Hadisə
Qubada 70 yaşlı kişi ağacdan yıxılaraq ölüb
Quba rayonunda 70 yaşlı kişi ağacdan yıxılaraq ölüb. Canlixeber.com xəbər verir ki, rayonun Əski İqriq kənd sakini, 1956-cı il təvəllüdlü Dövlət Ağayar oğlu Şahmirzəyev yaşadığı evin həyətində ağacdan yıxılaraq xəsarət alıb. D.Şahmirzəyev xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Xaricdən Azərbaycana gələn yük maşını qəzaya uğradı: Xəsarət alanlar var
Bakı-Qazax yolunda yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, hadisə bu gecə saat iki radələrində yolun 63-cü kilometrliyində qeydə alınıb. Xarici ölkəyə məxsus UC-50560-CC nömrə nişanlı “Volvo” markalı yük avtomobili (TIR) eyni istiqamətdə hərəkətdə olan 77-SB-434 dövlət nömrə nişanlı MAN markalı yük avtomobili ilə toqquşub. Hadisə […]
Bakıda 62 yaşlı kişi parkda öldü
Bakıda parkdan meyit tapılıb. Canlixeber.com xəbər verir ki, hadisə paytaxtın Səbail rayonu ərazisində baş verib. Belə ki, Bakı şəhər sakini 1964-cü il təvəllüdlü Nazim Xisro oğlu Quliyevin üzərində zorakılıq əlamətləri görünməyən meyiti aşkarlanıb. Faktla bağlı araşdırmalar aparılır.
Azərbaycanda KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: 10 nəfər xəstəxanalıq oldu, uşaqlar da var
Cəlilabad rayonunda zəhərlənmə olub. Canlixeber.com xəbər verir ki, bir qrup rayon sakini zəhərlənmə diaqnozu ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. İlkin olaraq onların sayının 10 nəfər, aralarında uşaqların da olduğu deyilir. Belə ki, Biləsuvar rayonunda əsgər yolasalma qonaqlığında iştirak edən ailə üzvləri evə qayıtdıqdan sonra özlərini narahat hiss ediblər. Onların qonaqlıqda yedikləri paytaxt salatından zəhərləndikləri […]
Qaradağda qəzaya uğrayan “Mercedes” yandı
Bakı-Qazax yolunun Qaradağ rayonu, Ələt qəsəbəsindən keçən hissəsində avtomobildə yanğın baş verib. Canlixeber.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Mercedes” markalı minik avtomobilində yanğınla nəticələnən yol-nəqliyyat […]
Azərbaycanda dava: Milyonçu qardaşlar mülk bölgüsünə görə əlbəyaxa oldular
Lənkəranda dörd sahibkar arasında dava olub. Canlixeber.com xəbər verir ki, hadisə rayonun Gərmətürk kəndində baş verib. Kənd sakini, 1977-ci il təvəllüdlü Eldar Məmmədov uzun müddət Qazaxıstanda yaşayıb və biznes qurub. Bir müddətdən sonra o, bacılarını qəsəbədə yaşayan atasına baxıcı təyin edib və onlara aylıq maaş verib. Daha sonra Eldar qardaşları Telman və Elmanı da özü […]
Azərbaycanda zəlzələ oldu
Lənkəran rayonunda zəlzələ qeydə alınıb. Canlixeber.com xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Bildirilib ki, yeraltı təkanın maqnitudası 3.4, dərinliyi isə 25 km olub. Zəlzələ episentrdə 3 bala qədər hiss olunub.
Dənizdə batan üç şəxsin axtarışları aparılır
“Dənizdə boğulan 3 nəfərin axtarışları bu günə kimi davam etdirilir”. Canlixebe.com xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin ictimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi, daxili xidmət polkovnik-leytenantı Akşin Əlili çimərlik mövsümünün başa çatması ilə bağlı keçirilən brifinqdə deyib. O bildirib ki, axtarışlar iyul ayından etibarən davam […]
Suda boğulanlarla bağlı SON STATİSTİKA – Neçə nəfərin cəsədi tapılıb?
“Cari ilin ötən dövrü ərzində qeyri-çimərlik ərazilərdə Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasetmə qurumları tərəfindən ümumilikdə 64 nəfərin cəsədi suda tapılaraq çıxarılıb”. Canlixeber.com xəbər verir ki, bunu FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin ictimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi, daxili xidmət polkovnik-leytenantı Akşin Əlili çimərlik mövsümünün başa çatması ilə bağlı keçirilən brifinqdə deyib. […]
Türkiyədə DƏHŞƏT: Azərbaycanlı qadın aşan TIR-ın altında qalaraq öldü
Türkiyənin Antalya vilayətinin Manavqat rayonunda yük maşınının iştirakı ilə baş verən yol-nəqliyyat hadisəsi zamanı Azərbaycan vətəndaşı ölüb. Canlixeber.com xəbər verir ki, bu barədə “İhlas” agentliyi məlumat yayıb. Məlumata görə, hadisə zamanı iki qadın dünyasını dəyişib. Onlar ictimai nəqliyyat dayanacağında olublar. Həlak olanların 23 yaşlı Azərbaycan vətəndaşı Alyona Dovqaleva və 20 yaşlı Rusiya vətəndaşı Arina Dautova […]
