Adolf Hitlerin “Qartal yuvası” kül oldu
Adolf Hitlerin vaxtilə çay evi kimi istifadə etdiyi və “Qartal yuvası” adı ilə tanınan tarixi Kelştaynhaus binasında yanğın qeydə alınıb.
Canlixeber.com xəbər verir ki, bu barədə Almaniyanın “Bild” nəşri yerli hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb. Hadisə Berxtesqaden əyalətində baş verib.
Yerli polisdən bildirilib ki, bina tamamilə alov içində olub və yanğınsöndürənlər genişmiqyaslı əməliyyat həyata keçiriblər.
Hüquq-mühafizə orqanlarının əməkdaşları qəsdən yandırma ehtimalını da istisna etmirlər, lakin hadisənin dəqiq başvermə səbəbi hələlik müəyyən edilməyib.
