Cəmiyyət
Azərbaycanda inək və camışların sayında azalma var
2026-cı il aprelin 1-i vəziyyətinə Azərbaycanda iribuynuzlu mal-qaranın sayı 2 milyon 434 min 103 baş olub.Canlixeber.com Valyuta.az-a istinadla xəbər verir ki, ötən ilin eyni dövründə bu göstərici 2 milyon 456 min 561 baş təşkil edib.Bu isə illik müqayisədə 22 min 458 baş və ya 0,9% azalma deməkdir.Hesabat dövründə inək və camışların sayı 1 milyon 209 […]
Sabah İmişli və Saatlı rayonları ilə Sabirabad şəhərinin qaz təminatında fasilə yaranacaq
İmişli və Saatlı rayonlarının, Sabirabad şəhərinin və rayonun bir sıra kəndlərinin qaz təminatında müvəqqəti fasilə yaranacaq. Canlixeber.com xəbər verir ki, bu barədə Azəriqaz” İstehsalat Birliyindən bildirilib. Qeyd olunub ki, fasilə saat 09:00-dan təmir-bərpa işləri yekunlaşanadək davam edəcək.
Bakıda 22 yaşlı oğlan qəfil vəfat etdi
Bakıda gənc oğlan qəfil vəfat edib. Canlixeber.com “Qafqazinfo”ya istinadla xəbər verir ki, paytaxtın Suraxanı rayonunda 22 yaşlı Leysan Qədimov bu gün səhhətində yaranan qəfil ağırlaşma səbəbindən dünyasını dəyişib. Bildirilib ki, L.Qədimovun səhhətində anadangəlmə problem varmış.
İran polisindən Azərbaycanın Təbrizdəki konsulunun həlak olduğu qəza ilə bağlı AÇIQLAMA
İran Polis Komandanlığı (FƏRACA) Azərbaycanın Təbrizdəki Baş Konsulluğunun konsulu Ramil İmranovun həlak olduğu avtomobil qəzasının ilkin təfərrüatını açıqlayıb. Canlixeber.com bu barədə “Azad İran” “Telegram” kanalına istinadən xəbər verir. FƏRACA Yol Polisi İdarəsinin rəisi Əhməd Kərimi Əsəd bildirib ki, hadisə şənbə günü günorta saatlarında Mərənd polis yol postunun nəzarət etdiyi ərazidə qeydə alınıb. Məlumata görə, diplomatik […]
Bəzi yerlərdə şimşək çaxıb, yağış yağıb, dolu düşüb – FAKTİKİ HAVA
Mayın 24-ü saat 12:00-a olan faktiki hava açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ölkə ərazisinin bəzi yerlərində arabir şimşək çaxıb, yağış yağıb. Ayrı-ayrı yerlərdə yağıntılar intensiv xarakterli olub.Düşən yağıntının miqdarı: Qaxda 47, Xaltanda (Quba) 16, Gədəbəydə 12, Naxçıvanda 9, Daşkəsəndə 8, Qusarda 5, Şahbuz, Kişçayda (Şəki) 4, […]
Lerikdə Vətən müharibəsi qazisi vəfat etdi
Vətən müharibəsi qazisi Şamo İbadov vəfat edib. Canlixeber.com Oxu.Az-a istinadla xəbər verir ki, o ağır xəstəlik səbəbindən dünyasını dəyişib. Qeyd edək ki, Şamo İbadov Lerik rayonunda müəllim kimi fəaliyyət göstərb. O, 44 günlük Vətən müharibəsində iştirak etmək üçün müəllimlik fəaliyyətini dayandıraraq könüllü şəkildə döyüşlərə qatılıb.
Azərbaycanda zəlzələ olub
Cəlilabad rayonunda zəlzələ qeydə alınıb. Canlixeber.com xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosu məlumat yayıb. Yerli vaxtla saat 07:52-də qeydə alınan zəlzələnin maqnitudası 3.2 olub. Yeraltı təkanların ocağı 28 km dərinlikdə yerləşib. Zəlzələ hiss olunmayıb.
Sürücülərin NƏZƏRİNƏ: Görünüş məsafəsi MƏHDUDLAŞACAQ
Mayın 24-də Azərbaycanın bəzi yollarında görünüş çətinləşəcək. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, gecə və səhər saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda müşahidə olunacaq dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.
Bu gün hava necə olacaq?
Mayın 24-də gözlənilən hava şəraiti açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub-şərq küləyi […]
Ukraynadakı müharibədə daha bir azərbaycanlı həlak olub
Ukraynadakı müharibədə daha bir azərbaycanlı həlak olub. Canlixeber.com Modern.az-a istinadla xəbər verir ki, Rusiya ordusunun tərkibində döyüşən Azərbaycan əsilli Rusiya vətəndaşı, 1995-ci il təvəllüdlü Asif Novruz oğlu Mehdiyev Ukraynadakı hərbi əməliyyatlar zamanı həyatını itirib. Həştərxan şəhərində yaşayan 19 mart 1995-ci il təvəllüdlü Asif Mehdiyevin Rusiya ordusunda müqaviləli hərbi qulluqçu kimi xidmət etdiyi bildirilir. O, cəbhə […]
