Dünya
Rusiyanın Oryol şəhərinə hücum nəticəsində üç nəfər ölüb
Rusiyanın Oryol şəhərinə Ukrayna Silahlı Qüvvələrinin hücumu nəticəsində üç nəfər ölüb. Canlixeber.com xəbər verir ki, bu barədə vilayət qubernatoru Andrey Klıçkov məlumat verib. Onun sözlərinə görə, Ukrayna qüvvələri şəhərə “Storm Shadow” tipli üç raketlə zərbə endirib. Nəticədə şəhərin Sovetski rayonunda binalar dağılıb. Qubernator bildirib ki, hadisə yerində təcili xidmətlərin işi davam edir. Oryol şəhər administrasiyası […]
Filippində hərbi təyyarələr havada toqquşub, 4 pilot ölüb
Filippin Hərbi hava Qüvvələrinə məxsus iki təlim təyyarəsi qəzaya uğrayıb. Canlixeber.com xəbər verir ki, nəticədə 4 pilot ölüb. Bildirilib ki, hadisə Batanqas vilayətində yerləşən Fernando aviabazası ərazisində “SF-260” tipli təyyarələri havada toqquşub. Faktla bağlı araşdırma aparılır.
“Ancelina Coli geni” və xərçəng riski: Hər 200 qadından birində müşahidə edilir
Məşhur aktrisada aşkar olunduqdan sonra qeyri-rəsmi olaraq “Ancelina Coli geni” adını almış BRCA1 geninin mutasiyası hər 200 qadından birində müşahidə edilir. Canlixeber.com xəbər verir ki, bu barədə “İzvestiya” nəşrinə müsahibəsində biologiya elmləri doktoru, genetik və “100 000+Mən” Milli Genetik Təşəbbüsünün elmi rəhbəri, professor Konstantin Severinov məlumat verib. “Belə bir mutasiyanın olması insanın gözlənilən ömrünü qısaldır […]
ABŞ-də qalmaqal: Kəşfiyyat idarəsinin əməkdaşı məxfi məlumatları sevgilisinə ötürüb
ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) milli müdafiəyə dair məxfi məlumatları sevgilisinə ötürməkdə şübhəli bilinən 42 yaşlı MKİ (Mərkəzi Kəşfiyyat İdarəsi) podratçısı Yan Brinksmanı həbs edib. Canlixeber.com xəbər verir ki, bu barədə TASS ABŞ Ədliyyə Nazirliyinin açıqlamasına istinadən məlumat yayıb. İstintaqın məlumatına əsasən, qadın əldə etdiyi gizli sənədləri “Substack” platformasında yayımlayıb və Brinksman onun bu məlumatları […]
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
Rusiya Silahlı Qüvvələri “Çernomorsk” limanında ekipajsız katerlərin istehsalı sexini vurub. Canlixeber.com xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyindən bildirilib. Bundan başqa, Qara dənizdə “Odessa” limanına hərbi yüklər daşıyan gəmiyə zərbə endirilib.
Adolf Hitlerin “Qartal yuvası” kül oldu
Adolf Hitlerin vaxtilə çay evi kimi istifadə etdiyi və “Qartal yuvası” adı ilə tanınan tarixi Kelştaynhaus binasında yanğın qeydə alınıb. Canlixeber.com xəbər verir ki, bu barədə Almaniyanın “Bild” nəşri yerli hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb. Hadisə Berxtesqaden əyalətində baş verib. Yerli polisdən bildirilib ki, bina tamamilə alov içində olub və yanğınsöndürənlər genişmiqyaslı əməliyyat həyata keçiriblər. […]
Fransada 26 yaşlı MMA döyüşçüsü silahlı insident zamanı öldürüldü
Fransanı təmsil edən qarışıq döyüş sənətləri (MMA) idmançısı Penqo Bossio Vanqi Paris ətrafındakı Trapp kommunasında baş verən silahlı insident zamanı həyatını itirib. Canlixeber.com xəbər verir ki, hadisə barədə məlumatı 26 yaşlı döyüşçünün məşq etdiyi “Atch Academy” klubu sosial şəbəkə hesabında yayıb. Bir müddət öncə Fransanın Baş naziri Sebastyen Lekornyu İvelin departamentinin Trapp kommunasında baş verən […]
Sedrak Koçaryanın həbs müddəti daha iki ay uzadıldı
Prokurorluğun vəsatətinin uzunmüddətli müzakirəsindən sonra məhkəmə Ermənistanın sabiq prezidenti Robert Koçaryanın oğlu Sedrak Koçaryanın həbs müddətini daha iki ay uzadıb. Canlixeber.com xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Məlumata görə, bu barədə onun vəkili Akop Kureqyan məlumat verib. Vəkil məhkəmənin qərarından apellyasiya şikayəti veriləcəyini vurğulayıb. Sedrak Koçaryan özü isə məhkəmə iclasına gətirilməyib.
Robert Koçaryanın həbsi ilə bağlı məhkəmə prosesi başa çatdı
Ermənistan məhkəməsi ölkənin sabiq prezidenti və müxalif “Ermənistan” blokunun lideri Robert Koçaryanın həbs qətimkan tədbiri ilə bağlı məsələnin baxılmasını yekunlaşdırıb. Canlixeber.com xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Məlumata görə, qərar oktyabrın 23-də axşam saatlarında elan ediləcək. “Robert Koçaryanın həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatətə baxılması başa çatıb. Məhkəmənin qərarı oktyabrın 23-də […]
Oman sahillərində tanker mərmi ilə vurulub
Tanker Omandakı Buxxa şəhərindən təxminən 20 kilometr qərbdə naməlum mərmi ilə vurulub. Canlixeber.com xəbər verir ki, bu barədə Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsi (UKMTO) məlumat yayıb. İdarənin məlumatına görə, gəmidə baş verən yanğın söndürülüb, gəmi lövbər salıb. Ekipajın bütün üzvləri təhlükəsizlikdədir, xəsarət alanlar barədə məlumat yoxdur.
