1 min read

Pakistanda təyyarə qəzaya uğradı: Pilotlar həlak oldular

Pakistan Hərbi Hava Qüvvələrinə məxsus “Mushshak” adlı təlim-məşq təyyarəsi Bəlucistan vilayətində qəzaya uğrayıb və nəticədə iki pilot həyatını itirib. Canlixeber.com xəbər verir ki, bu barədə ölkənin silahlı qüvvələrinin mətbuat xidməti rəsmi məlumat yayıb. Dəqiqləşdirilmiş məlumatlara əsasən, bədbəxt hadisə regionun inzibati mərkəzi sayılan Kvetta şəhəri ərazisində qeydə alınıb. Fövqəladə hadisəyə texniki nasazlığın səbəb olduğu bildirilir.

1 min read

Məşhur ekstrasens Anatoli Kaşpirovskinin son arzusu yerinə yetirildi

Sovet və Rusiya psixoterapevti Anatoli Mixayloviç Kaşpirovskinin cənazəsi Türkiyə və Polşa vasitəsilə Ukraynaya göndəriləcək. Canlixeber.com xəbər verir ki, bu barədə Yuri Mamayev məlumat verib. Onun sözlərinə görə, tabut artıq İstanbuldakı terminaldadır və bu gün gecə saatlarında Varşavaya çatacaq. “Tabut hazırda İstanbuldakı terminaldadır. Bu gecə Varşavaya çatacağı gözlənilir. Daha sonra tabut dəmir yolu ilə Kiyevə, oradan […]

1 min read

İqtisadiyyat üzrə Nobel mükafatı qaliblərinin adları açıqlandı

İsveç Kral Elmlər Akademiyası yanında Nobel Mükafatı Komitəsi tərəfindən 2026-ci il üçün Alfred Nobelin xatirəsinə İqtisadi Elmlər üzrə “Sveriges Riksbank” mükafatının laureatları məlum olub. Canlixeber.com xəbər verir ki, bu barədə Nobelprize.org nəşri məlumat verib. Qeyd edilib ki, mükafat ABŞ-li alimlər Robert E. Holl və Maykl Vudforda makroiqtisadi sabitləşmənin mikroiqtisadi əsaslarının tədqiqinə görə verilib.

2 mins read

Türkiyənin müdafiə sənayesində xarici elektrik avtomobillərinə qadağa

Türkiyənin TUSAŞ Motor Sənayesi (TEI) şirkətinin baş direktoru Mahmut Faruk Akşit müdafiə sənayesi müəssisələrinin ərazisinə xarici istehsalı olan elektrik avtomobillərinin buraxılmadığını bildirib. Canlixeber.com xəbər verir ki, “TRT Haber” telekanalına istinadən xəbər verir ki, Akşit bu barədə Pamukkale Universitetində keçirilən konfransda çıxışı zamanı danışıb. O, rəqəmsal texnologiyaların yaratdığı təhlükələrə diqqət çəkib. Akşit müdafiə sənayesində məxfi məlumatların […]

1 min read

Azərbaycana qarşı saxta xəbərlər yayan “Telegram” kanalının təsisçisi Monteneqrodan deport edildi

Daha əvvəl Monteneqroda saxlanılan “Rybar” layihəsinin təsisçisi Mixail Zvinçuk həyat yoldaşı ilə birlikdə Rusiyaya qayıdıb. Canlixeber.com xəbər verir ki, Zvinçukun hava limanında çəkilmiş görüntülərini “Zvezda” telekanalı yayımlayıb. Xatırladaq ki, Monteneqronun hüquq-mühafizə orqanları oktyabrın 9-da Böyük Britaniyanın sanksiyalar siyahısında yer alan Zvinçuku və onun bir neçə həmkarını saxlayıblar. Yerli KİV-in məlumatına görə, Monteneqronun xüsusi xidmət orqanları […]

2 mins read

Türkiyəli reper Asya Əlizadə ilə oxuduğu mahnıya görə qeyri-adi cəza aldı

Türkiyədə “Lvbel C5” səhnə adı ilə tanınan reper Süleyman Burak Bodur azərbaycanəsilli müğənni Asya Əlizadə ilə birlikdə ifa etdiyi “Kahpe” mahnısının sözlərinə görə araşdırmaya cəlb olunub. Canlixeber.com Türkiyə KİV-ə istinadən xəbər verir ki, Bodur İstanbul Anadolu Respublika Baş Prokurorluğunun apardığı araşdırma çərçivəsində saxlanılıb. Prokurorluqda ifadə verən reper daxil olan şikayətlərdən xəbər tutduqdan sonra mahnını bütün […]

1 min read

Konqoda Ebola virusundan 4 mindən çox insan ölüb

Konqo Demokratik Respublikasında Ebola virusunun yayılması davam edir. Canlixeber.com xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, oktyabrın 6-dək ölkədə 8 728 yoluxma və 4 205 ölüm faktı təsdiqlənib. Virus ölkənin yeddi əyalətində 64 səhiyyə zonasına yayılıb. Şimali Kivu əyalətinin Alimbonqo bölgəsində ilk dəfə dörd yoluxma halı qeydə alınıb. Yoluxanlardan ikisi ölüb. Keniyada da […]

2 mins read

ABŞ-də Trampın tədbirlərini birgə işıqlandırmayan beş telekanal araşdırılır

ABŞ Ədliyyə Nazirliyi Donald Trampın iştirak etdiyi tədbirlərin birgə işıqlandırılmasını müvəqqəti dayandırdıqlarına görə ABC, CBS, CNN, NBC və “Fox News” telekanallarına qarşı antiinhisar qanunvericiliyinin pozulması şübhəsi ilə araşdırmaya başlayıb. Canlixeber.com xəbər verir ki, bu barədə “The New York Times” (NYT) məlumat yayıb. Nazirlik Ağ Evin media hovuzunun fəaliyyəti ilə bağlı yazışmaları və digər materialları tələb […]

1 min read

Zaporojyedə yaşayış binasına edilən hücumda ölənlərin sayı 20-yə çatıb

Ukraynanın Zaporojye şəhərində Rusiya Silahlı Qüvvələrinin yaşayış binasına endirdiyi aviazərbə yerində axtarış-xilasetmə işləri başa çatıb. Canlixeber.com xəbər verir ki, bu barədə Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb. Bildirilib ki, hücum nəticəsində 4-ü uşaq olmaqla ümumilikdə 20 nəfər həlak olub. Rusiya aviasiyasının idarəolunan bombası üçmərtəbəli yaşayış binasının bir blokunu dağıdıb, ətrafdakı tikililərə və fərdi […]

1 min read

Husilər aviaşirkətləri Səudiyyə Ərəbistanına uçuşları dayandırmağa çağırıb

Yəməndəki husilər aviaşirkətləri Səudiyyə Ərəbistanına uçuşları dayandırmağa çağırıblar. Canlixeber.com xəbər verir ki, bu barədə husilərin hərbi nümayəndəsi Yəhya Səri açıqlama verib. O bildirib ki, Səudiyyə Ərəbistanının hava limanları və hava məkanı hərbi hədəf hesab olunur. Məkkə və Mədinə hava limanları isə istisna təşkil edir. Səri aviaşirkətləri, hava limanlarının əməkdaşlarını və sərnişinləri xəbərdarlığa ciddi yanaşmağa çağırıb. […]