Dünya
Pakistan Səudiyyə Ərəbistanında hərbi qüvvələr yerləşdirdiyini rəsmən təsdiqlədi
Səudiyyə Ərəbistanı və Türkiyə ilə yeni üçtərəfli müdafiə sazişinin (Məkkə müqaviləsi) aktivləşdirilməsi fonunda, Pakistan öz hərbi qüvvələrinin Səudiyyə Ərəbistanında yerləşdirildiyini təsdiqləyib. Canlixeber.com xəbər verir ki, bu barədə Pakistan ordusunun rəsmisi, general-leytenant Əhməd Şərif Çaudri məlumat verib. Onun sözlərinə görə, Pakistan hərbçiləri müxtəlif hərbi sahələrdəki imkanları ilə birlikdə Səudiyyə Ərəbistanında artıq mövcuddur. O qeyd edib ki, […]
Rusiya-Ukrayna müharibəsində azərbaycanlı hərbçi həlak oldu
Rusiya-Ukrayna müharibəsində azərbaycanlı hərbçi həyatını itirib. Canlixeber.com xəbər verir ki, bu barədə Rusiya KİV-də məlumat yayılıb. Qeyd olunub ki, həlak olan şəxs Saratov vilayətinin Yerşov rayonundan olan Rəşad Bəymirzəyevdir. Yerşov rayon administrasiyası onun bioqrafiyası, yaşı və nə vaxt həlak olduğu barədə məlumat paylaşmayıb. Rəşad Bəymirzəyevlə vida mərasimi oktyabrın 8-də onun Yerşovdakı evinin önündə keçiriləcək. O, […]
ABŞ-də “dəhşət evi” üzə çıxdı: 21 uşağa qarşı zorakılıq ittihamı
ABŞ-nin Los-Anceles dairəsində surroqat analardan dünyaya gələn uşaqlara qarşı amansız rəftar etməkdə şübhəli bilinən cütlük saxlanılıb. Canlixeber.com xəbər verir ki, bu barədə “Associated Press” dairə prokurorluğuna istinadən məlumat yayıb. 66 yaşlı Quotszyun Syuan və onun 39 yaşlı həyat yoldaşı Silviya Çjan uşaqlarla amansız rəftarın bir neçə epizodunda, zorakılıq törətmək məqsədilə əlbir olmaqda, cinayət əməllərini gizlətməkdə […]
Rusiyada yaşayan bir qrup azərbaycanlı deportasiya olunacaq
Rusiyanın Novorossiysk şəhərindəki tərəvəz bazalarından birində hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən həyata keçirilən reyd zamanı miqrasiya qanunvericiliyinin pozuntuları aşkar edilib. Canlixeber.com xəbər verir ki, bu barədə Rusiya mətbuatında məlumat yayılıb. Tədbir çərçivəsində Özbəkistan, Tacikistan və Azərbaycan vətəndaşlarının sənədləri yoxlanılıb. Onlar barəsində ümumilikdə 21 inzibati protokol tərtib olunub. Qayda pozuntularından 10-u Rusiyada qanunsuz əmək fəaliyyəti ilə məşğul […]
İranda 47 müəllim həbsdə və ya sürgündədir
İranda 47 müəllim həbsdə və ya saxlanılır İranda hazırda və ya əvvəllər müəllim kimi fəaliyyət göstərmiş ən azı 47 nəfər həbsdədir, saxlanılır və ya sürgün cəzası çəkir. Bu barədə HRANA – İnsan Hüquqları Fəalları Xəbər Agentliyinin Ümumdünya Müəllimlər Günü ilə bağlı hazırladığı hesabatda məlumat verilib. Məlumata görə, həmin şəxslərdən 13-ü həbs cəzası çəkir, 32-si saxlanılır, […]
TBMM sədr müavini xəstəliyi ilə əlaqədar istefa verib
Türkiyənin keçmiş ədliyyə naziri, Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədr müavini Bekir Bozdağ vəzifəsindən istefa verib. Canlixeber.com xəbər verir ki, bu barədə “Halk TV” məlumat yayıb. Hazırda Şanlıurfa millət vəkili olan Bekir Bozdağın xərçəng xəstəliyindən müalicə aldığı bildirilib.
Fizika üzrə Nobel mükafatı laureatı məlum olub
Fizika üzrə Nobel mükafatı laureatının adı məlum olub. Canlixeber.com xəbər verir ki, builki mükafatı Francis Halzen qazanıb. O bu mükafata “IceCube” Neytrino Rəsədxanasına həlledici töhfələrinə və astrofizik mənşəli yüksək enerjili neytrinoların kəşfinə görə layiq görülüb. Məlumat üçün bildirək ki, Francis Halzen 1944-cü ildə Belçikanın Brügge şəhərində anadan olub. Fizik uzun illərdir, Viskonsin-Medison Universitetində hissəcik fizikası, […]
Şəkidəki hadisə Ermənistanda generalın istefasına səbəb oldu
Zəngəzurun Şəki kəndində saxlanılan azərbaycanlı hərbçi Nəsimi Musayevlə bağlı hadisə Ermənistanın hərbi qurumlarında istefaların başlamasına səbəb olub. Canlixeber.com xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb. “Hadisədən bir neçə gün sonra ilk istefa baş verdi – Milli Təhlükəsizlik Xidmətinin direktor müavini, general-mayor David Sanamyan vəzifəsindən ayrıldı. Onun məsuliyyət zonasına qismən Milli Təhlükəsizlik Xidməti Sərhəd […]
Baş nazir: Ermənistan-Türkiyə sərhədi açılacaq
“Yaxın gələcəkdə TRIPP layihəsinin inkişafına paralel olaraq, Ermənistan-Türkiyə sərhədinin və Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə dəmir yolunun açılmasını gözləyirik”. Canlixeber.com xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan İrəvanda keçirilən Ermənistan-Birləşmiş Krallıq Biznes Forumunda bildirib. “Qeyd etmək vacibdir ki, TRIPP layihəsinin həyata keçirilməsi nəticəsində Bəsrə körfəzi ilə Qara dəniz arasında dəmir yolu əlaqəsi də yaradılmalıdır”, – […]
ABŞ-nin FTB direktoru erməniəsilli müğənni ilə evlənibmiş
ABŞ-nin Federal Təhqiqatlar Bürosunun (FTB) 46 yaşlı rəhbəri Keş Patel və erməniəsilli 27 yaşlı amerikalı kantri-musiqi ifaçısı Aleksis Uilkins evləndiklərini açıqlayıblar. Canlixeber.com xəbər verir ki, müğənni sosial media hesabında nişan üzüyünün nümayiş olunduğu birgə fotolarını paylaşaraq, “Biz bunu rəsmiləşdirdik” şərhini əlavə edib. Patel isə həmin paylaşıma ürək və üzük emojiləri qoyaraq öz reaksiyasını bildirib. Cütlüyün […]
