1 min read

Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynov Gürcüstanda saxlanılıb

Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynov Gürcüstanda saxlanılıb. Canlixeber.com Lent.az-a istinadən xəbər verir ki, bu barədə onun yaxınları sosial mediada məlumat yayıb. Bildirilir ki, ötən gün Gürcüstana səfər edən İbad Hüseynov hava limanında Gürcüstanın gömrük əməkdaşları tərəfindən saxlanılıb. Ona ölkəyə buraxılmayacağı barədə xəbərdarlıq olunub. Azərbaycanın Gürcüstandakı səfirliyinin müdaxiləsindən sonra İbad Hüseynov sərbəst buraxılıb. Qeyd edək ki, […]

1 min read

Salyanda istixanada işləyən kişini elektrik cərəyanı vuraraq öldürdü

Salyan rayonunda bədbəxt hadisə nəticəsində bir nəfər ölüb. Canlixeber.com xəbər verir ki, hadisə oktyabrın 22-də rayonun Çadırlı kəndində baş verib. Belə ki, Vaqif Hüseyn oğlu Məmmədov fərdi yaşayış evinin həyətində yerləşən istixanada elektrik naqillərinin çəkilməsi işlərini yerinə yetirərkən cərəyan vurması nəticəsində həyatını itirib. Faktla bağlı Salyan Rayon Prokurorluğunda araşdırma aparılır.

1 min read

Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi

Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirilib. Canlixeber.com xəbər verir ki, sənətçinin səhhətində problem yaranıb. İlkin məlumata əsasən, onun arterial təzyiqi yüksəlib. N.Allahverdiyevanın xəstəxanaya yerləşdirilməsinin dəqiq səbəbi hələlik məlum deyil. Məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb.

1 min read

Azərbaycanın Milli Qəhrəmanı komaya düşdü

Azərbaycanın Milli Qəhrəmanı Ehtiram Əliyevin səhhətində problem yaranıb. Canlixeber.com Ölkə.az-a istinadən xəbər verir ki, Milli Qəhrəman “Yeni Klinika”ya yerləşdirilib. Məlumata görə, Ehtiram Əliyev vəziyyəti daha da ağırlaşdığından reanimasiya şöbəsinə köçürülüb. Qeyd edək ki, Ehtiram Əliyev Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi iştirakçısıdır. O, 1972-ci il avqustun 1-də Ucar rayonunun Qazyan kəndində dünaya gəlib.

1 min read

Bakıda kişi şalvarını ütüləməyən arvadını döydü

Bakıda kişi şalvarını ütüləmədiyi üçün həyat yoldaşını döyüb. Canlixeber.com xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Q.Vəzirov küçəsindəki evdə baş verib. Həmin evdə yaşayan 1992-ci il təvəllüdlü Sahibcan Məmmədov (soyadı şərtidir – red.) səhər saatlarında yuxudan oyanıb və şalvarının ütülənmədiyini görüb. O, həyat yoldaşını çağıraraq, şalvarını ütüləməyi tapşırsa da, həyat yoldaşı ona vaxtının […]

1 min read

Ermənistan sərhədi keçən azərbaycanlı çobanı geri qaytaracaq

Ermənistan Respublikasının Milli Təhlükəsizlik Xidməti (MTX) Azərbaycan vətəndaşının Ermənistanla dövlət sərhədini keçməsi barədə yayılan xəbərləri rəsmən təsdiqləyib. Canlixeber.com xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb. “Oktyabrın 19-da saat 17:50-də Ermənistan Respublikası ərazisində (Tavuş vilayətində) Azərbaycanın Tovuz rayonunun Çatax kənd sakini, 1968-ci il təvəllüdlü Yaşar Əli oğlu Qasımov aşkar edilib. Aparılan araşdırmalar nəticəsində onun […]

1 min read

Azərbaycanlı çoban Ermənistan ərazisinə keçib

Azərbaycanlı çoban dövlət sərhədini keçərək Ermənistan ərazisinə daxil olub. Canlixeber.com xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Bölgə sakinlərinin sözlərinə əsasən, Azərbaycan vətəndaşı sərhəd xəttini Tavuş vilayətinin Çinari kəndi yaxınlığında adlayıb. İlkin məlumatlarda çobanın Ermənistan hərbi polisi tərəfindən saxlanıldığı bildirilir. Məsələ ilə bağlı hələ ki, heç bir rəsmi açıqlama verilməyib.

1 min read

Masazırda qəza: Ölən var

Abşeron rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə rayonun Masazır kəndi ərazisində qeydə alınıb. Vahim Xankişi oğlu Vahidov idarə etdiyi “Mercedes-Benz Viano” avtomobili ilə “Duzlu göl” adlanan ərazidə piyada Zaur Zakir oğlu Əzimovu vurub. Nəticədə piyada aldığı xəsarətlərdən ölüb. Faktla bağlı cinayət işi başlanılıb.