Dünya çempionatı: Cüdoçularımız ardıcıl qələbələrlə 1/8 finala çıxdılar
1 min read

Dünya çempionatı: Cüdoçularımız ardıcıl qələbələrlə 1/8 finala çıxdılar

Azərbaycan cüdoçuları Camal Qamzatxanov və Kənan Nəsibov dünya çempionatında mərhələ adlayıblar.

Canlixeber.com xəbər verir ki, +100 kiloqram çəki dərəcəsində çıxış edən Camal Qamzatxanov 1/16 final mərhələsində xorvatiyalı Mikita Sviridlə qarşılaşıb.

Görüş Qamzatxanovun inamlı qələbəsi ilə yekunlaşıb. Cüdoçumuz rəqibini ipponla məğlub edərək növbəti mərhələyə vəsiqə qazanıb.

Eyni çəki dərəcəsində digər təmsilçimiz Kənan Nəsibov isə 1/16 final mərhələsində almaniyalı Losseni Koneni məğlub edərək növbəti mərhələyə yüksəlib.

Qeyd edək ki, hakim almaniyalı cüdoçu Losseni Koneyə aktiv güləşmədiyi üçün üç şido verib.