1 min read

Naxçıvanın bəzi əraziləri işıqsız qalacaq

Naxçıvan şəhərinin bəzi ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq. Canlixeber.com xəbər verir ki, bu barədə “Azərişıq” ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsindən (RETSİ) bildirilib. Bildirilib ki, avqustun 3-də 35 kV-luq Xətai elektrik verilişi xəttində aparılan yenidənqurma işləri ilə əlaqədar 35/10 kV-luq Xətai yarımstansiyasından qidalanan elektrik xətlərində müvəqqəti enerji fasiləsi yaranacaq. Bununla əlaqədar olaraq, […]

1 min read

Xocalının Şuşakəndində ilk körpə dünyaya gəlib

Xocalı rayonunun Şuşakənd kəndində Hüseynovlar ailəsində oğlan övladı dünyaya gəlib. Canlixeber.com xəbər verir ki, bu barədə Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə Əlaqələr Şöbəsi məlumat yayıb. Məlumata görə, boyu 50 santimetr, çəkisi 2 kiloqram 700 qram olan körpə avqustun 2-də xəstəxanadan evə buraxılıb. Körpəyə Mustafa Kamal adı verilib. O, […]

1 min read

Oğlunun şəhid olduğu gün vəfat etdi

Biləsuvar rayonunun Nərimankənd kəndində şəhid anası Rəfiqə Əliyeva vəfat edib. Canlixeber .comxəbər verir ki, o, övladı, gizir Pərvin Əliyevin şəhidlik ildönümündə dünyasını dəyişib. Qeyd edək ki, Pərvin Səlahəddin oğlu Əliyev 1981-ci il martın 15-də Nərimankənd kəndində anadan olub. Müddətli həqiqi hərbi xidmətini başa vurduqdan sonra Xüsusi Təyinatlı Qüvvələrdə gizir kimi xidmət edib. Pərvin Əliyev 2014-cü […]

2 mins read

Horadiz-Ağbənd avtomobil yolunun tikintisi artıq yekunlaşmaq üzrədir

Horadiz–Ağbənd avtomobil yolunun tikintisi artıq yekunlaşmaq üzrədir. Eyni zamanda dəmir yolu xəttinin inşası da son mərhələyə çatıb. Canlixeber.com xəbər verir ki, bunu Prezidentin Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında xüsusi nümayəndəsi Vahid Hacıyev Diaspor Gənclərinin VII Yay Düşərgəsinin açılış mərasimində çıxışı zamanı deyib. O bildirib ki, bir çox şirkətlər bölgədə anbar kompleksləri və logistika mərkəzləri yaratmaq, […]

1 min read

Azərbaycan Atletika Federasiyasının məşqçisi 36 yaşında vəfat edib

Azərbaycan Atletika Federasiyasının (AAF) atmalar üzrə məşqçisi və təlimçisi Tofiq Məmmədov vəfat edib. Canlixeber.com xəbər verir ki, bu barədə AAF-ın mətbuat xidmətindən məlumat verilib. Mütəxəssis 36 yaşında uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. Federasiya mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, ona Allahdan rəhmət diləyib.

1 min read

İkram Kərimov vəfat etdi

Uzun illər məhkəmə sədri olmuş, 2019-cu ildən Vəkillər Kollegiyasının Ağsaqqallar Şurasının Sədri, “Ədalət” Vəkil bürosunun vəkili olan İkram Kərimov vəfat edib. Canlixeber.com xəbər verir ki, bu barədə Vəkillər Kollegiyasının üzvü Muxtar Mustafayev sosial şəbəkədə yazıb. İkram Kərimov 84 yaşında dünyasını dəyişib. Qeyd edək ki, İkram Kərimov 18 aprel 1942-ci il tarixində Kürdəmir şəhərində qulluqçu ailəsində […]

1 min read

DİM bu gün dövlət qulluğuna qəbul imtahanı keçirəcək

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün dövlət qulluğunda inzibati vəzifələrin B növünə aid BB vəzifə qrupu üzrə qəbul imtahanı keçirəcək. Canlixeber.com xəbər verir ki, bu barədə DİM məlumat yayıb. Məlumata görə, imtahanda iştirak etmək üçün 1 125 namizəd qeydiyyatdan keçib. Namizədlər imtahana şəxsiyyətlərini təsdiq edən sənədin əsli və “İmtahana buraxılış vərəqəsi” ilə gəlməlidirlər. İmtahan iki […]

1 min read

Bu gün çimərliklərdə hava necə olacaq?

Sabah Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb. Canlixeber.com Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, mülayim şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) çimərliklərində 25-26, cənub (Türkan, Hövsan, Sahil, Şıx) çimərliklərində 26-27 dərəcə isti olacaq.

1 min read

Bu gün hava necə olacaq?

Avqustun 2-nə gözlənilən hava şəraiti açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında avqustun 2-də hava şəraitinin yağmursuz keçəcəyi, mülayim şimal-qərb küləyi əsəcəyi gözlənilir. Havanın temperaturu gecə 23-26° isti, gündüz 29-34° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75%, […]

1 min read

Vaqif Əsədovun qızı rəis vəzifəsindən azad olundu

Fövqəladə Hallar Nazirliyinin Aparatında şöbə rəisi vəzifəsindən azad olunub.  Canlixeber.com Qaynarinfoya istinadla xəbər verir ki, FHN-in Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş idarəsinin Tibbi və psixoloji yardımın təşkili şöbəsinin rəisi leytenant Çillər Əsədli öz ərizəsi ilə vəzifəsindən azad edilib. Bu barədə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov müvafiq əmr imzalayıb. Qeyd edək ki, Çillər Əsədli Bakı Şəhər […]