Hadisə
Dərmandan zəhərlənən qadın öldü
Şəmkirdə dərmandan zəhərlənən qadın xəstəxanada ölüb. Canlixeber.com xəbər verir ki, hadisə rayonun Qasımalılar kəndində qeydə alınıb. Kənd sakini 40 yaşlı Gülnarə Ələsgərova dərman zəhərlənməsi diaqnozu ilə Şəmkir xəstəxanasına daxil olub. Xəstəxanada həkimlərin tibbi yardımlarına baxmayaraq, qadının həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma aparılır.
Bakıda arvadını ölümlə hədələyən kişi həbs edildi – TƏFƏRRÜAT
Bakının Binəqədi rayonunda arvadını öldürməklə hədələyən kişi həbs edilib. Teleqraf-ın əldə etdiyi məlumata görə, Bakı şəhər sakini Səidə Məmmədova (ad-soyad şərti verilib – red.) Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə həyat yoldaşı tərəfindən şiddət görməsi barədə müraciət edib. Müraciət əsasında ünvana yollanan polis əməkdaşları Sabirabad rayon sakini, 1993-cü il təvəllüdlü Faiqi saxlayıblar. Məlum olub ki, […]
Lənkəranda 73 yaşlı kişi nərdivandan yıxılaraq ölüb
Lənkəran rayonunda 73 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb. Canlixeber.com xəbər verir ki, sentyabrın 3-də Sütəmurdov kəndində qeydə alınıb. Kənd sakini 1953-cü il təvəllüdlü M.İbrahimov yaşadığı evin həyətində nərdivandan yıxılaraq ölüb. Araşdırma aparılır.
Bakıda maşın ağaca çırpılıb, bir nəfər ölüb
Bakıda maşın ağaca çırpılıb, sərnişin ölüb. Canlixeber.com xəbər verir ki, hadisə Suraxanı rayonunda baş verib. Belə ki, 2000-ci il təvəllüdlü Tehran Seyidov idarə etdiyi “Renault Megane” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Avtomobil yolun sağ hissəsindəki ağaca çırpılıb. Hadisə nəticəsində avtomobildə olan sərnişin, 1981-ci il təvəllüdlü Eşqin Qasımov hadisə yerində ölüb. Faktla bağlı cinayət işi […]
Xırdalan şəhərində yanğın baş verib
Bu gün səhər saatlarında Xırdalan şəhərində yanğın baş verib. Canlixeber.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib. Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində obyektdə baş vermiş yanğın qısa müddətdə söndürülüb.
Şuşada bəzi turistlər qaya daşlarının üzərini yazıblar
Şuşaya səfər edən turistlər şəhərdəki qaya daşlarının üzərini yazıblar. Canlixeber.com xəbər verir ki, bununla bağlı Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin beynəlxalq münasibətlər və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səmayə Məmmədova qurumun adından ictimaiyyətə müraciət edib. Müraciətdə qeyd olunub ki, bu kimi hallar ilk deyil: “Biz dəfələrlə belə hallara şahidlik etmişik. Yəni nə qədər maarifləndirmə işləri aparılsa […]
Beyləqanda 55 yaşlı kişinin meyiti həyətində tapıldı
Beyləqan rayonunda 56 yaşlı kişinin meyiti tapılıb. Canlixeber.com, hadisə rayonun Yuxarı Aran kəndində baş verib. Kənd sakini, 1970-ci il təvəllüdlü Habil Mənsim oğlu Hüseynovun meyiti yaşadığı evin həyətindəki köməkçi tikilidə aşkarlanıb. Faktla bağlı Beyləqan Rayon Prokurorluğunda araşdırma aparılır.
Azərbaycanda azyaşlı uşağın ət maşınında qalan əli 8 saatlıq mikrocərrahi əməliyyatla bərpa edilib
Azərbaycanda azyaşlı uşağın əli ət maşınında qalıb, 8 saatlıq mikrocərrahi əməliyyatla bərpa edilib. Canlixeber.com xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb. Belə ki, sol yuxarı ətrafının ət maşınında sıxılması nəticəsində yaranmış ağır travmatik amputasiya ilə 3 yaşlı oğlan uşağı hadisədən təxminən 7 saat sonra Səhiyyə Nazirliyinin Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun […]
Salyanda AĞIR QƏZA – Beş nəfər xəsarət aldı
Salyanda 5 nəfərin xəsarət alması ilə nəticələnə yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə bu gün səhər saatlarında Salyan-Şirvan avtomobil yolunun rayonun Qaraçala qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. Zəncirvari qəza zamanı “Infiniti”, “Mazda” və VAZ-2107 markalı avtomobillər və mikroavtobus toqquşub. İlkin məlumata görə, hadisə nəticəsində Qaraçala qəsəbə sakinləri – Nemət İbrahim oğlu […]
Bakıda marketin qarşısında dayanan şəxsi avtomobil vurub
Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə Zabrat qəsəbəsində qeydə alınıb. 1985-ci il təvəllüdlü Rəşad Nəcəfov marketin qarşısında dayanarkən yüksək sürətlə hərəkət edən avtomobil onu vurub. Hadisə nəticəsində R.Nəcəfov müxtəlif sınıq xəsarətləri alıb. Yaralı xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
