Cəmiyyət
Azərbaycanda yeddi dövlə qurumu ləğv olunduğunu elan etdi
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) məxsus daha bir neçə şirkət ləğv edilib. Canlixeber.com İqtisadiyyat.az-a istinadla xəbər verir ki, bununla bağlı müvafiq qərar qəbul olunub. Qərara əsasən, 2 nömrəli Regional Avtomobil Yollarının Yaşıllaşdırılması və Ekologiyası Məhdud Məsuliyyətli Cəmiyyəti ləğv edilib. Bundan əlavə, 4, 5, 6, 7, 8, 9 və 10 nömrəli Avtomobil Yollarının Yaşıllaşdırılması məhdud […]
Azərbaycanda elmlər doktoru vəfat etdi
Akademik Yusif Məmmədəliyev adına Neft Kimya Prosesləri İnstitutunun baş elmi işçisi, kimya elmləri doktoru İlqar Hacı oğlu Əyyubov vəfat edib. Canlixeber.com xəbər verir ki, o müalicə aldığı xəstəxanada vəfat edib. Qeyd edək ki, İ.Əyyubov mayın 19-da insult keçirərək xəstəxanaya yerləşdirilmişdi.
Meteohəssas insanların NƏZƏRİNƏ
Mayın 26-ı üçün tibbi-meteoroloji hava proqnozu açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Abşeron yarımadasında rütubətli hava şəraiti gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.
Bu gün hava necə olacaq?
Mayın 26-da gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi, lakin gündüz bəzi yerlərdə yağış yağacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var. Şimal-qərb küləyi axşam cənub-şərq […]
ADY qatarları ilə Tbilisiyə səyahət edəcək sərnişinlərin nəzərinə
Bakı-Tbilisi reysi ilə Gürcüstana giriş üçün tələb olunan səfər sığortasını seçdiyiniz sığorta şirkətindən birbaşa və ya onlayn, həmçinin Bakı və Gəncə dəmiryol vağzallarında fəaliyyət göstərən müvafiq sığorta şirkətinin agentindən əldə edə bilərsiniz. Canlixeber.com xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti məlumat yayıb. Qeyd edilib ki, Gürcüstan qanunvericiliyinə əsasən, 1 yanvar 2026-cı […]
Bayram günlərində Bakı metropolitenində hərəkət qrafiki dəyişdiriləcək
Qurban bayramı və Müstəqillik Günü ilə əlaqədar mayın 27-31-də Bakı metropolitenində qatarların hərəkət qrafiki dəyişdiriləcək. Canlixeber.com xəbər verir ki, “Bakı Metropoliteni” QSC məlumat yayıb. Məlumata görə, zəruri ehtiyat tədbirlər nəzərə alınmaqla, qeyd edilən tarixlərdə “28 May-Əhmədli” və əksinə istiqamətdə interval 2 dəqiqə 30 saniyə, “Həzi Aslanov-Əhmədli” sahəsində 7 dəqiqə təşkil edəcək.Bənövşəyi xətdə qatarların hərəkəti şənbə-bazar […]
“Eurohome” tikinti materiallarının satışı bazarınının fəaliyyəti dayandırılıb
“Eurohome” tikinti materiallarının satışı bazarınının fəaliyyəti dayandırılıb. Canlixeber.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, nazirliyin Dövlət Yanğın Nəzarəti Xidməti Nərimanov rayonu, Təbriz küçəsi, 2 ünvanında yerləşən “Eurohome” tikinti materiallarının satışı bazarında keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində bir sıra nöqsanlar aşkar edilib. Yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud […]
Paytaxtda üç ünvanda minib-düşmə yeri yaradılıb
Paytaxtın Səməd Vurğun və Mərdanov qardaşları küçələrində mövcud küçə parklanma yerlərinin bir hissəsi ləğv olunaraq yaxınlıqda yerləşən tibb müəssisələrinə gələnlər üçün əlavə şərait yaradılıb. Canlixeber.com xəbər verir ki, bu barədə Azərbaycan Yerüst Nəqliyyat Agentliyi məlumat yayıb. Bildirilib ki, Səməd Vurğun küçəsi, Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının qarşısında “3.28” – “durmaq qadağandır” yol nişanı quraşdırılaraq […]
Avtovağzallar bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
Qurban bayramı və Müstəqillik Günü ilə əlaqədar respublika ərazisində fəaliyyət göstərən bütün avtovağzal və avtostansiyalar əhalinin nəqliyyat xidmətləri ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi üçün 26-31 may tarixlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Canlixeber.com xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb. Bildirilib ki, AYNA şəhərlərarası və rayonlararası marşrutlar üzrə sərnişindaşımaları […]
Naxçıvanda tanınmış həkim VƏFAT ETDİ
Naxçıvanda tanınmış həkim vəfat edib. Canlixeber.com xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi görkəmli həkim, uzun illər səhiyyə sahəsində səmərəli fəaliyyət göstərmiş, oftalmoloq Məmməd Məmmədovun vəfatı ilə bağlı məlumat yayıb. Qeyd edək ki, Məmməd Məmmədov uzun illər ərzində Naxçıvanda tibbin inkişafına töhfələr verən tanınmış həkimlərdən biri olub.
