Sumqayıtda minik avtomobili piyadanı vuraraq öldürüb
1 min read

Sumqayıtda minik avtomobili piyadanı vuraraq öldürüb

Sumqayıtda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Canlixeber.com, hadisə Əliyar Əliyev küçəsində qeydə alınıb.

İlkin məlumata görə, 1963-cü il təvəllüdlü Əsgərov Yaşar Təvəkkül oğlu idarə etdiyi “Kia Sorento” markalı avtomobillə piyadanı vurub.

Piyada aldığı xəsarətlərdən ölüb. Onun şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.