ata təcavüzə uğramış qızını öldürmək üçün xəstəxanaya basqın etdi

Türkiyənin Adana şəhərində cinsi istismara məruz qalan qızını öldürmək istəyən ata məhkəmə zalında həbs olunub. Canlixeber.com xəbər verir ki, cinsi zorakılıq qurbanı olan qız polisə şikayət etdikdən sonra atası onu öldürmək qərarına gəlib. Polis əməkdaşları onu tibbi müayinə üçün Adana Şəhər Təhsil və Araşdırma Xəstəxanasına aparıblar. Hadisədən xəbər tutan 47 yaşlı ata, avtomobilindən silahını çıxararaq […]

1 min read

Bərdədə 17 yaşlı gənc ağır qəza törətdi

Bərdə rayonunda avtomobil qəzası baş verib. Canlixeber.com xəbər verir ki, hadisə “588 saylı qəsəbə” adlanan ərazidə qeydə alınıb. Belə ki, qəsəbə sakini – 17 yaşlı Şirin Səfərzadə VAZ-21011 markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşın elektrik dirəyinə çırpılıb. Yeniyetmə xəsarət alaraq, xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

1 min read

Məmur Şəkidə “ciyər axşamı”nda bələdiyyə sədrinin başına butulka çırpdı

Şəki rayonu Oxud kənd bələdiyyəsinin sədrinə xəsarət yetirilib. Canlixeber.com xəbər verir ki, hadisə oktyabrın 30-da axşam saatlarında baş verib. Kənddə toydan əvvəlki axşam məclisində (“ciyər axşamı”nda) Şəki Rayon İcra Hakimiyyəti Başçısının Oxud kəndi üzrə icra nümayəndəsi Oruc Əhmədov kəndin bələdiyyə sədri Tərlan Səlimovla mübahisə edib. Mübahisə zamanı icra nümayəndəsi bələdiyyə sədrinin başına şüşə butulka vurub. […]