Hadisə
Kürdəmirdə avtomobil aşıb: Xəsarət alan sürücü Bakıya gətirilir
Kürdəmirdə avtomobilini aşıran sürücü müalicəsini paytaxt klinikalarından birində davam etdirəcək. Canlixeber.com xəbər verir ki, hadisə dünən Bakı-Qazax avtomagistralının Kürdəmir rayonu ərazisindən keçən hissəsində baş verib. 1972-ci il təvəllüdlü Heyran Şükürovanın idarə etdiyi “Kia” markalı avtomobil nəzarətdən çıxaraq yol kənarındakı su arxına düşüb. Hadisə zamanı avtomobildə olan daha bir nəfər sərnişin də xəsarət alıb. İlkin yardımdan sonra sürücü […]
Yol polisi ötmə qaydalarının pozulması ilə bağlı sürücülərə müraciət edib
Baş Dövlət Yol Polisi İdarəsi ötmə qaydasınının pozulması ilə bağlı sürücülərə müraciət edib. Canlixeber.com xəbər verir ki, müraciətdə deyilir: “Bakı-Qazax avtomagistralının Navahı qəsəbəsi ərazisindən keçən hissəsində, saat 22:00 radələrində Elmir Məmmədlinin idarə etdiyi “Mercedes Vito” markalı avtomobil, eyni istiqamətdə hərəkətdə olan “Kamaz” markalı avtomobillə toqquşub. Qəza nəticəsində minik avtomobilində olan sərnişin –Sayad Qasımova hadisə yerində […]
Gəncədə maşın piyadanı vurdu, vəziyyəti ağırdır
Gəncədə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə şəhərin Cavad Xan qəsəbəsində qeydə alınıb. Hərəkətdə olan “VAZ-21015” markalı minik avtomobili yolu keçmək istəyən orta yaşlı kişini vurub. Piyada müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.
Bakıda avtomobil qadını vuraraq öldürüb
Bakının Sabunçu rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə Sabunçu qəsəbəsində qeydə alınıb. Belə ki, 1985-ci il təvəllüdlü Ramilə İldırım qızı Seyidcanovanı yolu keçərkən avtomobil vurub. Yaralı Sabunçu Tibb Mərkəzinə yerləşdirilsə də, həkimlərin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.
İş adamı qəfil vəfat etdi
Şirvanda tanınmış iş adamı qəfil vəfat edib. Canlixeber.com xəbər verir ki, Şirvan şəhərində fəaliyyət göstərən marketlər şəbəkəsinin qurucusu, sahibkar Siyasət Kərimov ürək çatışmazlığından dünyasını dəyişib. O, ötən gün torpağa tapşırılıb.
Şəkidə dörd nəfəri çaqqal dişləyib
Şəki şəhərində dörd nəfər çaqqal hücumuna məruz qalıb. Canlixeber.com xəbər verir ki, hadisə bu gün səhər saatlarında şəhərin M.Ə.Rəsulzadə prospektində baş verib. 71 yaşlı Oktay Əliyev, 71 yaşlı Töhvə Məmmədova, 61 yaşlı Reyhanə Muxtarova və 36 yaşlı Sənan Əmirlini küçədə çaqqal dişləyib. Xəsarət alan şəxslər Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Hazırda onların müalicəsi xəstəxanada davam […]
Hacıqabulda dəhşət: Rəis müavini faciəli şəkildə öldü
Hacıqabul rayonunda 42 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb. Canlixeber.com xəbər verir ki, hadisə bu gün səhər saatlarında Hacıqabul rayonunun Qarasu kəndində dəmiryol xəttinin ərazisində qeydə alınıb. Rayon sakini, 1984-cü il təvəllüdlü Davud Aydın oğlu Məmmədov ərazidə yerləşən transformatorda ehtiyatsız davranıb və onu yüksəkgərginlikli elektrik cərəyanı vuraraq öldürüb. Məlumata görə, Davud Məmmədov “Azərbaycan Dəmir Yolları” […]
Şərurda ot tayası yanıb, 9 heyvan tələf olub
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Şərur rayonunun, İbadulla kəndində yardımçı tikililin üzərinə yığılan ot bağlamalarında yanğın baş verməsi barədə məlumat daxil olub. Canlixeber.com xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə Şərur Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb edilib. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülərək daha geniş sahəyə yayılmasının […]
Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var
Gəncə şəhərində baş verən avtomobil qəzasında üç nəfər xəsarət alıb. Canlixeber.com xəbər verir ki, hadisə şəhərin 28 May küçəsində qeydə alınıb. “Audi” və VAZ-2107 markalı avtomobillərin toqquşması nəticəsində 1997-ci il təvəllüdlü Ruzi Mustafayev, Seymur Qurbanov (1990) və Xəyal Məmmədov (1986) xəsarət alıblar. Hər üç şəxs şəhərin müxtəlif xəstəxanalarına aparılıb. Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilib. […]
Qara dənizdə xarici yük gəmisi dron hücumuna məruz qalıb: İki Azərbaycan vətəndaşı həlak olub, daha 2-si yaralanıb
Ötən gün Qara dənizdə heyətində Azərbaycan vətəndaşlarının da olduğu “TEDY” adlı xarici yük gəmisi dron hücumlarına məruz qalıb. Canlixeber.com xəbər verir ki, Xarici İşlər Nazirliyindən verilən xəbərə görə, hücum nəticəsində Azərbaycan vətəndaşları Aslan Əliyev və Asim Qasımovun həlak olduğu, İmran Novruzov və Rauf Əliyevin isə xəsarət aldığı barədə məlumat daxil olub. Yaralılar Ukraynanın Çernomorsk şəhər […]
