October 2026
Goranboy sakini güllələnərək öldürüldü – Saxlanılan var
Goranboyda güllələnmə hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə rayonun Bağçakürd kəndində qeydə alınıb. İlkin məlumata görə, psixoloji problemləri olan 31 yaşlı Orxan Həsənov ov tüfəngindən açdığı atəşlə həmkəndlisi Qələndər Muradovu qətlə yetirib. Polisin keçirdiyi müvafiq tədbirlər nəticəsində O.Həsənov saxlanılıb. Hadisə şəxsi münasibətlər zəminində qeydə alınıb.
“20 Yanvar” və “Şamaxinka” ətrafında bəzi marşrutlar dayanacaq məntəqələrindən çıxarılır
Bakıda sərnişin axınının səmərəli idarə olunması, xətlərdə intervalın tənzimlənməsi istiqamətində tədbirlər çərçivəsində metronun “20 Yanvar” stansiyasının ətrafında və “Şamaxinka” adlanan ərazidə müntəzəm marşrut xətləri üzrə hərəkət optimallaşdırılacaq, sərnişinlərin avtobuslara rahat və maneəsiz minib-düşməsi təmin ediləcək. Canlixeber.com barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Məlumata görə, bu məqsədlə oktyabrın 19-dan 114A, 114B, 500, 503 və […]
Azərbaycanda yeni qanun qəbul ediləcək
Milli Məclisə yeni qanun layihəsi daxil olub. Canlixeber.com xəbər verir ki, sözügedən sənəd Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin növbəti həftə keçirilən iclasında müzakirəyə çıxarılacaq. İclasda “Maraqlar toqquşması haqqında” yeni qanun layihəsi müzakirə ediləcək.
Prezidentdən dörd paralimpiyaçımızla bağlı sərəncam
Prezident İlham Əliyev Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslərin “Tərəqqi” medalı ilə təltif edilməsi Sərəncam imzalayıb. Canlixeber.com xəbər verir ki, sərəncama əsasən, Azərbaycanda idmanın və paralimpiya hərəkatının inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər “Tərəqqi” medalı ilə təltif ediliblər: Astanov Elvin Əmrah oğlu Qasımov Ramil Famil oğlu Məmmədov Pərvin Rasim oğlu Musayev Oloxan İsayeviç.
Azərbaycan Prezidenti Gürcüstanın ölkəmizə yeni təyin olunmuş səfirini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 16-da Gürcüstanın ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Qiorqi Zakaraşvilini qəbul edib. Canlixeber.com xəbər verir ki, səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib. Dövlətimizin başçısı səfirlə söhbət edib. Prezident İlham Əliyev bu ilin aprelində Gürcüstana dövlət səfərini və səfər çərçivəsində göstərilən qonaqpərvərliyi məmnunluqla xatırlayıb. Azərbaycan-Gürcüstan münasibətlərinin zəngin […]
İlham Əliyev Hindistanın ölkəmizə yeni təyin olunmuş səfirini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 16-da Hindistan Respublikasının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Abhay Kumarı qəbul edib. Canlixeber.com xəbər verir ki, səfir etimadnaməsini dövlətimizin başçısına təqdim edib. Abhay Kumar ikitərəfli münasibətlərin inkişafı üçün səylərini əsirgəməyəcəyini deyib. Söhbət zamanı bu ilin sentyabrında Bişkek şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Zirvə Görüşü çərçivəsində dövlətimizin […]
Mətbuat Şurasına yeni sədr seçildi
Azərbaycan Jurnalistlərinin IX qurultayında Mətbuat Şurasına (MŞ) Vüqar Zifər oğlu Əliyev yeni sədr seçilib. Canlixeber.com xəbər verir ki, qurultayda yeni seçilən İdarə Həyətinin qərarı ilə Vüqar Zifəroğlunun namizədliyi irəli sürülüb. Səsvermənin nəticəsinə görə o, MŞ-nin yeni sədri seçilib. Qeyd edək ki, Mətbuat Şurasının indiyə qədər sədri Rəşad Məcid idi.
Küləkli havada çalışanların nəzərinə: İş dayandırılacaq
Parlament Əmək Məcəlləsinə təklif edilən dəyişikliyi ilk oxunuşda qəbul edib. Canlixeber.com xəbər verir ki, sözügedən məsələ Milli Məclisin bugünkü iclasında müzakirəyə çıxarılıb. Layihəyə əsasən, küləkli hava şəraitində işçilərin işləməsi yeni qaydalarla tənzimlənəcək. Belə ki, işçilər küləkli havada açıq şəraitli iş yerlərində (o cümlədən həmin iş yerləri üzrə qurğularda) işləyərkən onlara müəyyən olunmuş qaydada fasilələr veriləcək […]
Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibi təsdiqlənib – Siyahı
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibi formalaşdırılıb. Canlixeber.com xəbər verir ki, səsvermə yolu ilə formalaşdırılan İdarə Heyətinin tərkibinə 23 nəfər daxildir. MŞ İdarə Heyətinin jurnalistlər arasından seçilən üzvləri aşağıdakılardır: Hacıbəy Heydərli – Azxeber.com saytı; Orxan Amaşov – AnewZ TV; Səadət Məmmədova – ATV; Nurşən Quliyev – APA; Vüqar Rəhimzadə – “İki […]
Milli Məclis İlham Əliyevi və Mehriban Əliyevanı təbrik edib
Milli Məclis adından 18 oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya təbrik məktubu ünvanlanıb. Canlixeber.com xəbər verir ki, bu təkliflə Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova çıxış edib. Təklif alqışlarla qarşılanıb.
