AZAL Naxçıvan uçuşlarını yenidən təxirə salıb
1 min read

AZAL Naxçıvan uçuşlarını yenidən təxirə salıb

Azərbaycan Hava Yolları (AZAL) Naxçıvan Beynəlxalq Aeroportunun yaxınlığında davam edən əlverişsiz hava şəraiti səbəbindən Bakı-Naxçıvan-Bakı marşrutu üzrə uçuşları yenidən təxirə salıb.

Canlixeber.com xəbər verir ki, bu barədə AZAL məlumat yayıb.

Sərnişinlərin təhlükəsizliyi əsas götürülərək bütün zəruri tədbirlər görülür.

Hava şəraiti sabitləşdikdən sonra reyslərin əvvəlki qaydada icrasına davam ediləcək.

Qeyd edək ki, bir neçə gün öncə də Naxçıvana reyslər təxirə salınmışdı.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *