Cəmiyyət
Bakı-Tbilisi-Bakı qatar reysində siniflər üzrə QİYMƏTLƏR
Azərbaycan Dəmir Yolları (ADY) Bakı-Tbilisi-Bakı marşrutu üzrə sərnişinlərə üç sinif üzrə xidmət göstərəcək. Canlixeber.com xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti məlumat yayıb. Bildirilib ki, marşrut üzrə komfort, komfort+ və lüks siniflər mövcud olacaq. Gediş haqları isə seçilən sinfə uyğun olaraq müəyyənləşdirilib. Qeyd edək ki, Bakı-Tbilisi-Bakı marşrutu üzrə Azərbaycan Dəmir Yollarının […]
AZAL Naxçıvan uçuşlarını yenidən təxirə salıb
Azərbaycan Hava Yolları (AZAL) Naxçıvan Beynəlxalq Aeroportunun yaxınlığında davam edən əlverişsiz hava şəraiti səbəbindən Bakı-Naxçıvan-Bakı marşrutu üzrə uçuşları yenidən təxirə salıb. Canlixeber.com xəbər verir ki, bu barədə AZAL məlumat yayıb. Sərnişinlərin təhlükəsizliyi əsas götürülərək bütün zəruri tədbirlər görülür. Hava şəraiti sabitləşdikdən sonra reyslərin əvvəlki qaydada icrasına davam ediləcək. Qeyd edək ki, bir neçə gün öncə […]
Ukraynada 10 gündə altı azərbaycanlı həlak olub
Ukrayna ərazisində davam edən hərbi əməliyyatlar zamanı daha 6 azərbaycanlı həlak olub. Canlixeber.com Modern.az-a istinadla xəbər verir kp, son 10 gün ərzində döyüşlərdə daha 6 həmyerlimiz həyatını itirib. Həlak olan şəxslərin siyahısını təqdim edirik: – Məmmədov Roman Musa oğlu – 07.09.1986-cı il təvəllüdlü, Novosibirsk vilayətinin Kolıvan kəndində yaşayıb. – Abbasov Namiq Məhərrəm oğlu – 23.12.1969-cu […]
Sabiq federasiya prezidenti vəfat etdi
Uzun illər Azərbaycan Kikboksinq Federasiyasının baş katibi vəzifəsini icra etmiş Prezident mükafatçısı Rüstəm Çapay oğlu Rüstəmov vəfat edib. Camlixeber.com xəbər verir ki, bu barədə Federasiya məlumat yayıb. Onun hansı səbəbdən dünyasını dəyişməsi məlum deyil. Mərhum bu gün dəfn ediləcək.
Lənkəranda altı mindən çox abonent İŞIQSIZ QALACAQ
Lənkəranın bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq. Canlixeber.com xəbər verir ki, bu barədə Cənub Regional Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) məlumat yayıb. Bildirilib ki, mayın 21-də Lənkəran Elektrik Şəbəkəsində aparılacaq təmir işləri ilə əlaqədar “Lənkəran-2” yarımstansiyasından çıxan 10 kV-luq 9 saylı, 10 saylı və ATS hava xətlərindən qidalanan ərazilərdə elektrik enerjisinin verilişində məhdudiyyət […]
Xəzərdə zəlzələ oldu
Xəzər dənizində zəlzələ baş verib. Canlixeber.com xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib. Bildirilib ki, yerli vaxtla saat 05:47-də qeydə alınan zəlzələnin maqnitudası 3.6 olub.Zəlzələnin ocağı 20 kilometr dərinlikdə yerləşib.
Sürücülərin NƏZƏRİNƏ: Görünüş məsafəsi MƏHDUDLAŞACAQ
Mayın 21-də bəzi yollarda görünüş çətinləşəcək. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, gecə və səhər saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda müşahidə olunacaq dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.
Bu gün hava necə olacaq?
Mayın 21-də gözlənilən hava şəraiti açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şimal-şərq küləyi gündüz cənub-şərq […]
Bakı-Tbilisi qatarında plaskart vaqonlar olmayacaq
Mayın 26-dan fəaliyyətə başlayacaq Bakı-Tbilisi-Bakı marşrutu üzrə qatarlarda plaskart tipli vaqonlar olmayacaq. Canlixeber.com xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY) məlumat verilib. Bildirilib ki, sərnişinlərə komfort, komfort+ və lüks sinifləri üzrə xidmət təqdim olunacaq.Qeyd edək ki, qatarlar yataq tipli vaqonlardan ibarət olacaq. Bakı-Tbilisi-Bakı marşrutu üzrə səyahət tarifləri isə Bakı-Tbilisi: 81 AZN-dən, Yevlax-Tbilisi: […]
Sabiq deputatın oğluna YÜKSƏK VƏZİFƏ VERİLDİ
“Azərsutəchizattikinti” ASC-nin Müşahidə Şurasının sədri, Milli Məclisin sabiq deputatı Mirzəcan Xəlilovun oğlu Vüsal Xəlilova yüksək vəzifə verilib. Canloxeber.com “Yeni Sabah”a istinadən xəbər verir ki, o, Mərkəz Regional Futbol Federasiyasının prezidenti seçilib. Mayın 20-də federasiyanın növbədənkənar V hesabat-seçki yığıncağı keçirilib. Səsvermənin nəticələrinə əsasən, Vüsal Mirzəcan oğlu Xəlilov növbəti 5 il müddətində sözügedən quruma rəhbərlik edəcək.
