October 2026
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb
Ötən gün ölkə ərazisində qeydə alınan 34 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 51, o cümlədən borclu şəxs qismində axtarışda olan 36 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Eyni zamanda, narkotiklərlə əlaqəli 2, qanunsuz saxlanılan silah-sursatın götürülməsi […]
YAP Gənclər Birliyinin yeni tərkibi müəyyənləşib, yeni sədr təyin olunub
Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin iclasında YAP Gənclər Birliyinin 30 nəfərdən ibarət yeni tərkibi səsə qoyulub və yekdilliklə təsdiq olunub. Canlixeber.com xəbər verir ki, bu barədə YAP məlumat yayıb. Məlumata görə, Kərimli Gülüstan Əfsər qızı Gənclər Birliyinin sədri, Fəyyaz Nəzrin Cavid qızı və İbrahimli Elvin Soltan oğlu sədr müavinləri təyin olunublar. Qeyd edək ki, […]
Tramp Səudiyyə Ərəbistanını husilərlə mübarizədə İsrailin yardımını qəbul etməyə çağırıb
ABŞ prezidenti Donald Tramp hesab edir ki, Səudiyyə Ərəbistanı Yəməndə husilərə (“Ənsar Allah” hərəkatı) qarşı mübarizədə İsrailin yardımını qəbul etməlidir. Canlixeber.com xəbər verir ki, Tramp bu barədə Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən danışıb. O, İsrailin artıq Səudiyyə Ərəbistanına böyük kömək göstərdiyini və bundan sonra da belə edəcəyini bildirib. ABŞ lideri, həmçinin Səudiyyə Ərəbistanının İsraillə münasibətlərin […]
Bakıda “Changan” piyadanı vurub öldürdü
Bakının Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ölüb. Canlixeber.com xəbər verir ki, hadisə Füzuli küçəsində baş verib. Belə ki, hələlik şəxsiyyəti məlum olmayan kişi cinsli şəxs Qış parkından əks tərəfə keçərkən onu “Changan” markalı avtomobil vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.
Misli Premyer Liqası: Turun mərkəzi oyununda “Qarabağ” “Neftçi” ilə üz-üzə gələcək
Bu gün futbol üzrə Azərbaycan Misli Premyer Liqasının VIII turunda daha iki matç oynanılacaq. Canlixeber.com xəbər verir ki, günün birinci qarşılaşmasında “Qəbələ” öz meydanında “Sabah” komandasını sınağa çəkəcək. Qəbələ şəhər stadionunda təşkil ediləcək bu görüş saat 16:00-da başlayacaq. Günün digər və turun əsas hesab olunan matçında isə “Qarabağ” “Neftçi” ilə qarşı-qarşıya gələcək. Tofiq Bəhramov adına […]
Füzuliyə köçən 1000-dən çox sakin işlə təmin olundu
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi Füzuli şəhərinə köçürülmüş sakinlərlə bağlı aktiv məşğulluq tədbirlərini davam etdirir. Həmin sakinlərdən artıq 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb olunub. Canlixeber.com xəbər verir ki, onlardan 1030-dan çox şəxsin rayon ərazisində məşğulluğu təmin edilib, o cümlədən köçürülmüş sakinlərdən 60 nəfər üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik təsərrüfatlar […]
Ramiz Mehdiyev Yeni Azərbaycan Partiyasından çıxarıldı
Yerli təşkilatlar tərəfindən keçirilən müşavirələrdə bir sıra ağır cinayətlərdə ittiham olunan Ramiz Mehdiyevin partiya sıralarından xaric edilməsi və onun bütün dövlət təltiflərindən məhrum edilməsi tələbləri irəli sürülüb, yerli təşkilat sədrlərindən bu məsələnin partiya rəhbərliyi qarşısında qaldırılması xahiş olunub. Canlixeber.com xəbər verir ki, bu barədə Yeni Azərbaycan Partiyası (YAP) məlumat yayıb. Məlumata görə, bunu YAP Sədrinin […]
İlon Mask övladının anasına etdiyi aylıq ödənişi kəskin azaltdı
Amerikalı milyarder İlon Mask övladının anası Eşli Sent-Kler münasibətləri barədə açıq danışdıqdan sonra ona etdiyi aylıq ödənişləri 20 min dollara qədər azaldıb. Canlixeber.com xəbər verir ki, bu barədə rejissor Aleks Gibninin oktyabrın 16-da kinoteatrlarda nümayiş olunan “Mask” adlı yeni sənədli filmində məlumat verilib. 28 yaşlı keçmiş mühafizəkar influenser Eşli Sent-Kler Maskla 2023-cü ildə “Twitter” (hazırda […]
Bu gün hava necə olacaq?
Oktyabrın 17-də gözlənilən hava şəraiti açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21° isti, […]
Azərbaycanda son bir həftədə yaşıllıqlara 136 700 manat ziyan dəyib
Son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı şəhəri, Ağsu və Şəmkir rayonlarında yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar olunub. Canlixeber.com xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb. Araşdırma zamanı Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Mikayıl Hüseynov prospektində, Yasamal rayonu, Mətbuat prospektində, Ağsu rayonu, Suraxanı və Şəmkir rayonu, Sabirkənd kəndləri […]
