Dünya
Honkonqda meymunçiçəyinə yoluxma halları kəskin artıb
Avqust ayından bəri Honkonqda meymunçiçəyinə 21 yoluxma qeydə alınıb ki, bu da 2026-cı ilin əvvəlindən şəhərdə aşkarlanan bütün halların 70 %-ni təşkil edir. Canlixeber.com xəbər verir ki, bu barədə Honkonqun Sağlamlığı Mühafizəsi Mərkəzinin məlumatında bildirilir. Qurumun məlumatına görə, ilin əvvəlindən bəri şəhərdə 30 yoluxma aşkarlanıb ki, bunlardan 23-ü yerli xarakterli, 7-si isə xaricdən gələn şəxslərlə […]
Türkiyədə cinayətkar qruplaşmalara qarşı əməliyyat zamanı 73 şübhəli həbs edilib
Türkiyənin Adana şəhəri və 11 vilayətində silahlı cinayətkar qruplaşmalara qarşı keçirilən əməliyyat nəticəsində 73 nəfər həbs edilib. Canlixeber.com xəbər verir ki, əməliyyat Adana Baş Prokurorluğunun koordinasiyası ilə həyata keçirilib. Araşdırmalar nəticəsində cinayət törətmək məqsədilə təşkilat yaratma, qəsdən adam öldürməyə cəhd, qəsdən sağlamlığa zərər vurma, narkotik vasitələrin qanunsuz dövriyyəsi, silahlı hədə-qorxu, əmlaka zərər vurma və quldurluq […]
Tramp iki okeanın adını dəyişməyi planlaşdırır
ABŞ Prezidenti Donald Tramp vəzifədə olduğu müddət başa çatmamış Atlantik və ya Sakit okeanın adını “Tramp okeanı” və ya “Amerikalar okeanı” olaraq dəyişdirməyi planlaşdırır. Canlixeber.com xəbər verir ki, Tramp bu barədə Tennessi ştatında tərəfdarları qarşısında çıxışı zamanı danışıb. “Bizim okeana ehtiyacımız var. Buna görə də Atlantik və ya Sakit okeanın adını dəyişdirməyi düşünürdüm. Onu “Tramp […]
Nepalda daşqınlar evləri və körpüləri dağıdıb, itkin düşənlər var
Nepalın Qorxa rayonunda qəfil daşqınlar evləri, körpüləri və infrastrukturu dağıdıb, dörd nəfər itkin düşüb. Canlixeber.com “The Kathmandu Post” qəzetinə istinadən xəbər verir ki, fəlakət 11 oktyabr səhər Budhi-Qandaki çayında qeydə alınıb. Güclü axın bir neçə evi, iki asma piyada körpüsünü və avtomobil körpüsünü yuyub aparıb. Bundan əlavə, daşqın Budhi-Qanda su elektrik stansiyasının tikinti sahəsinə ciddi […]
Ər-Riyaddakı hava limanına raket hücumu: 12 ölü, 300-dən çox yaralı var
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda yerləşən Kral Xalid adına Beynəlxalq Hava Limanına hücum nəticəsində azı 12 nəfər həlak olub, 309 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Canlixeber.com xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Mülki Aviasiya Baş İdarəsi rəsmi bəyanat yayıb. Bəyanatda bildirilir ki, həlak olanlar arasında Səudiyyə Ərəbistanının dörd vətəndaşı ilə yanaşı, digər ölkələrin vətəndaşları […]
Əfqanıstan və Pakistan hərbçiləri arasında silahlı qarşıdurma olub
Əfqanıstan və Pakistan hərbçiləri arasında Paktiya vilayətinin sərhədyanı ərazisində silahlı toqquşma olub. Canlixeber.com xəbər verir ki, bu barədə “TOLOnews” portalı Əfqanıstan qüvvələrinin 203-cü “Mənsuri” ordu korpusunun rəsmisinə istinadən məlumat yayıb. Məlumata görə, insident iki ölkə arasında Kabildə tanınmayan Durand xətti boyunca, Dand-Patan bölgəsində baş verib. Əfqanıstan tərəfi atəşi ilk olaraq Pakistan hərbçilərinin açdığını, bundan sonra […]
Kiyevə raket hücumu zamanı Azərbaycan restoranı dağıldı: Xəsarət alanlar var
Rusiya ordusu oktyabrın 10-u günorta saatlarında Kiyev şəhərini ballistik raketlərlə vurub. Canlixeber.com xəbər verir ki, hava həyəcanı çalınandan cəmi bir neçə dəqiqə sonra Kiyevdə güclü partlayış səsləri eşidilib. Hava hücumundan müdafiə sistemi işə düşüb. Kiyev şəhər meri Vitali Kliçko bildirib ki, zərərsizləşdirilən raketlərdən biri Obolon rayonundakı restoranlarından birinin ərazisinə düşüb, azı 6 nəfər xəsarət alıb. […]
Ermənistanda hərbçi odlu silah yarasından ölüb
Ermənistanda hərbi qulluqçunun meyiti odlu silah yarası ilə aşkarlanıb. Canlixeber.com Ermənistan mediasına istinadla xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb. Qurumun məlumatına görə, hərbçinin meyiti bu gün aşkarlanıb. Hadisənin səbəblərinin və şəraitinin müəyyənləşdirilməsi məqsədilə araşdırmaya başlanılıb.
Ər-Riyad hava limanına hücum: Səudiyyə Ərəbistanının pilotu həlak oldu
Ər-Riyaddakı Kral Xalid adına beynəlxalq hava limanına raket hücumu olub. Hücum nəticəsində Səudiyyə Ərəbistanının “Saudia” dövlət aviaşirkətinin pilotu həlak olub. Canlixeber.com xəbər verir ki, bu barədə “Al-Ekhbariya” telekanalı məlumat yayıb. “Kral Xalid adına beynəlxalq hava limanında baş verən insident əməkdaşlarımızdan birinin ölümü ilə nəticələnib. Həlak olan kapitan Hamud əl-Kaltaminin ailəsinə dərin hüznlə başsağlığı veririk”, – […]
Hörmüz boğazında neft tankerləri minaya düşdü
Hörmüz boğazının cənub dəniz marşrutunun sularında bir neçə şiddətli partlayış qeydə alınıb. Canlixeber.com xəbər verir ki, bu barədə İranın hərbi dairələrindəki anonim mənbələrə istinadən “Fars” agentliyi məlumat yayıb. Məlumata görə, hadisənin yaranma səbəbi neft tankerlərinin dəniz minalarına toxunması ola bilər. Bildirilir ki, sözügedən gəmilər İran rəhbərliyi tərəfindən icazə verilməyən naviqasiya trayektoriyası üzrə hərəkət ediblər. Məlumatda […]
