Hadisə
Bakıda dünəndən başlayan güclü külək 48 ağacı aşırıb, 63 budaq sınıb
Bakıda iyulun 27-dən başlayan güclü külək nəticəsində ayın 28-i səhər saatlarına qədər 48 ağac aşıb, 63 budaq sınıb. Canlixeber.com xəbər verir ki, vu barədə Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfat Birliyindən məlumat verilib. Bildirilib ki, birliyin briqadaları sınan ağacların kəsilməsini, budaqların budanmasını təmin ediblər.
Biləsuvarda sürücü infarkt keçirdi, maşın kanala aşdı
Biləsuvar rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə Aşağı Cürəli kəndində əkin sahələrinə gedən torpaq yolda baş verib. “Niva” markalı avtomobilin sürücüsü, 1960-cı il təvəllüdlü Əlizadə Əliyev sükan arxasında infarkt keçirib. Bundan sonra avtomobil yol kənarındakı kanala düşüb. Sürücü həyatını itirib. Əlizadə Əliyev rayon ərazisində fəaliyyət göstərən pambıq şirkətlərinin birində aqronom kimi […]
Daha bir tiktoker 10 sutkalıq həbs olundu
Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik davranışlar və yayımlar edən daha bir tiktoker həbs edilib. Canlixeber.com xəbər verir ki, “TikTok”da “Çevik” ləqəbi ilə tanınan Bağırov Məqsəd Məcid oğlu polis əməkdaşları tərəfindən saxlanılıb. O, sosial media vasitəsi ilə Radikal Dini təbliğat və Ateismə qarşı çağırışlar etməsi tanınır. Qəbələ Rayon Polis İdarəsi tərəfindən […]
Astarada elektrik dirəyində təmir aparan şəxs faciəli şəkildə öldü
Astara rayonunda bədbəxt hadisə baş verib. Canlixeber.com xəbər verir ki, rayonun Kijəbə qəsəbə sakini – 1990-cı il təvəllüdlü Babək Baxşıyev yaşayış məntəqəsinin ərazisində işıq dirəyində təmir işləri görərkən elektrik cərəyanı vurması nəticəsində ölüb. Faktla bağlı rayon prokurorluğu tərəfindən araşdırmalar aparılır.
Külək Bakıda iki nəfəri xəstəxanalıq etdi
Əlverişsiz hava şəraiti ilə əlaqədar iyulun 27-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri üzrə iki çağırış daxil olub. Canlixeber.com xəbər verir ki, bu barədə barəsə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb. Məlumata görə, çağırış ünvanlarına təcili tibbi yardım briqadaları cəlb olunub. Bildirilib ki, saat 07:55-də Səbail rayonu, Xəqani küçəsi ərazisindən […]
Bakıda güclü külək səbəbindən AĞACLAR AŞIB
Ötən gündən davam edən küləkli hava səbəbindən Bakı şəhərində yeddi ağac aşıb, 22 budaq sınıb. Canlixeber.com xəbər verir ki, bu barədə Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən verilib. Qeyd olunub ki, birliyin əməkdaşları operativ şəkildə sınan ağacların kəsilməsi və sınan budaqların budanması işini icra edirlər.
Binəqədidə obyekt YANIR
Paytaxtın Binəqədi rayonu, Binəqədi-Novxanı-Mehdiabad yolunda yerləşən obyektdə yanğın başlayıb. Canlixeber.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə qurumun Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam etdirilir. Əlavə məlumat veriləcək.
Ağcabədidə traktor dirəyə çırpılıb, ölən var
Ağcabədi rayonunun Qaraxanlı kəndində bədbəxt hadisə baş verib. Canlixeber.com xəbər verir ki, 1993-cü il təvəllüdlü Tahir Əliyevin idarə etdiyi traktor elektrik dirəyinə çırpılıb. Hadisə zamanı traktorun pilləkənində dayanan həmkəndlisi Faiz Rzayev müvazinətini itirərək təkərin altında qalıb və ağır xəsarətlər alıb. Yaralı təcili tibbi yardım briqadasının köməyi ilə xəstəxanaya çatdırılıb. Onu xilas etmək mümkün olmayıb. Faktla […]
Biləsuvarda avtomobil qəzası olub, xəsarət alanlar var
Biləsuvarda yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə Ələt-Astara magistralının Biləsuvar rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, iki “Hyundai” markalı minik avtomobilinin toqquşması nəticəsində 3 nəfər – 1997-ci il təvəllüdlü Beyləqan rayon sakini, Məhər Kərimov, Binəqədi rayon sakinləri – 1999-cu il təvəllüdlü Balaş Mustafayev və 1999-cu il təvəllüdlü Elşən Mustafalı xəsarət […]
Ağdamın iki kəndində günlərlə davam edən yanğınlar söndürüldü
Ağdamın Kəngərli və Papravənd kəndlərində açıq sahələrdə yanğınlar söndürülüb. Canlixeber.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, Ağdam rayonunun Kəngərli və Papravənd kəndləri istiqamətlərində açıq sahələrdə baş vermiş yanğınlar ərazilərin minalanmış və havanın küləkli olmasına baxmayaraq, Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz […]
