October 2026
Ermənistanda hərbçi odlu silah yarasından ölüb
Ermənistanda hərbi qulluqçunun meyiti odlu silah yarası ilə aşkarlanıb. Canlixeber.com Ermənistan mediasına istinadla xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb. Qurumun məlumatına görə, hərbçinin meyiti bu gün aşkarlanıb. Hadisənin səbəblərinin və şəraitinin müəyyənləşdirilməsi məqsədilə araşdırmaya başlanılıb.
Dünya çempionatı: Cüdoçularımız 1/4 finalda rəqib oldular
Azərbaycan cüdoçusu Kənan Nəsibov dünya çempionatında 1/4 finala yüksəlib. Canlixeber.com xəbər verir ki, +100 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız 1/8 final mərhələsində ukraynalı Yakiv Khammo ilə qarşılaşıb. Görüşdən qələbə ilə ayrılan Kənan Nəsibov növbəti mərhələyə vəsiqə qazanıb. Qeyd edək ki, Kənan Nəsibov 1/4 finalda digər təmsilçimiz Uşanqi Kokauri ilə qarşılaşacaq.
Camal Qamzatxanov Bakıda təşkil olunan dünya çempionatında 1/4 finala yüksəlib
Azərbaycan cüdoçusu Camal Qamzatxanov (+100 kq) Bakıda təşkil olunan dünya çempionatında 1/4 finala yüksəlib. Canlixeber.com xəbər verir ki, o, 1/8 finalda özbəkistanlı Muzaffarbek Turoboyevi məğlub edib. C.Qamzatxanov 1/4 finalda Yur Spiykerslə (Niderland) üz-üzə gələcək. Xatırladaq ki, Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq. Daha əvvəl Azərbaycan təmsilçilərindən Əhməd Yusifov (60 kq) qızıl, […]
Dünya çempionatı: Uşanqi Kokauri 1/4 finala vəsiqə qazanıb
Azərbaycan cüdoçusu Uşanqi Kokauri (+100 kq) Bakıda təşkil olunan dünya çempionatında 1/4 finala vəsiqə qazanıb. Canlixeber.com xəbər verir ki, o, 1/8 finalda Yakub Sordili (Polşa) üstələyib. Xatırladaq ki, Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq. Daha əvvəl Azərbaycan təmsilçilərindən Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq) gümüş, Rəşid Məmmədəliyev (73 […]
Şahbaz Şərif İlham Əliyevə zəng edib
Pakistan Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Canlixeber.com xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Telefon danışığı zamanı Azərbaycan ilə Pakistan arasında dostluq, qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərinin inkişafından məmnunluq ifadə olunub, yüksək səviyyədə mütəmadi görüşlərin və məsləhətləşmələrin ikitərəfli əlaqələrin daha da möhkəmlənməsində rolu qeyd edilib. Baş […]
Lənkəranda güclü külək bir sıra fəsadlar törədib, 15-ə yaxın irigövdəli ağac aşıb
Lənkəranda doludan sonra güclü külək və yağış yağıb. Sakinlərə xeyli ziyan dəyib. Canlixeber.com xəbər verir ki, bu gün səhər saat 09:00 radələrindən başlayaraq Lənkəran rayonunun kəndlərinə dolu yağıb. Təxminən 4-5 dəqiqə davam edən dolu əsasən Separadi, Tükəvilə, Zövlə, Şağlaser, Boladi kəndləri, Nərimanabad qəsəbəsi və Liman şəhərində müşahidə olunub.Doludan sonra əraziyə intensiv yağış yağıb, güclü külək […]
Salyanda “Mercedes”lə qatar toqquşdu
Salyan rayonunda qatarla “Mercedes-Benz” markalı minik avtomobili toqquşub. Canlixeber.com xəbər verir ki, hadisə rayonun Arbatan kəndi ərazisində qeydə alınıb. İlkin məlumata görə, qatarla toqquşan avtomobilə ziyan dəyib. Hadisə nəticəsində sürücü xəsarət almayıb.
Dünya çempionatı: Cüdoçularımız ardıcıl qələbələrlə 1/8 finala çıxdılar
Azərbaycan cüdoçuları Camal Qamzatxanov və Kənan Nəsibov dünya çempionatında mərhələ adlayıblar. Canlixeber.com xəbər verir ki, +100 kiloqram çəki dərəcəsində çıxış edən Camal Qamzatxanov 1/16 final mərhələsində xorvatiyalı Mikita Sviridlə qarşılaşıb. Görüş Qamzatxanovun inamlı qələbəsi ilə yekunlaşıb. Cüdoçumuz rəqibini ipponla məğlub edərək növbəti mərhələyə vəsiqə qazanıb. Eyni çəki dərəcəsində digər təmsilçimiz Kənan Nəsibov isə 1/16 final […]
Dünya çempionatı: Azərbaycan idmançısı qırğız rəqibini ipponla məğlub etdi
Azərbaycan cüdoçusu Uşanqi Kokauri dünya çempionatında ilk görüşünə çıxıb. Canlixeber.com xəbər verir ki, idmançımız 1/16 final mərhələsində Qırğızıstan təmsilçisi Emirxan Joldoşkazıyevlə üz-üzə gəlib. Görüş Kokaurinin qələbəsi ilə başa çatıb. Dünya çempionatının mükafatçısı rəqibini ipponla məğlub edərək mübarizəni davam etdirib.
Mingəçevirdə bədbəxt hadisə: 52 yaşlı kişi öldü
Mingəçevirdə 52 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb. Canlixeber.com xəbər verir ki, hadisə şəhər ərazisində baş verib. Ağdam rayon sakini, 1974-cü il təvəllüdlü Rəşan Bəşirov yaşadığı binada pilləkənlərlə düşərkən qıc olub və yıxılıb. O, baş nahiyəsindən aldığı xəsarətdən ölüb.
