Cəmiyyət
DYP-dən sürücü və piyadalara ÇAĞIRIŞ
Sürücü piyadanın təhlükəsizliyinə, piyada isə həm öz həyatına, həm də digər hərəkət iştirakçılarının təhlükəsizliyinə qarşı həssas yanaşmalıdır. Canlixeber.com xəbər verir ki, bunu Baş Dövlət Yol Polisi İdarəsinin Hərəkətin təhlükəsizliyinin təbliği şöbəsinin rəisi polis polkovnik-leytenantı Rövşən Tağıyev deyib. O bildirilib ki, son günlər, xüsusilə bayram öncəsi yollarda hərəkət intensivliyinin artdığı bir vaxtda piyadaların vurulması ilə nəticələnən […]
Lökbatan–Güzdək yolunda bərpa işlərinə başlanılıb
Bakı şəhəri, Lökbatan-Güzdək yolunun 2.2-ci km-də bərpa işlərinə başlanılıb. Canlixeber.com xəbər verir ki, bu bar də Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb. Bildirilib ki, ərazidə rahat gediş-gəlişin təmin olunması üçün müvəqqəti alternativ yol salınır. Daha sonra sel sularının qəzalı vəziyyətə saldığı suötürücü qurğu söküləcək. Paralel olaraq ərazidə yeni körpünün layihələndirilməsi işləri görüləcək. Tikinti-bərpa işləri […]
II kurs tələbəsi vəfat etdi
Sumqayıt Dövlət Universitetinin (SDU) tələbəsi vəfat edib. Canlixeber.com Sumqayit24.az-a istinadla xəbər verir ki, Ağsu rayonunun Bico kəndindən olan və universitetdə energetika mühəndisliyi ixtisası üzrə ali təhsil alan Nahid Xalid oğlu Həzməyev dünyasını dəyişib. Bildirilib ki, 2-ci kurs tələbəsi olan 2007-ci il təvəllüdlü N.Həzməyev xərçəng xəstəliyindən əziyyət çəkirmiş.
Qəbələnin bir hissəsi qazsız qalıb
Qəbələ şəhərinin Sura Kərimova küçəsinin təbii qazla qaz təchizatında müvəqqəti fasilə yaranıb. Canlixeber.com xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb. Məlumata görə, küçədən keçən, diametri 108 mm olan qaz xəttində qaz sızması aşkarlanıb. Bununla əlaqədar, bu gün saat 10:15-dən həmin küçənin qaz kəsilib. Təmir-bərpa işləri başa çatdıqdan sonra abonentlərin qaz təchizatı bərpa […]
Bakıda bayram namazı qılınıb
Bakıdakı Əjdərbəy, Təzəpir və digər məscidlərdə Qurban bayramı münasibətilə namaz qılınıb. Canlixeber.com xəbər verir ki, Təzəpir məscidində bayram namazı saat 09:00-da başlanıb. Namaz Qafqaz Müsəlmanları İdarəsini sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadənin rəhbərliyi ilə qılınıb.
İyunda hava necə olacaq?
İyun ayına olan hava proqnozu açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, iyun ayı ilin ən uzun günləri ilə fərqlənir. Bu ilin iyun ayında havanın orta aylıq temperaturunun və aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi ərazilərdə isə bir qədər yüksək olacağı gözlənilir. İyun ayının ilk günlərində bəzi […]
Bayram günlərinin hava proqnozu açıqlanıb
Bayram günlərində (mayın 27-28-29-da) ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında mayın 27-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə […]
Bu gün hava necə olacaq?
Mayın 27-də gözlənilən hava şəraiti açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 17-19° […]
Paytaxtda dolu yağır
Mayın 26-sı saat 15:20 məlumatına əsasən hazırda Sumqayıt şəhərində xırda dənəli dolu qeydə alınır. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasının bəzi ərazilərində prosesin qısamüddətdə yayılması ehtimalı var.
İcra başçısının qardaşına yüksək vəzifə verildi
Sabunçu Tibb Mərkəzinin direktoru vəzifəsinə Paşayev Cavid Nazim oğlu təyin edilib. Canlixeber.com xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb. Qeyd edək ki, C.Paşayev 2007-ci ildə Azərbaycan Tibb Universitetini (ATU) bitirib. 2007-2008-ci illərdə Kliniki Tibbi Mərkəzdə anesteziologiya-reanimasiya ixtisası üzrə internatura keçib. 2022-2025-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında […]
