Cəmiyyət
Sürücülük vəsiqəsi almaq istəyənlərin nəzərinə: Bunları Bilməlisiniz
Sürücülük vəsiqəsi almaq istəyənlərin sayı ildən-ilə artsa da, imtahana hazırlıq prosesi yalnız yol hərəkəti qaydalarını əzbərləməklə məhdudlaşmamalıdır. Təhlükəsiz sürücülük vərdişlərinin formalaşdırılması, yol nişanlarının düzgün mənimsənilməsi, praktiki bacarıqların inkişaf etdirilməsi və psixoloji hazırlıq uğurlu nəticə əldə etməyin əsas şərtlərindəndir. Bəs sürücülük vəsiqəsi almaq istəyənlər imtahana necə hazırlaşmalıdırlar, ən çox hansı səhvlərə yol verirlər və hazırlıq zamanı […]
AQTA: Son günlərdə Azərbaycanda yayılan çəyirtkələr Qazaxıstan və Rusiyadan gəlib
Son günlər Azərbaycan ərazisində, xüsusilə Xəzəryanı bölgələrdə miqrasiyası və populyasiya sıxlığının artması səbəbilə müşahidə olunan invaziv növlərə aid bəzi çəyirtkələr Qazaxıstan və Rusiyadan gəlib. Canlixeber.com xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb. Bildirilib ki, agentlik bununla bağlı ölkənin müxtəlif ərazilərində yerləşən 95 məntəqədə müşahidələr və monitorinqlər həyata keçirib. Laboratoriya analizlərinin […]
Bu gün çimərliklərdə hava necə olacaq?
Abşeron çimərliklərində gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb. Canlixeber.com Milli Hidrometeorologiya Xidmətinin məlumatına istinadla xəbər verir ki, iyulun 9-da mülayim şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) 23-24, cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 24-25 dərəcə isti olacaq.
Bu gün hava necə olacaq?
İyulun 9-da gözlənilən hava şəraiti açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. […]
Bakı metropoliteninin iş rejimi dəyişdiriləcək
UEFA Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində iyulun 9-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Vestri” oyunu ilə əlaqədar Bakı metropoliteninin iş rejimi dəyişdiriləcək. Canlixeber.com xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC məlumat yayıb. Bildirilib ki, oyuna görə “Gənclik” stansiyası gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Zərurət yaranarsa, ehtiyat qatarlar xəttə buraxılacaq. Növbətçilik […]
İki vəkilə töhmət verildi, biri isə cərimələndi
2026-cı il iyulun 8-də Vəkillər Kollegiyasının (VK) Rəyasət Heyətinin növbəti iclası keçirilib. Canlixeber.com xəbər verir ki, bu barədə kollegiya məlumat yayıb. İclası giriş sözü ilə açan qurumun sədri Anar Bağırov Rəyasət Heyətinin cari fəaliyyəti, son dövrdə həyata keçirilən tədbirlər, görülən işlər və qarşıda duran əsas vəzifələr barədə ətraflı məlumat verib. İclasın gündəliyinə uyğun olaraq bəzi […]
İlham Əliyev bəzi diplomatlara yeni rütbələr verdi
Azərbaycan Respublikasının diplomatik xidmət orqanları əməkdaşlarına yeni diplomatik rütbələrin verilib. Canlixeber.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının aşağıdakı əməkdaşlarına diplomatik rütbələr verilir: fövqəladə və səlahiyyətli səfir Rəfiyev Yalçın İlqar oğlu Şərifov Samir Ənvər oğlu birinci dərəcəli fövqəladə və səlahiyyətli elçi Hacıyev Sultan Ağami oğlu […]
Astaraya yeni baş memar təyin edildi
Astara Rayon İcra Hakimiyyətinə (RİH) yeni baş memar təyin edilib. Canlixeber.com xəbər verir ki, bununla bağlı icra başçısı sərəncam imzalayıb. Sərəncamla Azər Əhmədov Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin müdir müavini, Memarlıq-tikinti məsələləri sektorunun müdiri (baş memar) vəzifəsinə təsdiqlənib.
Konstitusiya Məhkəməsi Baş Prokurorluğun sorğusu üzrə qərar verib
Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib. Canlixeber.com xəbər verir ki, Fərhad Abdullayevin sədrliyi ilə məhkəmə iclasında Azərbaycan Respublikası Prokurorluğunun sorğusu əsasında Konstitusiyanın 60-cı maddəsinin I və IV hissələri və 71-ci maddəsi baxımından Cinayət-Prosessual Məcəllənin 122.2.3 və 449.3-cü maddələrinin əlaqəli şəkildə şərh olunmasına dair konstitusiya işinə baxılıb. Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim İ.Nəcəfovun məruzəsini, maraqlı […]
Cari ildə Azərbaycandan 850 əcnəbi deportasiya edilib
Əcnəbi və vətəndaşlığı olmayan şəxslərin ölkədə olma, yaşama, işə cəlb olunma qaydaları və digər müvafiq inzibati hüquq pozmalarla bağlı 2026-ci ilin birinci yarımili ərzində ümumilikdə 9 757 qərar qəbul edilib. Canlixeber.com xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidməti məlumat yayıb. Bildirilib ki, barəsində inzibati qərar qəbul edilən əcnəbilərdən 4 852 nəfəri Dövlət Miqrasiya Xidməti […]
