Cəmiyyət
Bakıda “20 Sentyabr” metrostansiyası olacaq
Bakıda “20 sentyabr” metrostansiyası olacaq. Canlixeber.com xəbər verir ki, bu barədə Nazirlər Kabineti bu barədə qərar verib. Qərara əsasən, 2023-cü il sentyabrın 20-də Azərbaycan Respublikasının bütün ərazisində dövlət suverenliyinin bərpa olunduğunu nəzərə alaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsünə əsasən Bakı Metropoliteninin Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi, 194 ünvanında yerləşən yeni stansiyası “20 Sentyabr” adlandırılıb. […]
Bəzi yerlərdə leysan olacaq – XƏBƏRDARLIQ
Sentyabrın 5-i günün ikinci yarısında dağlıq ərazilərdə, 6-sı gündüz isə şimal və qərb rayonlarından başlayaraq 8-i səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Canlixeber.com bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Ayrı-ayrı yerlərdə yağıntıların qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gözlənilən yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, bəzi […]
Sabah Sabunçuda iki yolda nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq
Aparılacaq təmir işləri ilə əlaqədar Bakının Sabunçu rayonu, Bəşir Bünyadov küçəsinin bir hissəsində və Ramana qəsəbəsi Mehdi Hüseynzadə küçəsində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq. Canlixeber.com xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb. Bildirilib ki, təmir işlərinə sentyabrın 5-də saat 07:00-dan etibarən start veriləcək. Hərəkətin qismən məhdudiyyəti təmir işləri bitənə […]
Füzulidə yanacaqdoldurma məntəqəsi bağlandı
Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən Füzulidə yerləşən yanacaqdoldurma məntəqəsində yoxlama aparılıb. Canlixeber.com xəbər verir ki, bununla bağlı nazirlik məlumat yayıb. Bildirilib ki, FHN-in Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin müfəttişləri tərəfindən Füzuli rayonunun 1 Nömrəli Qayıdış qəsəbəsində fəaliyyət göstərən İbişov Taryel Kazım oğluna məxsus yanacaqdoldurma məntəqəsində plan üzrə yoxlama aparılıb. Yoxlama zamanı […]
Payız fəsli Azərbaycana sentyabrın 23-ü daxil olacaq
Payız fəsli Azərbaycana sentyabrın 23-ü Bakı vaxtı ilə saat 04:05:08-də daxil olacaq. Canlixeber.com xəbər verir ki, bu barədə BDU-nun Astrofizika kafedrası məlumat yayıb. Bildirilib ki, həmin an “payız bərabərliyi” adlanır. Bu zaman gecə ilə gündüz demək olar ki, bərabərləşir və Günəş düz şərqdə doğub, qərbdə batır. Lakin atmosfer refraksiyası və Günəş diskinin bucaq ölçüsü səbəbindən […]
DİM: 107 dövlət orqanında 391 vakant vəzifə ümumi müsahibəyə çıxarılıb
107 dövlət orqanında mövcud olan 391 vakant vəzifə ümumi müsahibəyə çıxarılıb. Canlixeber.com xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb. Bildirilib ki, elana çıxarılan vəzifələr üzrə namizədlərlə 1798 müsahibənin keçirilməsi planlaşdırılır. Ən yüksək müsahibə sayı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Aparat, “YAŞAT” Fondu ilə iş […]
“The Guardian”ın “Black Garden” filmində Qarabağla bağlı təhriflərə etiraz olunub
Azərbaycan İctimai Birliyi “İnsan Hüquqlarının Təbliği Mərkəzi”nin rəhbəri, professor Əmir Əliyev beynəlxalq media orqanı “The Guardian“a məktub göndərib. Canlixeber.com xəbər verir ki, Əmir Əliyev məktubu “The Guardian“ın Aleksis Pazumianın (Alexis Pazoumian) “Black Garden” sənədli filmi ilə bağlı son materialına cavab olaraq göndərib. Əmir Əliyev bildirib ki, münaqişənin tarixindən bəhs edilərkən azərbaycanlıların yaşadıqlarının diqqətdən kənarda qalmasına yol […]
Bəzi ərazilərin qaz təchizatı dayandırılacaq
Sentyabrın 4-də Bakının Xətai və Suraxanı rayonlarının bəzi ərazilərində qaz təchizatı dayandırılacaq. Canlixeber.com xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb. Məlumata görə, təmir-quraşdırma işləri ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək Xətai rayonunun M.Rüstəmov, Sarayevo, Neapol küçələrinin bir hissəsinin, Suraxanı rayonunun Əmircan qəsəbəsində H.Axundlu küçəsinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.
Sürücülərin NƏZƏRİNƏ: “Şamaxinka”da yol BAĞLANIR
Bu gün saat 20:00-dan etibarən Bakının Binəqədi rayonunda təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. Canlixeber.com xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb. Bildirilib ki, təmir işləri ilə əlaqədar Moskva prospektinin kənar yolu, Biləcəri enişi hissəsi nəqliyyat vasitələrinin hərəkəti üçün tam bağlanacaq. Məhdudiyyət təmir işləri başa çatanadək qüvvədə […]
Bu gün hava necə olacaq?
Sentyabrın 4-də gözlənilən hava şəraiti açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-23° isti, gündüz 26-30° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət […]
