1 min read

Naxçıvanda ayağının kəsilməsi planlaşdırılan pasiyent Türkiyədə sağaldı

Naxçıvanda ayağının amputasiyasına qərar verilən xəstə Türkiyənin Iğdır şəhərində uğurlu əməliyyat nəticəsində ayağını itirməkdən xilas olub. Canlixeber.com xəbər verir ki, Iğdır Nevruz Erez Dövlət Xəstəxanasında xəstəyə uğurlu “bypass” əməliyyatı aparılıb. Əməliyyat nəticəsində ayağın qan dövranının bərpasına nail olunub və amputasiyanın qarşısı alınıb. Qeyd edək ki, hadisə Türkiyə mətbuatında da işıqlandırılıb.

1 min read

Həlak olan minatəmizləyənlərin ailələri üçün yeni güzəşt

“Vergi və gömrük sahəsində verilmiş güzəşt və azadolmaların dövlət büdcəsinin gəlirlərinə təsirinin qiymətləndirilməsi metodologiyası və həmin güzəşt və azadolmaların reyestrinin aparılması Qaydası”nda dəyişiklik olunub. Canlixeber.com xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, minatəmizləmə fəaliyyətini həyata keçirən zaman partlayıcı sursatların işə düşməsi nəticəsində baş verən bədbəxt hadisə ilə əlaqədar həlak […]

1 min read

Ramiz Mehdiyev daha bir vəzifəsini itirdi

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin iclası keçirilib. Canlixeber.com “Unikal”a istinadla xəbər verir ki, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev YAP-ın Veteranlar Şurasından çıxarılıb. Qeyd edək ki, Ramiz Mehdiyev uzun illər Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, daha sonra isə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti vəzifələrində çalışıb. Hazırda R.Mehdiyev dövlətə xəyanət, hakimiyyəti zorla ələ […]

3 mins read

Azərbaycan türkiyəli jurnalisti beynəlxalq axtarışa verdi

Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsi, konstitusiya quruluşunun zorla dəyişdirilməsi və dini nifrət, düşmənçiliyin salınması faktları üzrə cinayət işi başlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, sosial şəbəkələrdə müxtəlif şəxslər, o cümlədən Türkiyə vətəndaşı, “Şanlıurfa Olay” qəzetinin köşə yazarı, 1975-ci il təvəllüdlü Celal Çiftçi tərəfindən qeyd olunan əməllərə […]

1 min read

İranla sərhəddə əməliyyat: 35 kiloqram narkotik aşkarlandı

Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində külli miqdarda narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycana keçirilməsinin qarşısı alınıb. Canlixeber.com xəbər verir ki, bu barədə DSX məlumat yayıb. Belə ki, oktyabr ayının 15-də keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində 35 kiloqram narkotik vasitə və 4 960 ədəd psixotrop […]

1 min read

Əli Həsənova yeni vəzifə verilir

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin keçmiş sədri Əli Həsənova hakim Yeni Azərbaycan Partiyasında (YAP) vəzifə verilir. Canlixeber.com “Teleqraf”a istinadən xəbər verir ki, Ə.Həsənovun YAP-ın yeni seçilmiş idarə heyətinin bu gün keçiriləcək ilk iclasında Veteranlar Şurasının sədri seçiləcəyi bildirilir. Eyni zamanda Təftiş Komissiyasına, eləcə də Gənclər Birliyinə sədr seçiləcək. Qeyd edək ki, Veteranlar […]

1 min read

Dələduzluqda ittiham olunan şəxs Rusiyadan Azərbaycana ekstradisiya edilib

Dələduzluqda ittiham olunan şəxs Rusiyadan Azərbaycana ekstradisiya edilib. Canlixeber.com xəbər verir ki, bu barədə Baş Prokurorluqdan bildirilib. Məlumata görə, «Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında» 07.10.2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşı Abbasov Anar Eldar oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən […]

1 min read

Lerikdə tanışını güllələyib meyitini dərəyə atan şəxsə hökm oxunub

Lerikdə tanışını başından güllələyərək meyitini dərəyə atmaqda və digər cinayət əməllərində təqsirləndirilən Elşən Ağayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Canlixeber.com xəbər verir ki, Cəlilabad Hərbi Məhkəməsində hakim Vüqar Əhmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Elşən Ağayev 15 il müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, hadisə ötən ilin iyun ayında Lerik […]

1 min read

Dövlət sərhədini pozmağa cəhd göstərən əcnəbilər saxlanılıb

Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıb. Canlixeber.com xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb. Bildirilib ki, Sərhəd Qoşunlarının “Zaqatala” sərhəd dəstəsinin xidməti ərazisində həyata keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində 1 nəfər Fələstin vətəndaşı Gürcüstandan Azərbaycan Respublikası istiqamətinə, “Şəmkir” sərhəd dəstəsinin xidməti ərazisində isə 3 nəfər Əfqanıstan İslam Əmirliyi vətəndaşı və […]