Cəmiyyət
Keçmiş şöbə müdiri vəfat etdi
Fortepiano ixtisası üzrə müəllim Vüsalə Quliyeva vəfat edib. Canlixeber.com “Unikal”a istinadla xəbər verir ki, mərhum uzun illər Xızı rayon Uşaq Musiqi Məktəbində Fortepiano şöbəsinin müdiri vəzifəsində çalışıb.
Yevlaxın bəzi əraziləri qazsız qalacaq
Mayın 22-i saat 10:00-dan Yevlax rayonunun Tanrıqulular, Boşçalı və Hürüşağı kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Canlixeber.com xəbər verir ki, bu barədə Tərtər Regional Qaz İstismar İdarəsi məlumat yayıb. Bildirilib ki, qaz təchizatının dayandırılması payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədardır.
Yevlax və Füzulinin bəzi ərazilərində qaz kəsiləcək
Sabah saat 09:00-dan işlər yekunlaşanadək Yevlax rayonunun 3 qəsəbə və 3 kəndinin, saat 14:00-dan isə Füzuli rayonunun 5 qəsəbə və 5 kəndinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Canlixeber.com xəbər verir ki, bu barədə Tərtər Regional Qaz İstismar İdarəsi məlumat yayıb. Bildirilib ki, qaz təchizatının dayandırılması payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədardır.
Bakı-Tbilisi qatarı qayıdır
Azərbaycan və Gürcüstan mayın 26-dan Bakı-Tbilisi-Bakı marşrutu üzrə gündəlik sərnişin qatarları xidmətlərinin bərpası barədə razılığa gəliblər. Canlixeber.com bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, bununla bağlı razılıq Gürcüstanın Baş nazir İrakli Kobaxidzenin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) iştirak etmək məqsədilə Azərbaycana səfəri çərçivəsində əldə olunub.
AZAL hava şəraiti ilə əlaqədar müvəqqəti dayandırılan Naxçıvan reyslərinin icrasını bərpa edib
Azərbaycan Hava Yolları (AZAL) əlverişsiz hava şəraiti səbəbindən müvəqqəti həyata keçirilməyən Bakı-Naxçıvan-Bakı marşrutu üzrə uçuşların icrasını yenidən bərpa edib. Canlixeber.com xəbər verir ki, bu barədə AZAL məlumat yayıb. Hazırda qeyd olunan istiqamətdə reyslər planlaşdırılmış qrafikə uyğun yerinə yetirilir. Eyni zamanda, AZAL bölgədə müşahidə olunan qeyri-sabit hava şəraitini daim nəzarətdə saxlayır və uçuşların təhlükəsiz icrasını təmin […]
Bakıda tələbə vəfat etdi
Azərbaycan Texniki Universitetinin tələbəsi dünyasını dəyişib. Canlixeber.com xəbər verir ki, bu barədə universitet məlumat yayıb. Bildirilib ki, vəfat edən Elnur İslamlı AzTU-nun Nəqliyyat və logistika fakültəsinin birinci kurs tələbəsi olub. Tələbənin ölüm səbəbi ilə bağlı isə hər hansı məlumat açıqlanmayıb.
Çingiz Mustafayevə yüksək vəzifə verildi
“DJ Çina” ləqəbi ilə tanınan radio aparıcısı Çingiz Mustafayevə yüksək vəzifə verilib. Canlixeber.com xəbər verir ki, o, “Space FM”ə direktor təyin olunub.Çingiz Mustafayev bu barədə sosial şəbəkə hesabında qeyd edib. Xatırladaq ki, Sərxan Qədimov bir neçə gün əvvəl “Space FM”in direktoru vəzifəsindən azad olunmuşdu.
Bu gün hava necə olacaq?
Mayın 19-da gözlənilən hava şəraiti açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında gün ərzində fasilələrlə yağış yağacağı gözlənilir. Gündüz bəzi şəhərətrafı ərazilərdə qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər duman olacaq. Cənub-qərb küləyi səhər şimal-qərb küləyi ilə əvəz olunacaq.Havanın temperaturu gecə 15-18° […]
Meteohəssas insanların NƏZƏRİNƏ
Mayın 19-u üçün tibbi-meteoroloji hava proqnozu açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Abşeron yarımadasında rütubətli hava şəraiti gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.
Paytaxtın bəzi ərazilərində qaz kəsiləcək
Sabah saat 09:00-dan Nəsimi, Səbail, Yasamal və Nizami rayonlarının Rəsul Rza, Tolstoy, Mərdanov qardaşları, Bəşir Səfəroğlu, Dilarə Əliyeva, İslam Səfərli, Topçubaşov, 8-ci Köndələn və Pəhlivan Fərzəliyev küçələrində, Bülbül prospektinin bir hissəsində qaz təchizatında fasilə yaranacaq. Canlixeber.com xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb. Bildirilib ki, qaz təchizatının dayandırılması təmir-bərpa və yenidənqurma işləri […]
