2 mins read

“Yanlış qərar bir ailənin həyatını dəyişə bilər” – DYP-nin şöbə rəisi

Həftəsonlarında nəqliyyat axınının intensivləşməsi yol hərəkəti iştirakçılarından daha böyük diqqət və məsuliyyət tələb edir. Təəssüf ki, baş verən ağır yol-nəqliyyat hadisələri bir daha göstərir ki, sükan arxasında verilən bir anlıq yanlış qərar insan həyatına son qoya, bütöv bir ailənin həyatını dəyişə bilər”. Canlixeber.com xəbər verir ki, bunu Baş DYP İdarəsinin şöbə rəisi polis polkovnik-leytenantı Rövşən […]

1 min read

Dənizdə boğulduğu deyilən 5 uşaq atası XARİCDƏ SAĞ TAPILDI

Polis dənizdə boğulduğu deyilən şəxsin ölkə xaricinə getdiyini müəyyən edib. Canlixeber.com xəbər verir ki, avqust ayının 19-da saat 19 radələrində Masallı rayon sakini 36 yaşlı Elmar Məmmədlinin Xəzər dənizinin Astara şəhəri ərazisindəki çimərliyində boğulması, meyitinin isə suda itkin düşməsi barədə polisə məlumat daxil olub. Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri müvafiq tədbirlərlə həmin şəxsin […]

1 min read

Oqtay Əmənullayev vəzifəsindən azad olunub

Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının (RMX) direktoru Oqtay Əmənullayev vəzifəsindən azad olunub. Canlixeber.com xəbər verir ki, o, artıq kollektivlə sağollaşıb və buradakı fəaliyyətini yekunlaşdırıb. Qeyd edək ki, O.Əmənullayev ötən ilin avqustundan bu vəzifədə çalışırdı. O, 2020-25-ci illərdə isə Astara RMX-nin direktoru vəzifəsində işləyib.

1 min read

MEDİA Nuraninin vəfatı ilə bağlı başsağlığı verdi

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA) əməkdar jurnalist Tofiqə Qasımovanın (Nurani) vəfatı ilə bağlı başsağlığı verib. Canluxeber.com xəbər verir ki, bu barədə MEDİA məlumat yayıb. “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin rəhbərliyi və kollektivi əməkdar jurnalist Tofiqəxanım Qasımovanın (Nurani) vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!”, – deyə məlumatda qeyd olunub

1 min read

Kəlbəcər–Laçın avtomobil yolunda işlərin 50%-dən çoxu icra olunub

Kəlbəcər və Laçın arasında məsafə 31,98 kilometr qısalacaq Canlixeber.com xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb. Bildirilib ki, mürəkkəb dağlıq relyefdə inşa olunan 75,8 kilometrlik Kəlbəcər–Laçın avtomobil yolu I–II texniki dərəcəli, 2–4 hərəkət zolaqlı olacaq. Layihə çərçivəsində 17 tunel, 7 viaduk, 14 körpü və 212 suötürücü keçid inşa olunur. Ümumi […]

1 min read

M6 nömrəli ekspres marşrutunun hərəkət sxemində dəyişiklik edilir

Vətəndaş müraciətləri nəzərə alınaraq və aparılan təhlillərə əsasən, metronun “Elmlər Akademiyası” və “Gənclik” stansiyaları arasında fəaliyyət göstərən M6 nömrəli ekspres marşrutunun hərəkət sxemində dəyişiklik ediləcək”. Canlixeber.com xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Bildirilib ki, metronun “Koroğlu” stansiyasından “Elmlər Akademiyası” və “Nizami” stansiyaları istiqamətində sərnişin tələbatının qarşılanması məqsədilə avqustun 24-dən […]

1 min read

Faktiki hava açıqlanıb

Avqustun 22-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Canlixeber.com xəhər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Nəlumata görə, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib. Avqustun 21-də şimal-qərb küləyi əsib, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 20, Culfada 19, Şahbuzda 16 m/s-yə çatıb. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 33, […]

1 min read

Əməkdar jurnalist vəfat etdi

Əməkdar jurnalist Tofiqəxanım Qasımova (Nurani) ötən gecə vəfat edib. Canlixeber.com xəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıblar. Qeyd edək ki, Nurani bir neçə ildir, onkoloji xəstəlikdən əziyyət çəkirdi. 1970-ci il təvəllüdlü Tofiqəxanım Qasımova orta məktəbi qızıl medalla, Azərbaycan Tibb Universitetini isə fərqlənmə diplomu ilə bitirib. O, 1992-ci ildən başlayaraq müxtəlif illərdə “Yurddaş”, “Ayna”-“Zerkalo” […]

1 min read

Bu gün hava necə olacaq?

Avqustun 22-də gözlənilən hava şəraiti açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz olacağı gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 23-27° isti, gündüz 30-35° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət […]

2 mins read

Səhiyyə Nazirliyi: Samuxda qarayara ilə bağlı epidemioloji vəziyyət stabildir

Samux rayonunda qarayara ilə bağlı epidemioloji vəziyyət stabildir. Canlixeber.com xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, yeni yoluxma halları qeydə alınmır və xəstəliyin əhali arasında yayılması müşahidə olunmur. “Məlumat üçün bildiririk ki, Samux rayonunun Alıuşağı kəndində qarayara ilə bağlı hadisə qeydə alındıqdan dərhal sonra aidiyyəti qurumlar tərəfindən zəruri epidemioloji və profilaktik […]