Bakının bəzi ərazilərində qaz olmayacaq
1 min read

Bakının bəzi ərazilərində qaz olmayacaq

Oktyabrın 8-də paytaxtın bir sıra ərazilərinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.

Canlixeber.com xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Təmir-bərpa işləri ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək Nizami rayonunun M.Abbasov, K.Balakişiyev, Nəsimi, Ə.Əzimzadə küçələrinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.