Hadisə
Ağcabədidə qəza: Ölən və yaralanan var
Ağcabədi rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə rayonun Salmanbəyli kəndi ərazisində qeydə alınıb. 1986-cı il təvəllüdlü Eldəniz Eldar oğlu Musayev Rüstəm Müzəffər oğlu Əliyevə məxsus “NAZ Lifan” markalı avtomobillə kənddən Ağcabədi şəhəri istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və nəqliyyat vasitəsi yol kənarındakı maneəyə çırpılıb. Nəticədə Eldəniz Musayev aldığı xəsarətlərdən […]
Astarada şəlalədə çimən turisti söydü, həbs olundu
Astarada şəlalədə çimən adamı söyən şəxs həbs edilib. Canlixeber.com xəbər verir ki, hadisə rayonda məşhur Sım şəlaləsi ərazisində qeydə alınıb. 40 yaşlı kənd sakini Həmid Mədətov (şərti adla) şəlalənin yanında olarkən bir nəfərin suda çimdiyini görüb. Həmid həmin şəxsə ətrafda evlər olmasını deyib və sudan çıxmasını istəyib. Qarşı tərəf də buranın istirahət zonası olduğunu deyərək, […]
Lənkəranda KIA və “Opel” TOQQUŞDU – Yaralılar var
Lənkəran rayonunun Liman şəhəri ərazisində “KIA Ceed” və “Opel” markalı avtomobillər toqquşub. Canlixeber.com xəbər verir ki, yol-nəqliyyat hadisəsi zamanı üç nəfər xəsarət alıb. Qəza nəticəsində xəsarət alanların son vəziyyəti məlum olub. Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. Bildirilib ki, hadisə nəticəsində xəsarət alan iki nəfər kişi avqustun 4-də saat 16:50-də Lənkəran […]
Məmmədli kəndində yanacaqdoldurma məntəqəsinin ərazisində yanğın olub
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Məmmədli kəndində yanacaqdoldurma məntəqəsinin ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub. Canlixeber.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib. Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı yanğının […]
Ağcabədidə iki avtomobil toqquşdu, xəsarət alanlar var
Ağcabədidə yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, qəza rayonun Hindarx qəsəbəsi ərazisində qeydə alınıb. Hərəkətdə olan “Toyota” markalı avtomobil qarşıdan gələn “VAZ-2107” markalı avtomobillə toqquşub. Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan şəxslər Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.
Sabunçuda 74 yaşlı qadın qidadan boğularaq ölüb
Bakıda 74 yaşlı qadın boğularaq ölüb. Canlixeber.com xəbər verir ki, hadisə avqustun 3-də Sabunçu rayonunda baş verib. Bildirilib ki, rayon sakini 1952-ci il təvəllüdlü Sevda Nəbiyeva nəfəs borusunda qida qalması səbəbindən xəstəxanaya aparılarkən yolda ölüb.Araşdırma aparılır.
Biləsuvarda körpə nəfəs borusunda qida qalmasına görə ölüb
Biləsuvar rayonunda körpə nəfəs borusunda qida qalmasına görə ölüb. Canlixeber.com xəbər verir ki, hadisə avqustun 3-də qeydə alınıb. Xırmandalı kənd sakini 2026-cı il təvəllüdlü R.A. nəfəs borusunda qida qalması səbəbindən xəstəxanaya aparılarkən yolda ölüb.Araşdırma aparılır.
Ələt qəsəbəsində dənizdə batan şəxsin CƏSƏDİ TAPILIB
Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsində dənizdə batan şəxsin cəsədi sudan çıxarılıb. Canlixeber.com xəbər verir ki, 2011-ci il təvəllüdlü Həsən Asif oğlu Əlihəsənovun cəsədini vətəndaşlar suyun üzərində görüblər. Qeyd edək ki, o ən yaxın sularda xilasetmə məntəqəsindən 15 kilometr aralıda yerləşən nəzarətsiz dəniz ərazisində batmışdı.
Buzovnada bir ailənin 3 üzvü dənizdə batıb, bacı xilas olunub, qardaşın meyiti tapılıb, digəri axtarılır
Fövqəladə Hallar Nazirliyinin “112″ qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində ən yaxın sularda xilasetmə məntəqəsindən 1.3 km aralı dənizdə nəzarətsiz ərazidə 3 nəfərin batması barədə məlumat daxil olub. Canlixeber.com xəbər verir ki, bu barədə FHN məlumat yayıb. Məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub. […]
Buzovnada FACİƏ: Üç nəfər dənizdə batdı
Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində dənizdə üç nəfər batıb. Canlixeber.com xəbər verir ki, bu barədənFövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, FHN-in “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində ən yaxın sularda xilasetmə məntəqəsindən 1.3 km aralı dənizdə nəzarətsiz ərazidə 3 nəfərin batması barədə məlumat daxil olub: “Məlumatla əlaqədar dərhal […]
